Qazaxistan Tengesi - Wikipedia
Qazaxıstan təngəsi — Qazaxıstanın milli valyutası. Təngə 100 tiyinə bölünür (тиын, tiyin və ya tijin kimi də tərcümə olunur). ISO-4217 kodu KZT-dir.
Təngə | ||||
---|---|---|---|---|
Теңге | ||||
| ||||
Kod və simvol | ||||
ISO 4217 kodu | KZT (398) | |||
Simvol | ||||
Dövriyyə ərazisi | ||||
Emitent ölkə | Qazaxıstan | |||
Əvəzedici və paralel vahidlər | ||||
Kiçik | Tiın (1⁄100) | |||
Dövriyyədə olan sikkə və əsginaslar | ||||
Sikkələr | 1, 2, 5, 10, 20, 50, 100 təngə | |||
Əsginas | 200, 500, 1000, 2000, 5000, 10 000 təngə | |||
Tarixi | ||||
Dövriyyəyə buraxılma | 15.11.1993 | |||
Əvvəlki valyuta | SSRİ rublu (SUR) / Rusiya rublu (RUR) | |||
Sikkə və əskinasların buraxılması və istehsalı | ||||
Mərkəzi bank | Qazaxıstan Milli Bankı | |||
nationalbank.kz | ||||
Əskinasları çap edən | Qazaxıstan Respublikası Milli bankının əskinas fabriki | |||
bf.kz | ||||
Sikkəxana | Qazaxıstan sikkəxanası | |||
kmd.kz | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiyası
redaktəTəngə sözü Qazax dilində və bir çox türk dillərində tərəzi mənasını verir(qədim özbəkcə tənga və ya tacik dilində tanga borc götümək terminidir). Sözün mənşəyi bərabər, balans mənasında olan türkcə teŋ- hissəciyindən gəlir. Bu valyutanın adı funt, lira, pesoya oxşardır. Valyutanın adı rus dilinə türk dilindən keçmiş rus. деньги / den'gi pul sözü ilə bağlıdır.
Simvol
redaktəNovruz bayramından iki gün əvvəl 20 mart 2007-ci ildə, Qazaxıstan Milli Bankı Təngə üçün əyani simvolu təsdiqlədi . Simvol 2008-ci ildə Unicodedə kodlaşdırma üçün təklif olunub. 2006-cı ilin payızında Qazaxıstan Milli Bankı Qazaxıstan təngəsinin şəkli üçün yarışma təşkil edib və 30,000-dən çox müraciət qəbul olunub. 29 mart 2007-ci ildə Qazaxıstan Milli Bankı Qazaxıstan təngəsinin yaradılması uğrunda qalib kimi Almatıdan Vadim Davıdenko və Sanjar Əmirxanov adlı iki dizaynerin adını açıqlayıb. Onlar mükafat kimi 1 milyon təngə və Qazaxıstan təngəsi simvolunun "valideynləri" adını bölüşüblər.[1]. Bu bir növ Yapon poçt markasını xatırladır.
Sikkələr
redaktəSikkələr əvvəllər Almaniyada zərb olunurdu, hazırkı sikkələr isə Öskəməndə yerləşən Qazaxıstan sikkəxanası tərəfindən ölkə daxilində zərb olunur.
Birinci seriya (1993)
redaktə1993-cü ildə, 2, 5, 10, 20 və 50 tıyın nominallı sikkələrin birinci seriyası milli emblem həkk olunmuş şəkildə bürüncdən zərb olundu. 1, 3, 5, 10 və 20 təngə mifik heyvanlar təsvir olunmuş şəkildə mis-nikel qarışığından zərb olundu. Bu dövrün sikkələri aşağı nominallı kağız təngələrlə yanaşı dövriyyə olundu.
Şəkil | Nominal | Material | Diametr, mm | Qalınlıq, mm | Kütlə, q | Kənar | Dövriyyə vaxtı |
---|---|---|---|---|---|---|---|
1 oktyabr 2001 | |||||||
İkinci seriya (1995)
redaktə1998-ci ildə sikkələrin yeni seriyası təqdim olundu. 100 təngə özünə bərabər kağız pulu əvəz edərək 2002-ci ildə təqdim olunub. 2013-cü ildə aşağı nominallı sikkələrin xəlitələri dəyişib. Hazırda dövriyyədə olan sikkələr aşağıdakılardır:
Qazax təngəsinin ikinci seriyası(1997–bu günədək)[2] | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəkil | Dəyər | Texniki parametrlər | Təsvir | Vaxtı | |||||||||||
Diametr | Çəkisi | Tərkib | Haşiyə | Üst tərəf | Əks tərəf | zərb olunma | buraxılma | ||||||||
1 təngə | 15 mm | 1,63q | Nikel gümüş xəlitəsi, sarı rəngli | Düz | Dəyəri | İl, Qazaxıstan gerbi | 1997~günümüzədək | 11 Noyabr 1998 | |||||||
2 təngə | 16 mm | 1,84 q | |||||||||||||
5 təngə | 17,27 mm | 2,18 q | |||||||||||||
10 təngə | 19,56 mm | 2,81 q | |||||||||||||
20 təngə | 18,27 mm | 2,9 q | Nikel gümüş xəlitəsi, ağ rəngli | Novşəkilli | Dəyəri | İl, Qazaxıstan gerbi | 1997~günümüzədək | 11 Noyabr 1998 | |||||||
50 təngə | 23 mm | 4,7 q | |||||||||||||
100 təngə | 24,5 mm | 6,65 q | Daxili halqa: Nikel gümüş xəlitəsi, ağ rəngli Xarici halqa: nikel və misin xəlitəsi, sarı rəng. |
Novşəkilli - «СТО ТЕНГЕ - ЖYЗ ТЕҢГЕ» (100 təngə) | 2002~günümüzədək | 1 İyul 2002 | |||||||||
Xatirə sikkələri
redaktəXatirə sikkələri 20, 50, 100, 500, 1,000, 2,500, 5,000 və 10,000 təngə nominalında buraxılıb. Qızıl və gümüş külçə sikkələr 1, 2, 5, 10, 20, 50 və 100 təngə nominalında mövcud olub. 20 və 50 təngə xatirə sikkələrinin çoxu mis-nikeldən zərb olunurdu.
Əsginaslar
redaktə1993-cü il seriyası
redaktə15 noyabr 1993-cü ildə Qazaxıstan Milli Bankı 1, 2, 5, 10, 20 və 50 tıyın, 1, 3, 5, 10, 20, və 50 təngə adlı pulları dövriyyəyə buraxıb. 100 təndə bundan qısa müddət sonra buraxılıb. Bunun ardınca isə 200, 500, 1000 təndə kağız pullar buraxılıb. 2000 təngə kağız pul 1996-cı, 5000 təngə 1999-cu, 10000 təngə isə 28 iyul 2003-cü ildə təqdim edilib. Hazırda dövriyyədə olan kağız pullar aşağıdakılardır:
- 200 təngə Əbunəsr Farabinin portreti
- 500 tenge Əbunəsr Farabinin portreti, Əhməd Yasəvi türbəsidən fraqment
- 1,000 Əbunəsr Farabinin portreti
- 2,000 Əbunəsr Farabinin portreti
- 5,000 Əbunəsr Farabinin portreti
- 10,000 Əbunəsr Farabinin portreti, İrbisin şəkli.
Maraqlıdır ki, 200 təngə əsginasın arxa tərəfində mətn Qazax dilində yazılıb, digər əsginasların arxa tərəfində mətn Rus dilində yazılıb.
1993 Seriyası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəkil | Dəyər | Əsas rəng | Təsvir | Vaxt | ||||
Üst tərəf | Əks tərəf | Üst tərəfi | Əks tərəf | Üst tərəf | Əks tərəf | buraxılma | ləğv edilmə | |
1 tiın | Qazax dilində nominalın adı, qeyri-adi həndəsi dizayn fonlu | qazax dilində nominalın adı, Qazaxıstan gerbi, qeyri-adi həndəsi dizayn fonlu | 1993 | 2001 | ||||
2 tıyın | ||||||||
5 tıyın | ||||||||
10 tıyın | ||||||||
20 tıyın | ||||||||
50 tıyın | ||||||||
1 təngə | tünd göy rəngli | çəhrayı | Əbunəsr Farabinin portreti | Əbunəsr Farabinin həndəsi formulları və çertyojları | 2012-2018[3] | |||
3 təngə | yaşəl, qəhvəyi | yaşıl | Süyinbay Aronulının portreti | Alataunun mənzərəsi | ||||
5 təngə | qəhvəyi | sarı, qırmızı | Qurmanğazı Sağırbayulının portreti | Məqbərə | ||||
10 təngə | tünd göy rəngli | çəhrayı | Çokan Vəlixanovun portreti | Oqjetpes dağı | ||||
20 təngə | tünd qəhvəyi rəngli | qəhvəyi | Abay Qunanbayulının porteti | Abay Qunanbayulının əsərlərindən götürülmüş insanla berkutun illüstrasiyaları | ||||
50 təngə | açıq qəhvəyi | qəhvəyi | Əbilxayır xanın portreti | Manğıstau vilayətindən qayaüstü rəsmlər | ||||
100 təngə | bənövşəyi | çəhrayı | Abılay xanın porteti | Əhməd Yasəvi türbəsi | ||||
200 təngə | qəhvəyi, qırmızı | sarı, göy | Əbunəsr Farabinin portreti | Əhməd Yasəvi türbəsi | 1994 | |||
500 təngə | tünd göy, göy | göy, bənövşəyi | Əbunəsr Farabinin portreti | Əhməd Yasəvi türbəsi | ||||
1,000 təngə | yaşıl, qırmızı | yaşıl, göy, qırmızı | Əbunəsr Farabinin portreti | Əhməd Yasəvi türbəsi | ||||
2,000 təngə | yaşıl, göy | yaşıl, qəhvəyi | Əbunəsr Farabinin portreti | Əhməd Yasəvi türbəsi | 1996 | |||
5,000 təngə | qəhvəyi bənövşəyi | qəhvəyi | Əbunəsr Farabinin portreti | Əhməd Yasəvi türbəsi | 1998 | |||
10,000 təngə | göy | göy, qəhvəyi | Əbunəsr Farabinin portreti | Dağların fonunda təsvir olunmuş İrbis | 2003 |
2006-cı il seriyası
redaktəQazaxıstan Milli Bankı 2006-cı ildə əsginasların yeni seriyasını buraxdı. Onlar əvvəllər mövcud olmuş əsginaslar kimi eyni dəyərə malik idilər. Əsginasların 2006 seriyası sələflərindən daha ekzotik görünüşə malik idi. Üst tərəfində nominalın dəyəri şaquli istiqamətdə yazılıb. Bütün əsginasların üzərində Astana Bayterek abidəsi, Qazaxıstan bayrağı, gerbi, açıq ovuc içərisində prezident Nazarbayevin imzası və himndən fraqmentlər təsvir olunub. Hər bir əsginasdakı əsas fərqlər yalnız rəng, dəyər və naxışlardır.
Əsginasın əks tərəfindəki fərqlər daha çox nəzərə çarpır. Əsginasın dəyəri rus dilində yazılıb. Hər bir əsginasda Qazaxıstan sərhədləri daxilində Qazaxıstanın coğrafiyası və Qazaxıstandakı nadir binalar göstərilir.
2006-cı ildə buraxılan 2000 və 5000 kağız təngələrin birinci çapı zamanı "bank" sözündə orfoqrafik səhv var idi. Orfoqrafik səhv Qazax dilinin mədəni və siyası önəmliyinə görə siyasi cəhətdən həssas məsələ idi.[4]
2006-cı il seriyası | ||||||
---|---|---|---|---|---|---|
Şəkil | Dəyər | Əsas rəng | Təsvir | Buraxılma vaxtı | ||
Üst tərəf | Əks tərəf | Üst tərəf | Əks tərəf | |||
200 təngə | narıncı | Astana Bayterek abidəsi, Qazaxıstan bayrağı, gerbi, açıq ovuc içərisində prezident Nazarbayevin imzası və himndən fraqmentlər, Kazax dilində sözlə və rəqəmlə dəyər, buraxan bankın adı, Qazax dilində olan yazıda deyilir ki, saxta əsginaslar qanuna ziddir. | İşim çayı üzərindəki körpüdə qanadlı İrbis və Nəqliyyat və Rabitə Nazirliyi, Müdafiə Nazirliyinin binası və fonda Qazaxıstan çöllükləri, Rus dilində dəyər, Kazax dilində bankın adı, bankın loqosu, rus dilində olan yazıda deyilir ki, saxta əsginaslar qanuna ziddir. | 2006 | ||
500 təngə | göy | Maliyyə Nazirliyi və Astana Akimatının binası , fonda Qazaxıstanın xəritəsinin konturu üzərində dəniz üzərində təsvir olunmuş qağayılar, Rus dilində dəyər, Kazax dilində bankın adı, bankın loqosu, rus dilində olan yazıda deyilir ki, saxta əsginaslar qanuna ziddir. | ||||
1,000 təngə | qəhvəyi | Prezident mədəniyyət mərkəzinin binası, fonda Qazaxıstan xəritəsinin konturu üzərində dağlar, Rus dilində dəyər, Kazax dilində bankın adı, bankın loqosu, rus dilində olan yazıda deyilir ki, saxta əsginaslar qanuna ziddir. | ||||
2,000 təngə | yaşıl | Abay Opera binası, fonda Qazaxıstan xəritəsinin konturu üzərində dağ gölü, Rus dilində dəyər, Kazax dilində bankın adı, bankın loqosu, rus dilində olan yazıda deyilir ki, saxta əsginaslar qanuna ziddir. | ||||
5,000 təngə | qırmızı | İstiqlal Abidəsi və Qazaxıstan Mehmanxanası, fonda Qazaxıstan xəritəsinin konturu üzərində dağlar, Rus dilində dəyər, Kazax dilində bankın adı, bankın loqosu, rus dilində olan yazıda deyilir ki, saxta əsginaslar qanuna ziddir. | ||||
10,000 təngə | bənövşəyi | Ak Orda Prezident Sarayı,fonda Qazaxıstan xəritəsinin konturu üzərində kanyonlar, Rus dilində dəyər, Kazax dilində bankın adı, bankın loqosu, rus dilində olan yazıda deyilir ki, saxta əsginaslar qanuna ziddir. |
Xatirə əsginasları
redaktə- 5,000 təngə (2001)
5,000 təngə 2001-ci ildə SSRİ-dən ayrılmasının 10-cu ildönümünə görə buraxılıb.
- 5,000 təngə (2008)
5,000 təngə 2008-ci ildə Qazaxıstan təngəsinin 15 illiyinə xatirə kimi buraxılıb.
- 1,000 təngə (2010)
- 1,000 təngə (2011)
- 2,000 təngə (2011)
2,000 təngə əsginaslar 2011-ci ildə Astanada 7-ci Asiya Qış Oyunlarına xatirə kimi buraxılıb.
- 10,000 təngə (2011)
10,000 təngə əsginaslar 2011-ci ildə SSRİ-dən ayrılmasının 20-cu ildönümünə görə buraxılıb.
- 1,000 təngə (2013)
1,000 təngə əsginaslar 2013-cü ildə “Kul Tigin”ə xatirə kimi buraxılıb (Qədim Türk yazısı abidəsi).
2011-2014-cü il seriyası
redaktəQazaxıstan Milli Bankı 2011, 2012, 2013 və 2014-cü illərdə 1,000, 2,000, 5,000, və 10,000-təngə əsginasların yeni seriyasını buraxdı.[5][6][7][8]
2008-ci ildən etibarən Astananın ev sahibliyi etdiyi 2011 Asiya Qış Oyunlarının şərəfinə xatirə dizaynlı kağız əsginaslar buraxılıb.
Mübadilə dərəcəsi və inflyasiya
redaktə2014-cü il fevralın 11-də Qazaxıstan Milli Bankı Rusiya rublunun zəifləməsinə cavab olaraq ABŞ dollarına nisbətən 19%-dək təngənin devalvasiyasını seçdi.[9]
Hazırkı KZT mübadilə məzənnəsi | |
---|---|
Google Finance əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD = RUBKZT RUB = CNYKZT CNY |
Yahoo! Finance əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD = RUB&to=KZT RUB = CNY&to=KZT CNY |
XE.com əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD = 1&From=RUB&To=KZT RUB = 1&From=CNY&To=KZT CNY |
OANDA.com əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD = 1&exch=RUB&expr=KZT RUB = 1&exch=CNY&expr=KZT CNY |
fxtop.com əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD = RUB&C2=KZT RUB = CNY&C2=KZT CNY |
Currency.wiki əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD RUB CNY |
İstinadlar
redaktə- ↑ Press-reliz Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Qazaxıstan Respublikasının Milli Bankı 29.03.2007 il tarixli № 12.
- ↑ Qazaxıstan Milli Bankı. Valyuta. Olan :http://www.nationalbank.kz/?docid=29&cat_id=7 Arxivləşdirilib 2014-07-28 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2011-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-28.
- ↑ "Kazakh central bank misspells 'bank' on money". 2012-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-29.
- ↑ Kazakhstan new date (2012) non-commemorative 10,000-tengé note confirmed Arxivləşdirilib 2015-02-06 at the Wayback Machine BanknoteNews.com. 23 iyun, 2012. İstifadə tarixi 29-03-2015.
- ↑ Kazakhstan new 5,000-tengé note confirmed Arxivləşdirilib 2015-02-06 at the Wayback Machine BanknoteNews.com. 12 fevral, 2012. İstifadə tarixi 29-03-2015.
- ↑ Kazakhstan new 2,000-tenge note confirmed Arxivləşdirilib 2015-02-06 at the Wayback Machine BanknoteNews.com. 8 aprel, 2013. İstifadə tarixi 29-03-2015.
- ↑ Kazakhstan new 1,000-tenge note confirmed Arxivləşdirilib 2015-02-04 at the Wayback Machine BanknoteNews.com. 5 yanvar, 2015. İstifadə tarixi 29-03-2015.
- ↑ Kazakhstan devalues tenge by almost 20% Arxivləşdirilib 2022-12-27 at the Wayback Machine, 11 Fevral 2014