Qrabovaca - Wikipedia
Qrabovaça (xorv. Grabovača) — Xorvatiya ərazisində yerləşən dağ və mağaralar kompleksi. Dağ ölkənin Lika tarixi əyalətində, Peruşiç şəhərinin 2,5 km-də yerləşir.[1] Ərazidə "Qrabovaça mağara parkı" yaradılıb. Sahəsi 595,5 hektar olan parkın əsası 2006-cı ildə qoyulub.
Qrabovaça | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Yerləşməsi | |
44°38′34″ şm. e. 15°21′17″ ş. u.HGYO | |
Ölkə | |
pp-grabovaca.hr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mağara park dağın 770 metr hündürlüyündə yerləşib və Velebet massivinə aiddir. Qərb hissədə Lika çayının karst mənşəli vadisi yerləşir.
Dağın şərq hissəsində tarixi abidələr yerləşir. Bölgədə XVI–XVII əsrlərə aid qüllə və kilsə var. Qrabovaçada çoxlu yer altı karst mağaraları mövcuddur. Mağaralar əsasən kalsit mineralından təşkil olunub. Ümumən kompleksdə 6 mağara və bir karst mədəni yerləşir. Mağaralardan üçü təbiiyət abidəsi kimi qeydə alınıb.[1]
Park yerli idarə etmənin və qorumanın nəzarəti altındadır. Qış fəslindən başqa ilin bütün vaxtı mağaralara gediş açıqdır.
Samoqrad mağarası
redaktəƏrazidə olan mağaralardan ən məşhuru Samoqraddır. Mağara dağın şərq yamacında, dəniz səviyyəsindən 675 metr yüksəklikdə yerləşir. Uzunluğu 240 metr, hündürlüyü isə 4–30 metr arasında dəyişir. Mağara girişdən sonra tədricən genişlənir. Mağaranın əsas zalından sonra ölçüsü yenidən kiçilir. Turistlərin rahatlığı üçün mağarada pilləkənlər və cığırlar yaradılıb. Mağara daxilində temperatur 7–10 °C-dir.[1]
Mağara daxilində ümumən 4 zal var. "Frasa zalı" yerli məktəb müfəttişi Yuliya Frasanın şərəfinə adlandırılıb. O 1850-cı ildə mağaranı geniş təsvir edib. Digər zal "Peruşiç zalıdır". Peruşiç məşhur nəsilin soyadıdır. Üçüncü zal "Karloviç", dördüncü zal isə "Kukuleviç" adlanır[1].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Grabovača, Cave Park, Perušić". 2020-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-27.