Qaradagli Seki - Wikipedia
Qaradağlı — Azərbaycan Respublikasının Şəki rayonunun Qudula kənd inzibati ərazi dairəsində kənd.[1]
Qaradağlı | |
---|---|
41°10′21″ şm. e. 47°00′47″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 266 nəfər |
Toponimikası
redaktəYaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.[2]
Tarixi
redaktəXX əsrin 60-cı illərindən başlayaraq Əyriçayın üzərində suanbarı quruldu. Qaradağlı kəndində 10-dan artıq yaşayış evləri, orta məktəb və s obyektlər su anbarının altında qaldı.
Mədəniyyəti
redaktəKəndə 9 illik orta məktəb, kitabxana, mədəniyyət evi və tibb məntəqəsi var.
Coğrafiyası və iqlimi
redaktəQaradağlı kəndi Şəki şəhərindən 16–17 km cənub-qərbdə, Əyriçayın sahilində yerləşir.
Əhalisi
redaktəKənddə 45-50 ev var.Kəndin əhalisi 266 nəfər təşkil edir ki, onun da 122 nəfəri kişi, 144 nəfəri isə qadındır.
İqtisadiyyatı
redaktəKənd əhalisi əsasən tütünçülük, taxılçılıq, tərəvəzçilik, heyvandarlıq ilə məşğul olur.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
- ↑ Qaradağlı (Şəki) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
Şəki rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |