Qeter Turizm Agentliyi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qətər Dövlətinin bir qurumu olan Qətər Turizm Agentliyi Qətər dövləti üzrə turizmin inkişafı və təşviqi üzrə qaydaların, tənzimləmələrin və qanunların formalaşdırılması və administrasiyası üzrə səlahiyyətli olan ali orqandır. Nazirlik turistlərin cəlb olunması və səyahətçilərin yerləşdirilməsi, Qətər turizm sənayesinin genişləndirilməsi və şaxələndirilməsi, eləcə də turizmin rolunun ölkənin ÜDM-da artırılması, gələcək artım və sosial inkişaf üzrə məsuliyyət daşıyır.[1][2]
Qətər Turizm Agentliyi | |
---|---|
Qatar Tourism Authority | |
Mərkəzi | |
visitqatar.qa |
QTA-nın işi 2030-cu il üzrə Qətər Milli Turizm Sektor Strategiyasına əsaslanır (QNTSS),[3] strategiya 2014-cü ilin fevral ayında nəşr edilmiş və sənayenin gələcək inkişafı üçün planın hazırlanmasını nəzərdə tutur.[4]
Vizadan azad olanlar
redaktəKörfəz Əməkdaşlığı Şurası ölkələrinin (Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi) vətəndaşlarından Qətərə daxil olmaq üçün viza tələb olunmur.
Ziyarətçilər üçün vizalar
redaktəAşağıda siyahısı verilən 34 ölkənin vətəndaşları üçün öncədən viza təşkili tələb olunmur və Qətərə daxil olduqda vizasız rejim əldə edə bilərlər. Vizasız rejim təqdim olunduğu tarixdən etibarən 180 gün etibarlıdır və təqdim olunan şəxsə Qətərdə tək səfər və ya çoxsaylı səfər zamanı 90 gün qalmağa icazə verir.
1. Avstriya
2. Baham adaları 3. Belçika 4. Bolqarıstan 5. Xorvatiya 6. Kipr 7. Çexiya Respublikası 8. Danimarka 9. Estoniya 10. Finlandiya 11. Fransa 12. Almaniya |
13. Yunanıstan
14. Macarıstan 15. İslandiya 16. İtaliya 17. Latviya 18. Lixtenşteyn 19. Litva 20. Lüksemburq 21. Malayziya 22. Malta 23. Niderland 24. Norveç |
25. Polşa
26. Portuqaliya 27. Rumıniya 28. Seyşel adaları 29. Slovakiya 30. Sloveniya 31. İspaniya 32. İsveç 33. İsveçrə 34. Türkiyə |
Aşağıda siyahısı verilən 46 ölkənin vətəndaşları üçün öncədən viza təşkili tələb olunmur və Qətərə daxil olduqda vizasız rejim əldə edə bilərlər. Vizasız rejim təqdim olunduğu tarixdən etibarən 30 gün müddətində etibarlıdır və təqdim olunan şəxsə Qətərdə tək səfər və ya çoxsaylı səfər zamanı 30 günədək qalmağa icazə verir. Bu vizasız rejim əlavə 30 gün də artırıla bilər.
1. Andorra
2. Argentina 3. Avstraliya 4. Azərbaycan 5. Belarus 6. Boliviya 7. Braziliya 8. Bruney 9. Kanada 10. Çili 11. Çin 12. Kolumbiya 13. Kosta Rika 14. Kuba 15. Ekvador 16. Gürcüstan |
17. Quyana
18. Honq-Konq 19. Hindistan 20. İndoneziya 21. İrlandiya 22. Yaponiya 23. Qazaxıstan 24. Livan 25. Makedoniya 26. Maldiv adaları 27. Meksika 28. Moldova 29. Monako 30. Yeni Zelandiya 31. Panama 32. Paraqvay |
33. Peru
34. Rusiya 35. San Marino 36. Sinqapur 37. Cənubi Afrika 38. Cənubi Koreya 39. Surinam 40. Tayland 41. Ukrayna 42. Birləşmiş Krallıq 43. Birləşmiş Ştatlar 44. Uruqvay 45. Vatikan 46. Venesuela |
Qatar Turist Vizası
redaktəİstənilən hava yolu şirkəti ilə uçuş həyata keçirən Qətər ziyarətçiləri Qətər Turist Vizası üçün onlayn müraciət edə bilərlər. Müraciət ünvanlamaq üçün, ziyarətçilərdən aşağıdakılar tələb olunur:
- Onlayn form doldurmaq
- Tələb olunan sənədləri (skan edilmiş pasport və şəxsi fotolar daxil olmaqla)təqdim etmək
- Hava yolu rezervasiya məlumatları
- Etibarlı kredit kartdan istifadə etməklə ödənişin onlayn həyata keçirilməsi
Qatar Airways ilə Qətərə səfər edən ziyarətçilər Qətər Turist Vizası əldəetmə prosesinə sərnişin və istənilən müşayiət edən şəxslər üçün eyni rezervasiya əsasında müraciət edə bilərlər.
Qatar Tranzit Vizası
redaktəQatar Airways ilə Qətərdən tranzit olaraq istifadə edən bütün ölkələrin sərnişinləri 96 saatlıq pulsuz Tranzit Vizası üçün müraciət etmək hüququna malikdirlər. Buna baxmayaraq, burada tətbiq olunan müəyyən şərt və müddəalar vardır, belə ki, vizaların təqdimatı yalnız Qatarın Daxili İşlər Nazirliyininsəlahiyyətindədir.
Körfəz Əməkdaşlığı Şurası Vətəndaşları üçün Səfər Vizası
redaktəKörfəz Əməkdaşlıq Şurasının(KƏŞ) vətəndaşları təsdiq olunmuş ixtisasa malikdirlərsə və onları müşayiət edən şəxslər Qətərə daxil olduqda KƏŞ Vətəndaşları üçün Səfər Vizası əldə edə bilərlər. 100 QAR müqabilində kredit kartı vasitəsilə ödəniş etməklə əldə edilə bilən tək girişli viza 30 gün müddətində etibarlıdır və əlavə üç ay müddətinə yenilənə bilər. Bu viza sxemindən istifadə etmək istəyən ziyarətçilərdən Qətərə daxil olan zaman öz ixtisaslarını qeyd etməklə rəsmi sənədləri təqdim etmələri xahiş oluna bilər.
İstinadlar
redaktə- ↑ "Qatar National Vision 2030". Ministry of Development Planning and Statistics. 2017-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-25.
- ↑ "Qatar National Development Strategy 2011~2016" (PDF). Ministry of Development Planning and Statistics. 2016-11-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-09-25.
- ↑ "Strategy 2030". Qətər Turizm Agentliyi. 2018-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-25.
- ↑ The Report: Qatar 2015. Oxford Business Group. 2015. ISBN 1910068276. 2017-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-25.