Qaramercek Qaracorekotu - Wikipedia
Qaramərcək qaraçörəkotu (lat. Nigella nigellastrum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qaraçörəkotu cinsinə aid bitki növü.[1]
Qaramərcək qaraçörəkotu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Qaramərcək qaraçörəkotu |
||||
Beynəlxalq elmi adı | ||||
|
Botaniki təsviri
redaktəBirillik, hündürlüyü 30-60 sm olan, dik qalxan, çılpaq, yuxarıdan budaqlanan gövdəli bitkidir. Yarpaqları dar xəttvaripaylı ikiqat lələkvaribölümlüdür. Çiçəkləri tək, ağ və ya çəhrayımtıldır. Kasa yarpaqları 3-4 mm uzunluğunda, uzunsov, bəzən kənarları boyunca kirpikvari tüklüdür. Nektarlıqlar təxminən 5 mm uz.-da, tüklü, qısa dırnaqcıqlıdır; Üst dodaq çox qısadır, alt dodaq 2 dar paylara bölünmüşdür. Meyvə qatları 3, 5-6 mm uz., yuxarıya qədər birləşmiş, qısa buruncuqludur. Toxumlar yumurtavaridir.[2]
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəkləmə və meyvələmə may-iyun aylarına təsadüf edir. Aşağı dağ qurşağında: meşə talalarında, kolluqlarda, topaq topalarında, əkinlərdə, otlu yamaclarda, quru çay yataqları boyunca yayılır. Mezofit, işıqsevəndir.
Yayılması
redaktəDünyada: Fransa, Yunanıstan, İran, İraq, Şimali Qafqaz, Fələstin, İspaniya, Cənubi Qafqaz, Türkiyə, Türkmənistan, Azərbaycanda: Böyük Qafqaz (Quba), Samur-Dəvəçi ovalığı, Kür-Araz ovalığı, Bozqır yaylası, Kür düzü, Kiçik Qafqazın mərkəzi (Ağdam), şimalı, cənubu (Füzuli, Zəngilan, Cəbrayıl).
Növün istifadə sahəsi
redaktəGözəl görünüşlü və parlaq çiçəklərinə görə dekorativ bitki kimi becərilə bilər.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Garidella nigellastrum L.
Heterotipik sinonimləri
redaktə- Garidella anethifolia Salisb.
- Garidella nigelliformis St.-Lag.
- Garidella nigelliformis St.-Lag.
- Nigella garidella Spenn.
İstinadlar
redaktə- ↑ "Plants of the World Online | Kew Science". Plants of the World Online (ingilis). İstifadə tarixi: 2024-12-24.
- ↑ Флора Азербайджана род: Nigella L. / Обр.: Р. Рзазаде. – Баку: АН. Азерб. ССР. т. 4. – 1953. – с. 37-38.