Qezebin Yumrugu Film 1972 - Wikipedia
Qəzəbin yumruğu (ing. Fist of Fury, kantonca: 精武門 — Jing wu men) — 1972-ci ildə Brüs Linin iştirakı ilə çəkilən döyüş filmidir.
Qəzəbin yumruğu | |
---|---|
ing. Fist of Fury | |
Janr | Döyüş filmi |
Rejissor | Lo Vey |
Prodüser | Reymond Çou |
Ssenari müəllifi | Lo Vey |
Baş rollarda |
Brüs Li Nora Myao |
Operator | Çan Çin-kui |
Bəstəkar | Cozef Ku |
İstehsalçı | Golden Harvest |
İlk baxış tarixi | 22 mart 1972 |
Müddət | 108 dəqiqə |
Büdcə | $100 000 HKD |
Gəlir |
$4,431,423 Honq Konq dolları $3,400,000 ABŞ dolları |
Ölkə | Honkonq |
Dillər |
Mandarin dili Kanton dili |
İl | 1972 |
Rəng | rəngli |
IMDb | ID0068767 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktəFilmdə baş verən hadisələr XX əsri əvvəllərində baş verir. Çen Zen "Cinqvu" məktəbinin əsasını qoyan müəllimi Ho Yuantszyanın ölüm xəbərini eşidir və Şanxaya geri dönür. Honqkou dojosunun sahibi Suzuki tərcüməçisi Vu En və adamları ilə birlikdə yas mərasiminə plakat göndərir və onun üzərində "Şərqi asiyanın xəstələri" ifadələri dərc olunmuşdur. Bu isə XIX əsrin sonları, XX əsrin əvvəllərində çinlilər üçün təhqir hesab olunurdu. Bu hadisədən sonra Çen Zen Honqkou dojosuna təkbaşına gedir və plakatı onlara geri qaytarır. Bu zaman dojonun müəllimi Yoşida və onun tələbələri ilə mübarizə aparır. Çen Zen onları məğlub edir.
Çen Zen parka gedən zaman qadıdakı mühafizəçi onu içəri buraxmır. Mühafiəçi parka itlərə və çinlilərə qadağan olmasını qeyd edir. Bu zaman parka bir qadın iti ilə daxil olur. Çen Zen onun nə üçün parka daxil olduğunu soruşan zaman mühafizəçi yenidən qeyd edir ki, onun üçün parka giriş qadağandır. Parka daxil olmağa hazırlaşan Yaponlar onu öz tərəflərinə çağırırlar. Yaponlar ona parka daxil olmaq üçün it kimi hərəkət etməsini təklif edirlər. Bu zaman Çen Zen döyüşərək onları məğlubiyyətə düçar edir və buranı tərk edir. Ardınca Honqkou dojosunun müəllimi Yoşida, tələbələri ilə birlikdə "Çinqvu" məktəbinə hücum edir. Bir müddət sonra bura Çen Zen gəlir və bu hadisədən bərk kədərlənir. Gecə vaxtı müəllimini zəhərləyən şəxslərin Tien və Fenq Quişi adlı tələbələrin olduğunu başa düşür. Çen Zen onları öldürürür və Suzukini öldürmək üçün məktəbi tərk edir. Günlərin birində Çen Zen "Cinqvu" məktəbinin tələbələrindən biri olan Yuana öz sevgisini etiraf edir.
Bir müddət sonra Çen Zen Suzukinin tərcüməçisi Vu Eni öldürür. Çen Zen qoca şəxs cildində Suzukinin evinə daxil olmağı bacarır və burada Rusiyalı döyüşçü Petrovun məharətini müşahidə edir. Gecə vaxtı Çen Zen Suzukinin dojosuna gedir. Burada onun tələbələri ilə mübarizə aparır. Suzukinin dojosunun müəllimi olan Yoşidanı və sıra mühüm şəxsləri öldürür. Suzukini öldürmək üçün ilk növbədə Petrovla döyüşür və onu öldürməyi bacarır. Ardınca Suzuki ilə mübarizə aparır və öldürür. Bu hadisədən sonra "Cinqvu" məktəbinə geri dönür və polislərə təslim olur. Çen Zen əvəzində Müfəttiş Lodan məktəbinə zərər vurmayacağı barəsində söz verməsini istəyir. Müfəttiş Lo onunla razılaşır. Çölə çıxan zaman insanları etirazını və polislərin onu öldürmək üçün silahlı vəziyyətində hazırlandıqlarını müşahidə edir. Bu zaman Çen Zen qaçaraq yükəkdən təpik zərbəsi vurur. Bu epizod saxlanılır və atəş səsləri eşidilir.
Rollarda
redaktəAd | Rol | Qeydlər |
---|---|---|
Brüs Li | Çen Zen | Döyüş ustası |
Nora Myao | Yuan Li Er | Cinqvu məktəbinin tələbələrindən biri |
Ceyms Tien | Fan Chia-chi | Cinqvu məktəbinin tələbələrindən biri |
Riki Haşimoto | Hiroşi Suzuki | Honqkou dojosunun başçısı |
Yi Fenq | Yoşida | Honqkou dojosunun müəllimi |
Robert Beyker | Cənab Petrov | Rusiyalı döyüşçü |
Pol Vey | Vu En | Suzukinin tərcüməçisi |
Lo Vey | Müfəttiş Lo | Çinli polislərin başçısıdır |
Kori Yuen | rolu yoxdur | Suzukinin tələbələrindən biridir |
Yuan Byao | rolu yoxdur | Suzukinin tələbələrindən biridir |
Yuen Vah | rolu yoxdur | Suzukinin tələbələrindən biridir |
Ceki Çan | rolu yoxdur | kaskadyor |
Xarici keçidlər
redaktə- Qəzəbin yumruğu — Internet Movie Database saytında