Qabaqyal Dagi - Wikipedia
Qabaqyal_dağı - Haqqında Məlumat
Qabaqyal – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Bəysal qövsvari şaxəsinin suayrıcında, Yuxarı Yaycı kəndindən 3 km cənub-şərqdə dağ (hünd. 1824,4 m). Üst Permin Murqab regiomərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentində, onun mərkəzi hissəsinin şimal-şərq qanadında müşahidə edilən Yuxarı Danzik antiklinalının tağ hissəsində yerləşir. Zirvə hissəsindən və şimal-şərq yamacından şimal-qərb istiqamətli əks-fay qırılmaları keçir.[1]
Qabaqyal | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1824,4 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.