Qut Ul Amare Muhasiresi - Wikipedia
Qut-ül Amarə mühasirəsi (Birinci Qut döyüşü) — I Dünya Müharibəsinin Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşüdür. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu Bağdadın 160 km cənubunda Küt qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfər təşkil etmişdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə aparılmışdır.
Qut-ül Amarə mühasirəsi | |||
---|---|---|---|
Tarix | 7 dekabr 1915 - 29 aprel 1916 | ||
Yeri | İraq, Küt şəhəri | ||
Nəticəsi | Osmanlı imperiyasının qəti qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Başlanğıc
redaktəGeneral-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər.
Mühasirə
redaktəYeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı.
Kömək cəhdləri
redaktəİlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar.
Şeyx Səəd döyüşü
redaktəİngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi.[1] Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Vadi döyüşü
redaktə19 minlik ingilis ordusu 13 yanvar, 1916-ci ildəkı Vadi döyüşündə 1600 nəfər itki verərək yenidən geri çəkildi.[1]
Fəlahiyyə döyüşü
redaktəOsmanlı ordusu Vadi döyüşündən sonra Fəlahiyyədə möhkəmləndi. Bura Dəclə çayı və Suvaikiyyə bataqlığı arasında quru bir keçid idi. 21 yanvarda 20 min nəfərlik ingilis qoşunları Fəlahiyyə döyüşündə 2.741 nəfər itki verərək, yenidən geri çəkildilər. Bu Qutda mühasirədə olan qarnizon üçün çox pis nəticələndi.[1]
Sabis döyüşü
redaktəİngilislər mühasirəni sonandırmaq üçün mart ayında general Fenton Aylmer rəhbərliyində yenidən hücuma başladılar. Ancaq 8 mart, 1916-cı ildə Sabisdə general Əli İhsan bəyin komandanlığındakı XIII Orduya hücum etsələr də, 3.500 nəfər itki verərək geri çəkildilər.[1] Sabis döyüşünda məğlubiyyət səbəbilə 12 mart, 1916-cı ildə general Aylmer vəzifəsindən çıxardılaraq, general Georg Frederik Qorrinqlə əvəz edildi.
Sonrakı hadisələr
redaktəXəlil Paşa 20-30 min nəfərlik əlavə qüvvələrin cəbhəyə qatılmasını təmin etdi. Yeni təyin edilən general Qorrinq 5 aprel tarixində Fəlahiyyə, Beit Asiya və Sanniyyət bölgələrinə doğru hücuma keçdi. Hər iki tərəfin mövcud qüvvələri təxminən 30 min nəfər idi. 22 aprel tarixinə qədər müddətdə 1200 nəfər itki verən ingilislər geri çəkilməyə məcbur oldular.
Bu hücum əsnasında ingilislər tarixdə ilk dəfə havadan ərzaq və döyüş ləvazimatlarını mühasirədəkilərə ötürdülər. Lakin bu ləvazimatlar daha çox ya Osmanlı mövqelərinə, ya da Dəclə çayına düşürdü.[2]
19 aprel, 1916-cı ildə, VI Ordu komandanı marşal Von der Qoltz Paşa Bağdadda olan qərargahında tifus xəstəliyindən ğləndən sonra, yerinə Xəlil Paşa gətirild
İngilis/Hind qarnizonunun təslim olması
redaktə29 aprel, 1916-ci ildə, general Tounshend Qutda olan açlığında təsiriylə digər 5 general, 481 zabit və 13.300 əsgər ilə birlikdə Osmanlı qüvvələrinə təslim oldu. Xəlil Paşa Qut-ül Amarə qələbəsindən sonra VI Orduya yayımladığı məktubda bunları dedi:
Aslanlar ! Bütün Osmanlılara şərəf və şan, ingilislərə qara meydan olan bu qızğın torpağın günəşli səmasında şəhidlərimizin ruhları sevinclə gülərək uçarkən, mən də hamınızın pak alınlarından öpərək, hamınızı təbrik edirəm. Ordum həm Qut qarşısında, həm də Qutu qutarmağa gələn ordular qarşısında 350 zabit, 10 min əsgər şəhid vermişdir. Lakin buna qarşılıq bu gün Qutda 13 general, 481 zabit və 13 min 300 əsgər təslim alıram. Bu təslim aldığımız ordunu qurtarmağa gələn ingilis qüvələri də 30 min nəfər ziyan edərək geri dönmüşlərdir. Bu iki fərqə baxınca, cahanı heyrətlərə salacaq qədər böyük bir fərq görülür. Tarix bu hadisəni yazmaq üçün kəlmə tapmaqda çətinlik çəkəcəkdir. Budur, Osmanlı səbatının İngilis inadını qırdığı birinci zəfəri Çanaqqalada, ikinci zəfəri burada görürük ![3] |
İngilis qüvvələri 23 min ölü və yaralı itirmiş, Osmanlı qüvvələri isə 10 min ölü və yaralı vermişdir. 13 min ingilis və hind əsgəri əsir alınmışdır.
Nəticə
redaktəİngilis tarixçisi Ceyms Morris, Qut itkisini "Britaniya (İngiltərə) hərbi tarixindəki ən alcaldıcı şərtlərlə təslim" olaraq ifadə etmişdir. Bu məğlubiyyət ingilis mətbuatında və ictimamiyyətində çox böyük bir hay-küy salmışdır. Bu səbəbdən general Lake və general Qorrinq vəzifələrindən azad edilmiş və yerlərinə general Frederik Maud təyin edilmişdir. Bu döyüşün hərbi tarix baxımından əhəmiyyəti də odur ki, burada bilinən ilk hava yoluyla ordu təminatı həyata keçirilmişdir. Lakin bu kifayət etməmiş və nəticəni dəyişməmişdir.[2] Xəlil Paşa bu zəfərə görə Qut soyadını götürmüşdür. Dəstək qüvvələrinin gəlməsi ilə Qut şəhərinə irəliləyən general Frederik Maud rəhbərliyindəki Britaniya qüvvələri İkinci Qut müharibəsində 23 fevral 1917-ci ildə Qut şəhərini geri almışdır.
Bayram olaraq qeyd edilməsi
redaktəQut-ül Amarə qələbəsi sadəcə Türk ordusu içərisində bayram olaraq qeyd olunurdu. 1952-ci ildə, Türkiyənin Adnan Menderes iqtidarı dönəmində NATO-ya üzv olmasının ardından bayramın qeyd edilməsi ləğv edildi.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Edward J. Erickson, Ottoman Army Effectiveness in World War I: A comparative study, Routledge, 2007, ISBN 978-0-415-77099-6, s. 93.
- ↑ 1 2 Spooner, Reverend H. Private Papers; Imperial War Museum Documents 7308. Entry for the 16th April 1916 (quoted by Rogan 2016 s.263)
- ↑ "Arxivlənmiş surət". 2016-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.