Qendehar Vilayeti - Wikipedia
Qəndəhar_vilayəti - Haqqında Məlumat
Qəndəhar vilayəti (puşt. کندھار; fars. قندهار) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.
Qəndəhar vilayəti | |
---|---|
کندهار ولايت | |
31°00′ şm. e. 65°30′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Qəndəhar |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Hündürlük | 1.216 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AF-KAN |
Vikianbarda əlaqəli mediafayllar |
Qəndəharda hakimiyyətini Mir Mahmud Hotaki 1717-ci ilde qurdu.[1]
Vilayətin sahəsi 54.022 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 1080.3 min nəfər[2], inzibati mərkəzi Qəndəhar şəhəridir.[3] Əhalinin 51%-ini qadınlar, 49%-ini kişilər təşkil edir. Vilayətdə şəhərləşmə 32%-dir, kənd əhalisi isə 68%-ə bərabərdir. Əhalisini əsasən puştunlar, həmçinin az sayda bəluclar, həzaralar, taciklər və digər xalqların nümayəndələri təşkil edir.[4]
2006-cı ilə olan məlumata əsasən:[5]
- Vilayət əhalisinin, həmçinin vilayətdəki bütün kənd əhalisinin 98%-i (959.1 min) puştunlardan ibarətdir. Vilayətdəki ən böyük tayfaları Barakzay, Popalzay, Alkozay, Nurzay və Əlizay tayfalarıdır.
- Vilayətin 2 kəndində 8 min nəfər bəluc əsilli əhali yaşayır.
- Vilayətin 6 kəndində 4 min dari əsilli əhali məskunlaşıb.
- Vilayətin 7 kəndində 19 min nəfər digər spesifik dillərdə danışan əhali yaşayır.
İnzibati cəhətdən vilayət 17 rayona bölünür.[6]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ ,R.İ.Dadaşova, Səfəvilərin son dövrü
- ↑ "Islamic Republic of Afghanistan Central Statistics Organization". 2010-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-29.
- ↑ "Administrative Divisions of Countries ("Statoids"): Afghanistan". 2006-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-30.
- ↑ "Program for Culture & Confilict Studies: Kandahar Province". 2015-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-30.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2009-07-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2009-07-03.
- ↑ "Kandahar". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-01.