Qas - Wikipedia
Qaş - Haqqında Məlumat
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü.
Qaşın funksiyası
redaktəHər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur.
Müxtəlif mədəniyyətlərdə qaşlar
redaktəÇin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.
Həmçinin bax
redaktə- Kirpik
- Göz