Qarasu Qalasi - Wikipedia
Qarasu_qalası - Haqqında Məlumat
Qarasu qalası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şərur |
Yerləşir | Gümüşlü kəndi ərazisində, Arpaçay su anbarının altında qalıb |
Tikilmə tarixi | e.ə. II - I minilliklər |
Sahəsi | 5 ha |
İstinad nöm. | 1980 |
Kateqoriya | arxeoloji abidə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Ümumi məlumat
redaktəNaxçıvan MR,Şərur rayonu,Gümüşlü qəsəbəsi yaxınlığında e.ə. II minilliyə və I minilliyin əvvəllərinə aid qala.Sahəsi 5 ha-dır.Terraslarda salınmış möhtəşəm qala divarları ilə iki hisəyə ayrılır.Aşağı terraslardakı hissənin iri daşlardan tikilmiş divarı var.İçqala (Narınqala) 50-60 metr aralıda dağdadır.Divarı kiçik daşlarla tikilib.Qalanın daxilində yonulmuş daşdan tikilmiş bina qalıqları var.Qarasu qalası Azərbaycanın qədim siklopik tikililərinə daxildir.Qalanın daxilində qayalıqda bir neçə su hovuzu da qazılıb.Arxeoloji qazıntılar zamanı qaladan dən daşları,obsidian və çaxmaqdaşından lövhələr,gil qablar,tunc bilərziklər və Erkən Dəmir dövrünə aid ox ucluqları tapılıb. Boyalı Qablar mədəniyyəti üçün səciyyəvidir[1].
İstinadlar
redaktə- ↑ "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 257.