Qeseng Sigirquyrugu - Wikipedia
Qəşəng sığırquyruğu (lat. Verbascum formosum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü.
Qəşəng sığırquyruğu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Qəşəng sığırquyruğu |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Botaniki xarakteristikası
redaktəHündürlüyü 35–80 sm olan, gövdəsi düz, silindrik, yarpaqla örtülmüş, əvvəlcə boz keçə tüklü, daha sonar isə çılpaq, tünd-qonur rəngli, sadə, seyrək budaqlı ikiillik, boz və ya ağımtıl yun kimi keçə tüklü bitkidir. Kökətrafı və aşağı yarpaqları yarpaq ayasından qısa olan saplaq üzərindədir, yumurtaşəkilli və ya yumurtaşəkilli-uzunsov, kütdür, qaidə hissədə azacıq ürəkşəkilli və ya demək olar ki, kütdür, kənarları iri dairəvi-dişli və ya az lələkvari bölümlü və ya aşağı yarısında bir neçə bölümlüdür, yarpaq ayasının qaidə hissəsinin aşağısı, bəzən yan hissədən 1–2 ədəd kiçik sərbəst enli dilimlidir; sonrakı yarpaqlar qısa saplaqlı və ya oturaqdır, yumurtaşəkilliuzunsov, elliptik və ya yumurtaşəkillidir, sivritəhər, sivri və ya qəfil sivriləşəndir, kənarları xırda dişlidir. Çiçəkləri çiçəkaltlığı yarpaqlarının qoltuğunda yerləşmiş, təkdir, oturaqdır, sıx, ağ və ya boz keçə tüklü düz sünbül əmələ gətirir. Tac sünbülşəkillidir, diametri 30–60 mm-dir, aşağı hissədə parlaq, qarabənövşəyi, qalanı isə sarı rəngdədir, çiçəkləmədən sonra uzun müddət qalandır, xaricdən keçə tüklü, daxildən isə çılpaqdır. Qutucuq şarşəkillidir, qısa sivri ucludur, uzunluğu 7–8 mm-dir, sıx keçə tüklüdür. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında emeyvə verir.
Azərbaycanda yayılması
redaktəBQ (Quba), Xəzəryanı, (Beşbarmaq), BQ şərq, BQ qərb, Kür düz. Ovalıqdan orta dağ qurşağına qədər, əsasən aşağı dağ qurşağında.
Yaşayış mühiti
redaktəQuru daşlı, gilli və qayalı yamaclarda, töküntü yerlərdə, yovşanlıqda, ardıc seyrək meşəliyində, kolluqlarda, bəzən əkin sahələrinin kənarlarında, bağ və üzümlüklərdə rast gəlinir.