Qurban Ismayilov - Wikipedia
Qurban İsmayılov (tam adı: Qurban İbrahim oğlu İsmayılov; 12 iyun 1960, Ağcabədi) — Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).
Qurban İsmayılov | |
---|---|
Qurban İbrahim oğlu İsmayılov | |
Doğum tarixi | |
Doğum yeri | Ağcabədi, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəQurban İsmayılov 1960-cı ildə Ağcabədi rayonunda doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib.[1] Bir müddət "Nəsimi" folklor teatrında, ADMİU-nun Tədris teatrında işləyib. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrının, 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 1995-ci ildə Teatr Xadimləri İttifaqı tərəfindən keçirilən "I Eksperimental Tamaşalar Festivalı"nda S. Mrojekin "Mühacirlər" əsərində ifa etdiyi 2-ci mühacir roluna görə "Ən yaxşı kişi rolu" nominasiyasında mükafata layiq görülüb. 1993-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2006-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2014-cü ilin aprel ayının 13-də Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır.
9 may 2012-ci il tarixdə Əməkdar artist, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.[2] 2013-cü ildə, 30 aprel 2014-cü ildə,[3] 6 may 2015-ci ildə[4], 6 may 2016-cı ildə[5], 1 may 2017-ci ildə[6], 9 may 2018-ci ildə[7], 10 may 2019-cu ildə[8], 7 may 2020-ci ildə[9], 7 may 2021-ci ildə[10] və 10 may 2022-ci ildə[11] Prezident Mükafatına layiq görülmüşdür. 2014-cü ildə "Mən gəldim, qızlar" ("Müharibə") əsərində canlandırdığı kor ata obrazına görə "Humay" mükafatına layiq görülüb.[12][13] 2017-ci ildə "Nar bağı" filmindəki roluna görə, 13-cü Avrasiya Beynəlxalq Film Festivalında "Ən yaxşı kişi rolu" mükafatına layiq görülüb.[14]
10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.[15]
6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[16]
Teatr səhnəsindəki rolları
redaktə- Leyli və Məcnun (M. Füzuli) — müəllif
- Qurbanəli bəy (C. Məmmədquluzadə) — Qurbanəli bəy
- Ölülər (C. Məmmədquluzadə) — Hacı Həsən ağa
- Hamlet (V. Şekspir) — Hamlet
- Maqbet (V. Şekspir) — Maqbet
- Yay gecəsində yuxu (V. Şekspir) — Gövdə Nik
- Tədbirə qarşı tədbir (V. Şekspir) — komendant
- Qətl günü (Y. Səmədoğlu) — Doktor Mahmud
- Generalın son əmri (V. Səmədoğlu) — Stalin
- İntihar (V. Səmədoğlu) — Aşot
- IV Kin (Q. Qorin) — Edmund Kin
- Nerostratı unudun (Q. Qorin) — Nerostrat
- Bir az gəlirmisiz (Ə. Nesin) — Mateh usta
- Şah İsmayıl və yaxud hamı səni sevənlər burdadı (K. Abdulla) — professor
- Kim dedi ki, simurğ quşu var imiş (K. Abdulla) — kapitan
- Yaşayan ömür (T. Qurban) — Hacı Zeynalabdin Tağıyev
- Şeyx Sənan (H. Cavid) — Platon
- Hekayəti-xırs-quldurbasan (M. F. Axundov) — divanbəyi
- Viktoriya (K. Hamsun) — müəllim
- Axır ki, qurtardı (P. Turrini) — kişi
- Romeo və Cülyetta (V. Şekspir) — Lorenso
- Mən gəldim, qızlar (L. Nuren) — D
- Konnemarada bir kəllə (M. Makdonax) — Mik Daud
- Xortdanın cəhənnəm məktubları (Ə. Haqverdiyev) — dərviş
Filmoqrafiya
redaktə- Altı nömrəli palata (film, 1994)
- Güllələnmə təxirə salınır! (film, 2002)
- Bir anın həqiqəti (film, 2003)
- Lal (film, 2003)
- Oyun (film, 2003)
- Girov (film, 2005)
- Yalan (film, 2005)
- Rami (film, 2007)
- Günaydın, mələyim! (film, 2008)
- Qala (film, 2008)
- Teatral həyat (film, 2009)
- İstanbul reysi (film, 2010)
- Tabutçunun yelləncəyi (film, 2012)
- Dərvişin qeydləri (film, 2013)
- Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013)
- Aydın
- Çaqqal nəfəsi (film, 2013)
- Rəssam (film, 2015) (qısametrajlı bədii film)
- Yarımçıq xatirələr (film, 2015)
- 100 kağız (film, 2015)
- Əli və Nino (film, 2015)
- Xeyirlə şərin rəqsi (film, 2015)
- Ayaqqabı əməliyyatı (film, 2016)
- Ata ocağı (film, 2017) (bədii serial)
- Nar bağı (film, 2017)
- Son iclas (film, 2018)
- Əlvida, Şmidt! (film, 2019)
- Olimpia (film, 2021)
- Suğra və oğulları (film, 2021)
- Mərmər soyuğu (film, 2022)
- Bu şəhərdə kimsə yoxdur (serial,2023)
- Vətəndaş A (serial, 2024)
İstinadlar
redaktə- ↑ Azərbaycan Kinematoqrafçılar İttifaqı. "Qurban İsmayılov-60" (az.). AKİ.az. 12.06.2020. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-14.
- ↑ President.Az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.08.2018. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
- ↑ Qurban İsmayılov "Humay" mükafatı ilə təltif olunub[ölü keçid]
- ↑ "Qurban İsmayılov "Humay" mükafatını aldı". 2014-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-03.
- ↑ Kulis. "Qurban İsmayılov Avrasiyada ən yaxşı aktyor seçildi" (az.). Kulis. 29.07.2017. 2017-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-30.
- ↑ "Bakıda Milli Teatr Günü qeyd edilib". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-12.
- ↑ President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.