Qizilyurd - Wikipedia
Qızılyurd (tarixi adı Çiryurd) (qum. Къызылюрт (Qızılyurt), Чирюрт (Çiryurt), avar. Гъизилюрт) - Rusiya Federasiyasının Dağıstan Respublikasında şəhər. Əhalisinin milli tərkibi əsasən qumuqlar, avarlar, laklar təşkil edir.
Şəhər | |
Qızılyurd | |
---|---|
Кизилюрт | |
43°12′ şm. e. 46°52′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 45 m, 115 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368124 |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər Sulaq çayının sahilində, Mahaçqala şəhərindən 53 km məsafədə yerləşir. Qızılyurd rayonunun və şəhər dairəsinin inzibati mərkəzi.
Tarixi
redaktə19 oktyabr 1831-ci ildə Qafqazın ruslar tərəfindən istilası vaxtı qumuqların yaşadığı Çiryurd kəndi ruslar tərəfindən hücuma məruz qalır. Hücumda, bu hadisələrə bir neçə şeirini həsr etmiş rus şairi Aleksandr Polejayev iştirak edir.
1886-cı ildə Dağıstan vilayətinin Aşağı Çiriyurd ərazisinə Samara quberniyasının ruslar köçürülür.
Bir neçə ildən sonra Vladikafkaz dəmir yolunun tikintisi başlanır. Sulaq çayı boyu Dağıstan və Terek vilayətlərinin sərhədində Beslan-Petrovsk (indiki Mahaçqala) xətti yolunda Çiryurd stansiyasının əsası qoyulur. Stansiyada əsasən ruslar məskunlaşdı. Beslan-Petrovsk xətti 1894-cü ildə açılır.
SSRİ dövrü
redaktə1921-ci ildə Dağıstan MSSR yaradılır. 1930-cu ildə stansiya Krasnoye selo adı ilə qəsəbə statusu alır.
Lakin qəsəbənin "Krasnoye selo" (qırmızı kənd) adı tezliklə qumuqcaya tərcümə edilərək "Qızılyurd" adını daşımağa başlayır.
1963-cü ildə Qızılyurd şəhər statusu alır.
Əhali
redaktə2018-ci ilin siyahıyalınmasına əsasən Qızılyurd şəhərinin 37,171 nəfərlik əhalisi var.
Milliyət | Əhali (2010) | Faiz |
---|---|---|
Avarlar | 23 382 | 70,88 % |
Qumuqlar | 3 915 | 11,87 % |
Laklar | 1 760 | 5,34 % |
Ruslar | 1 250 | 3,79 % |
Ləzgilər | 956 | 2,90 % |
Dargilər | 839 | 2,54 % |
digərləri | 846 | 2,56 % |
cəmi | 32 988 | 100,00 % |