Qazanci Culfa - Wikipedia
Qazançı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd.
Qazançı | |
---|---|
39°14′15″ şm. e. 45°41′57″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 7219[1] |
Toponimiyası
redaktəOykonim kazan etnonimi və -çi şəkilçisindən ibarətdir. Türkdilli qədim bulqarların kazan tayfasının adını əks etdirir. Mənbələrə görə onlar ilk dəfə e.ə. II əsrdə Zaqafqaziyaya gəlmişlər. İnqlabdan əvvəl bütün qafqazda tərkibində qazan sözünün iştirak etdiyi 24 toponim və hidronim qeyd edilmişdir. Azərbaycanda isə Qazançı adlı 10 kənd var idi.[2]
Coğrafiyası və iqlimi
redaktəKənd Əlincə çayının sahilində, Zəngəzur silsiləsinin yamacında yerləşir.
Əhalisi
redaktəƏhalisi 702 nəfərdir.[3]
Tanınmış şəxsləri
redaktəAbidələri
redaktəDilək piri
redaktəDilək piri Culfa rayonunun Qazançı kəndinin cənubunda, kəndin içərisində ziyarətgahdır. Pir daşdan tikilmiş bir otaqlı binadan ibarətdir. Girişi cənub tərəfdəndir. Şərq tərəfə baxan bir pəncərəsi, qərb divarının içəri tərəfində bir dördkünc formalı taxçası vardır. Binanın interyeri sadə olub gəclə suvanmışdır. Binanın fasadında kiçik həcmli üçbucaq formalı taxça vardır. Taxça hisdən qaralmışdır. Taxçada çıraq, ya da şam yandırılır, daş yapışdırmaqla niyyət edilir. Binanın içərisi İslam dininin müqəddəs şəxsiyyətlərinin şəkilləri və dini motivli digər rəsmlərlə bəzədilmişdir. Pirin indiyədək saxlanmış tikintiləri XIX əsrə aid olsa da, ətrafdan aşkar olunan şirli və şirsiz saxsı məmulatı onun Erkən Orta əsrlərdən fəaliyyət göstərdiyini deməyə əsas verir. Piri VIII–XI əsrlərə aid etmək olar.[4]
İstinadlar
redaktə- ↑ http://www.azerpost.az/?options=content&id=188.
- ↑ Qazançı (Culfa) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 84.
Həmçinin bax
redaktə Culfa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |