Qayali Daglar - Wikipedia
Qayalı_dağlar - Haqqında Məlumat
Qayalı dağlar[1] — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi.
Qayalı dağlar | |
---|---|
Rocky Mountains montagnes Rocheuses | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 4.401 m |
Uzunluğu |
|
Eni | 650 km |
Yaranma dövrü | Təbaşir dövrü, Kembridən əvvəl |
Süxurları | Metamorfik süxurlar, Maqmatik süxurlar, Çökmə süxurlar |
Yerləşməsi | |
44°30′ şm. e. 113°30′ q. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sakit okean və Atlantik okeanı arasında suayırıcı. Kanada və ABŞ ərazisindədir. Uzunluğu təqribən 3200 km, eni 700 km-ə, hündürlüyü 4399 m-ə qədərdir (Elbert dağı). Əsasən, arxeozoyun kristallik süxurlarından, şimal hissədə isə paleozoyun çökmə süxurlarından ibarətdir. Qeyzerlər və termal bulaqlar var. Zəlzələlər olur. Qayalı Dağların ətəklərində iynəyarpaqlı meşələr, yuxarılarda subalp və alp çəmənləri, mərkəzi və cənub hissədə çöl bitkiləri yayılmışdır. Qayalı dağlarda zəngin kömür, mis, molibden, qızıl, gümüş, neft yataqları, milli parklar (qoruqlar) - Casper, Robson, Banf (Kanadada) və Yellouston (ABŞ-də) var.
İstinadlar
redaktə- ↑ Алгонкинләр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 222.
Xarici keçidlər
redaktəVikianbarda Qayalı dağlar ilə əlaqəli mediafayllar var.
- Colorado Rockies Forests ecoregion images at bioimages.vanderbilt.edu (slow modem version)
- North Central Rockies Forests ecoregion images at bioimages.vanderbilt.edu (slow modem version)
- South Central Rockies Forests ecoregion images at bioimages.vanderbilt.edu (slow modem version)
- Sunset on the Top of the Rocky Mountains, CO, Historical Society of Pennsylvania