Qalateya Peyk - Wikipedia
Qalateya (yun. Γαλάτεια) və ya Neptun VI — Neptunun dördüncü ən yaxın daxili peykidir. Bu peykə yunan mifoloji personajları olan nereidalardan birinin - siklop Polifemə vurulmuş nereida Qaleteyanın adı verilmişdir.
Kəşf edən | Voyager 2 |
---|---|
Kəşf tarixi | 28 iyul 1989 |
Şərəfinə adlandırılıb | Qalateya |
Böyük yarımoxu | 61.593 km |
Əyilməsi | 0,00091 radian |
Nəyin peykidir | Neptun |
Özünə xas ekssentrisitet | 0 |
Kütləsi | 3,7 zettagram[1] |
Albedo | 0,08 |
21,9 | |
Qalateya 1989-cu il İyul ayının sonlarında Voyacer 2 zondu tərəfindən çəkilmiş şəkillər əsasında kəşf edilmişdir.O müvəqqəti olaraq S/1989 N 4 adlandırılmışdır.Kəşf 1989-cu il Avqustun 2-də açıqlanmışdır.Adı isə 16 sentyabr 1991-ci ildə verilmişdir.
Qalateya düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır.
Onun radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin.
Qalateya öz orbitindən 1000 km kənarda olan Adams halqası üçün çoban ay olaraq görünür.42:43 nisbətində olan rezonans hadisələri Qalateyada mövcud olan halqanın unikal halqa əyriləri ilə məhdudlaşdırılması üçün ən çox ehtimal olunan mexanizm hesab olunur.Qaleteyanın kütləsi onu halqada qalmağa məcbur edən radial təlatümlər əsasında qiymətləndirilib.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Galatea Profile[ölü keçid] by NASA's Solar System Exploration Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine
- Neptune's Known Satellites Arxivləşdirilib 2014-12-28 at the Wayback Machine by (Scott S. Sheppard)