Qoltuq Korfezi - Wikipedia
Qoltuq_körfəzi - Haqqında Məlumat
Qoltuq körfəzi[1][2] - Xəzər dənizinin qərb sahilində Azərbaycan ərazisində yerləşir. Körfəz Kür çayının təsiri ilə yaranan, dənizin içərilərinə doğru irəliləmiş deltanın cənubunda yerləşir. Körfəz materik ilə delta arasında yerləşdiyindən Qoltuğu xatırladır. Körfəz dayazlığı ilə seçilir. Səbəb isə Kürün dənizə axıtdığı lildir. Dərinlik bəzi yerlərdə hətta 50 sm qədər azalır. Dəniz suyuna nisbətən şorluğu azdır. Körfəzə Ana Kür çayı axır.
Qoltuq körfəzi | |
---|---|
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Yerləşməsi | |
39°19′00″ şm. e. 49°18′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Akvatoriyası | |
|
|
İstinadlar
redaktə- ↑ http://www.anspress.com/index.php?a=2&lng=az&nid=240472[ölü keçid] ANS xəbər portalı
- ↑ "Qoltuq körfəzi". 2016-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.