Qazaxlar Terter - Wikipedia
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Qırmızı Saqqallar — Azərbaycan Respublikasının Tərtər rayonunun Borsunlu kənd inzibati ərazi dairəsində kənd.[1] Kənd Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin bir neçə yüz metrliyində, Talış kəndi ilə Tap Qaraqoyunlu kəndi arasında yerləşir.
Kənd | |
Qırmızı Saqqallar | |
---|---|
40°26′37″ şm. e. 46°51′48″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Tərtər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 0 nəfər |
Milli tərkibi | azərbaycanlı |
Rəsmi dili | azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 |
Poçt indeksi | AZ5900 |
Nəqliyyat kodu | 59 |
Tarixi
redaktəBu kəndə burada yaşayan tayfaya görə Qazaxlar da deyilir. XX əsrin 60-cı illərinə qədər bu kənddə 40-dan çox ailə yaşayırdı. Qonşuluqda olan Ağdərə rayonunun (keçmiş Dağlıq Qarabağın Mardakert rayonu) Talış kəndində yaşayan ermənilər çoxluqlarından istifadə edərək, bu kəndə həmişə təzyiqlər göstərmiş, nəticədə hazırda həmin kənddə əhali yaşamır.
Qırmızı Saqqallar kənd inzibati ərazisi 2 aprel 2016-cı il tarixinədək erməni təcavüzkarları tərəfindən işğal altında saxlanılmışdır. Tərtər rayonunun tərkibinə 1992-ci ildə verilib.
Hazırda ermənilərin mövqeyi xalq arasında "Ağuçuq", "Yaltaxıl" adlanan ərazidə yüksəklikdə yerləşdiyinə görə bütün ətraf kəndləri atəş altında saxlayırlar.
5 iyul 2000-ci ildə Borsunlu kəndi Sarov kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Borsunlu kənd inzibati ərazi vahidi yaradılıb. Sarov kənd inzibati ərazi vahidinin Qırmızı Saqqallar kəndi Borsunlu kənd inzibati ərazi vahidinin tərkibinə verilib. 2 aprel 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.[2]
Toponimikası
redaktəYaşayış məntəqəsi Qazax mahalından köçüb gəlmiş “qırmızısaqqallar” nəslininin məskunlaşması nəticəsində yaranmışdır. Mənbələrdə Qazaxlar, Qırmızı Qazaxlar adı ilə də qeydə alınmışdır.
Coğrafiyası və iqlimi
redaktəQırmızı-Saqqallar kəndi İncəçay çayının sağ sahilində, Qarabağ düzündə yerləşir. Bu kənd Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ilə (İncəçay çayının sol sahilində) əks istiqamətdə yerləşir.
Bu kəndin coğrafi mövqeyi də ermənilərin daima hücumuna şərait yaratmışdı. Belə ki, bu kəndin ərazisi Ağdərə rayonunun Talış kəndinin ərazisində yerləşir, lakin inzibati tabeçiliyinə görə həmişə Tərtər rayonuna tabe olmuşdur.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında". 2022-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-04.