Qara Dere Kecidi Doyusu - Wikipedia
Qara dərə keçidi döyüşü — Teymuri imperiyasından Pir Məhəmmədlə türk tayfalarından ibarət Qaraqoyunlu konfederasiyasından Qara Yusifin arasında baş vermiş döyüş. Döyüş 1395-ci ildə Türkiyənin şərqindəki Van gölü yaxınlığında baş vermişdir.[1]
Qara dərə keçidi döyüşü | |||
---|---|---|---|
Teymuri-Qaraqoyunlu müharibələri | |||
Tarix | 1395 | ||
Yeri | Qara dərə keçidi, Van gölü yaxınlığı | ||
Səbəbi | Teymuri işğalları | ||
Nəticəsi | Qaraqoyunlu qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Arxa plan
redaktəƏbu Səid Bahadur xanın ölümündən sonra Elxanilərin zəifləməsi nəticəsində Çobanilər, Cəlairilər, İncuidlər və Müzəffərilər İraqda, İranda, Azərbaycanda, Gürcüstanda və Ermənistanda hakimiyyət uğrunda mübarizə aparmağa başladılar. Bu onları zəiflətdi və 1393-cü ildə Teymur üçün mükəmməl hədəfə çevirdi. O, bütün bu regionları ələ keçirdi və Şərqi Anadolunu yağmaladı, lakin onun vətənindən uzun müddət uzaqda qalması dövlətin ali təbəqəsinin üzvlərini və ailəsini narahat etməyə başladı, nəticədə Teymur nəvəsi (Ömər Şeyx Mirzənin oğlu) Pir Məhəmmədi ailəsinin və regionun təhlükəsizliyini təmin etmək üçün 1395-ci ildə Şiraza göndərdi.
Pir Məhəmməd onu müşayiət edəcək Qiyasəddin Tarxan və Əmir Şəmsəddin Abbasla birlikdə Teymurun əsas qüvvələrindən ayrıldı və Məvaraünnəhrə yola düşdü. Ərdəbilə çatarkən onlara kəşfiyyat məkumatı gətirildi ki, Qaraqoyunlu qüvvələri Qara Yusifin komandanlığı altında Alahtauk ətraflarına cəmləşmiş və Xoya hücum etmə planı hazırlamışdır.
Qiyasəddin Tarxan və Əmir Şəmsəddin Abbas Səmərqəndə getməyə davam etdirərkən, Pir Məhəmməd kəsmə yolla Təbrizə yönəldi və burada əyalətdəki Teymuri ordusunu toplamağa başladı. Ona kömək üçün Miranşah tərəfindən bir neçə zabit də göndərildi.
Döyüş
redaktəPir Məhəmməd gecikmədən Qara Yusifə hücum edərək onun planlarını pozmaq fikrində idi. O, Qaraqoyunlu qoşununa onlarla toqquşmadan yayınaraq yaxınlaşmağı bacardı və onun göndərdiyi kəşfiyyta qrupları Qaraqoyunlu ordusu barədə önəmli məlumatlar əldə etdilər. Qara dərə keçidi üzərinə hücuma keçən gənc Teymuri şahzadəsi Qaraqoyunluları məğlub etməyi bacardı. Sağ qala bilən qaraqoyunlular Van gölünə axan Bendimahi çayına doğru geri çəkildilər.[2]
Teymurilərin yaxınlaşması barədə kəşfiyyat məkumatı əldə edən Qara Yusif dərhal qoşunlarını geri çəkməyə başlamışdı. Pir Məhəmməd Bendimahi məntəqəsinə onların arxasıyca gəldi və buradan Qara Yusifi təqib etmək üçün dəstə göndərdi.
Döyüş sildırım qayalıqlar olan çətin coğrafi xüsusiyyətlərə malik yerdə baş vermişdi. Bu yer sonradan Osmanlı ilə Səfəvilərin sərhəd bölgələrindən birini təşkil etmişdir.
Nəticə
redaktəQara Yusif arxasında heç bir iz buraxmadan yoxa çıxdı. Onu izləyib bir şey əldə edə bilməyən Pir Məhəmməd əməliyyatı sonlandırmağın daha düzgün olacağı qərarına gəldi və Şiraza doğru yola çıxdı. O, buradan ilk öncə Sultaniyyəyə getdi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Battle of Qara-Derrah Pass". frankensaurus.com.[ölü keçid]
- ↑ "The Battle of Qara Derrah pass". discovery.nifty.works.[ölü keçid]