Qaradaglilar - Wikipedia
Qaradağlılar — Azərbaycan türklərinin tayfalarından biri olan Qaradağlılar bölgədəki digər tayfaların əksəriyyəti kimi Səfəvi imperiyasındakı mühüm tayfalardan biri olmuşdurlar.[3] Hal-hazırda əsasən eyni adlı Qaradağ vilayətində yaşamaqdadırlar. Onların mütləq əksəriyyəti şiədir və Azərbaycan türkcəsinin Qaradağ ləhcəsində danışmaqdadırlar.[4][5][6] Qaradağ ləhcəsi Azərbaycan türkcəsinin ən saf ləhcələrindən biri hesab edilir.[7] 75.000-80.000 arası saylarının olduğu müəyyən edilir.[8][9] Qacar sülaləsinin Rusiya ilə olan müharibələrindən sonra Cənubi Qafqazda yaşayan Qaradağlı tayfasının bəzi nümayəndələri Araz çayının cənubuna köçüb yenidən Qaradağda məskunlaşmışdır.[10][11][12]
Ümumi sayı | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
75 000-80 000[1][2] | |||||||||
Yaşadığı ərazilər | |||||||||
| |||||||||
Dini | |||||||||
Şiə (İslam) | |||||||||
Mənşəyi | |||||||||
Türk | |||||||||
Qohum xalqlar | |||||||||
Haqqında
redaktəQaradağlılar müasir İranda Türkman yatağı deyilən, Araz çayının cənubunda yerləşən, tayfa ilə eyni adı daşıyan Qaradağ vilayətində yaşayan türk tayfalarından biridirlər. Qaradağ adı Azərbaycan türkcəsində böyük dağ və ya dağlıq yer mənasına gəlməkdədir. Bu sözün sonuna lı şəkilçisi əlavə olunmaqla tayfanın adı meydana çıxmışdır.[13]
Tarixçi Ənvər Çingizoğlu Qaradağlı tayfasını Səfəvi imperiyasının qurulmasında iştirak edən əsas tayfalardan biri kimi göstərməkdədir. Onun yazdıqlarına görə, tarixi qaynaqlarda həm də Qaradağ sufiləri adlandırılan tayfa hələ Şeyx Heydərin müridləri arasında özlərinə yer tapmışdılar. Qaradağlı elinin oymaqları Səfəvilər dönəmində ölkənin bir çox ərazisinə yayıldılar.[14] Qaradağlılar 1628-ci ildə də əsas Qızılbaş tayfalarından biri kimi göstərilmişdir.[15] Tarixçi Oqtay Əfəndiyev yazır:
Deməli, İsmayıl Azərbaycan hüdudlarını tərk edərək Kiçik Asiyaya daxil olmazdan əvvəl onun qoşunu tərkibində şamlı, rumlu, ərəşli, zülqədər tayfalarının, həmçinin də Qaradağ, Əhər və Talış sufilərinin adları çəkilir.[16]
Mədəniyyətləri
redaktəQaradağlıların yaşadığı Qaradağ bölgəsi dağlıqdır. Buranın şimal-şərqi şahsevənlərin köç yerlərindən biridir. Coğrafi vəziyyətin əlverişliliyinə görə köhnə feodal həyat tərzi müəyyən qədər qorunub saxlanmışdır. Hal-hazırda qaradağlılar əsasən oturaq həyat yaşamaqdadırlar və çaylar, dərələr boyunca yerləşib əkinçiliklə məşğul olurlar. Meyvəçilik və ipəkçilik inkşaf etmişdir.[9]
Qaradağlıların yaşam tərzləri Azərbaycan türklərinin bir digər tayfalarından olan şahsevənlərlə çox oxşarlıq təşkil etməkdədir.[9] Qaradağda danışılan Azərbaycan türkcəsi ən saf türkcə hesab edilməkdədir.[17][18] Pəhləvi sülaləsi dövründə onlara məcburi şəkildə fars dili öyrədilmişdir.[19]
Məşhur simaları
redaktəMənbə
redaktə- Altay dilləri.Bakı,1996, səh.23.
- Народы Передней Азии. Москва,1957.
- Современный Иран. Москва,1975.
- Брук С.И. Население мира. Москва,1986.
- Народы мира.Москва,1988.
- Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
- Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
- Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Türk kültürü". Türk Kültürünü Araştırma Enstitütü. 1966. ss. s. 129,130
- ↑ Nevzat Özkan (2002). "Türk dilinin yurtları". Akçağ. ss. s. 86
- ↑ Баскаков, 1969. səh. 265
- ↑ "Азербайджанцы". Большой Советской Энциклопедии. 11 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2023.
- ↑ Çetinkaya, 1969. səh. 312
- ↑ Азербайджанцы, армяне, айсоры, 1957. səh. 284
- ↑ Bosnalı, 2007. səh. 36
- ↑ Özkan, 2002. səh. 86
- ↑ 1 2 3 Türk kültürü, 1966. səh. 129,130
- ↑ БРУК, 1986. səh. 80, 81
- ↑ Н. В. Лахути. "КАРАДА́ГЦЫ". Большая российская энциклопедия. 2004–2017. 18 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2023.
- ↑ Большая советская энциклопедия. Третье издание. В 30 томах. Главный редактор: А. М. Прохоров. Том 1: А — Ангоб. Москва: Государственное научное издательство "Большая Советская Энциклопедия", 1969, стр. 278.Orijinal mətn (rus.)
Исторически сложились этнографические группы А., отличавшиеся некоторыми особенностями в хозяйстве, культуре и быту: айрумы, карапапахи, падары, шахсевены, карадагцы, афшары и др. ... Карадагцы расселены по горному плато Карадаг, на С.-3. Ирана. Ведут полукочевой образ жизни, занимаются главным образом скотоводством. По культуре близки соседним шахсевенам.
- ↑ Ş. Savalan. "Qaradağ mahalının tayfaları:Tarixdə və günümüzdə". strateq.az. 21 fevral 2017. 17 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2023.
- ↑ Ənvər Çingizoğlu. "Qaradağ elləri: beloğludan eloğluya qədər". reyting.az. 24 iyul 2021. 3 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2023.
- ↑ Abbaslı, 2007. səh. 149
- ↑ Əfəndiyev, 1993. səh. 39
- ↑ Bosnalı, 2007). səh. 36
- ↑ Özkan, 1966. səh. 77
- ↑ Güzel, 2002. səh. 169
Mənbə
redaktə- Sonel Bosnalı. İran Azerbaycan Türkçesi. Kebikeç. 2007.
- Türk kültürü. Türk Kültürünü Araştırma Enstitütü. 1966.
- Nevzat Özkan. Türk dilinin yurtları. Akçağ. 2002.
- Nihat Çetinkaya. Iğdır tarihi: tarih, yer adları ve bazı oymaklar üzerine. Türk Dünyası Araştırmaları Vakfı. 1996.
- "Азербайджанцы, армяне, айсоры". Народы Передней Азии. Moskva: Изд-во Академии наук СССР. 1957.
- Eldəniz Abbaslı. Şamlı adı haqqında. Trakya Üniversitesi Sosyal Bilimler Dergisi. 2007. 142–152.
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Azərbaycan nəşriyyatı. 1993.