Qivraq Sisyan - Wikipedia
Qıvraq, Kırqax — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd.[1][2]
Qıvraq | |
---|---|
Ölkə | Ermənistan |
Tarixi
redaktəRayon mərkəzindən 21 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. 1590-cı ildən mə'lumdur[5]
Toponimi
redaktəXIX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq ləğv edilmiş, əhalisi qonşu Sofulu kəndinə köçürülmüşdür. Kəngərlərin Sofulu tayfasının Naxçıvandan özləri ilə gətirdikləri addır. Naxçıvanda Qıvraq toponiminin özü isə qədim türk dillərində qiy "kənd" və örək "qala", "möhkəmləndirilmiş yer" sözlərindən ibarət adın təhrifidir. Kəndin ilk adı Kırqax olmuşdur[6]. Fikrimizcə "Qıvraq", "Qırxaq" oykoniminin dəyişdirilmiş formasıdır. Kəndin ilkin adına istinad edib deyə bilərik ki, toponim türk dilində "çöl", "dağ, dağ başı" mənasında işlənən kır sözü ilə[7] teleut, Altay, qırğız, qaraqırğız dillərində "bərk", "möhkəm" mənasında işlənən "qax" sözünün[8] birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi
redaktəKənddə 1886-cı ildə 69 nəfər, 1897-ci ildə 80 nəfər, 1908-ci ildə 148 nəfər, 1914-cü ildə 220 nəfər azərbaycanlı yaşamışdır[9]. 1918-ci ildə azərbaycanlılar ermənilər qırğınlarla deportasiya etmişdir. Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndi tərk etməyə məcbur olan qıvraqlılar öz doğma yerlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 77 nəfər, 1926-cı ildə 122 nəfər, 1931-ci ildə 111 nəfər azərbaycanlı yaşamışdır[10]. 1727-ci ildə kənddə 5 azərbaycanlı ailəsi yaşayırdı[11]. XIX əsrin ortalarında Sofulu tayfasının qışlaqlarından biri idi[12][13]. 30-cu illərin sonunda ləğv edilmişdir. İndi xaraba kənddir.
İstinadlar
redaktə- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гывраг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.183
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.131
- ↑ Iravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633. .
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932, с. 76
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.327
- ↑ Seyidov M. Ə. Azərbaycan xalqının soykökünü düşünərkən, Bakı, "Yazıçı", 1989. s.89
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство "Мелконян фонд", 1932, с. 76, 80, 146–147
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство "Мелконян фонд", 1932, с. 80, 147
- ↑ Naxçıvan sancağının müfəssəl dəftəri (27 avqust 1727). Giriş və tərcümənin müəllifləri Ziya Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 1997. .
- ↑ Зелинский С.П. Экономический быт государственный крестьян Зангезурского уезда Елизаветпольской губернии. “Материалы для изучения экономического быта гос. крестьян Закавказского края”. том. IV, 1886. .
- ↑ Kirzioqlu F. Dede Korkut Oguznameleri. I. Istanbul. 1962. .