Psaltinin Binasi - Wikipedia
Psaltinin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 124 qərar 31 dekabr 2002-ci ildə qəbul olunmuşdur.
Psaltinin binası | |
---|---|
rus. Дом Псалти | |
47°12′54″ şm. e. 38°55′48″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Vikianbarda əlaqəli mediafayllar |
Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 82[1].
Tarixi
redaktəBir mərtəbəli bina Petrovskaya küçəsi 82 ünvanında XIX əsin ortalarında tacir Nikolay Plastinin vəsaiti hesabına inşa edolmişdir. Binanın tikintisi bitdikdən sonra burada bir seksiyanı fotoqrafçı Simeon İsakoviç icarəyə götürmüşdür. Bu şəhərin ilk fotoqrafiya kabineti olmuşdur. XIX əsrin 60-cı illərinin ortasında binada yunan əsilli rus rəssamı Arxip İvanoviç Kuinji çalışmışdır. O əsasən təbiət təsvirlərini çəkirdi. 1876-cı ildə bina tam olaraq S. İsakoviçin mülkiyyətinə keçmişdir.
Bir müddət binada fotoqraf N. N. Vaynerin kanineti yerıəşirdi. 1902-ci ildə binada yaşayan Boris Mixayloviç Şikanın mənzilində oğurluq edilmişdir. Gecə saat üçdə mənzilə girən oğrular ondan gümüş siqaret qabı, qızıl saat və digər qiymətli əşyaları oğurlamışdır. O, şəhərdə şəhər peyzajı üzrə məşhur hesab edilirdi. O, şəhərdə ilk də polis idarəsində məhbusların şəkilini çəkmişdir.
ХХ əsrin əvvəllərində binanı diş həkimi olan Abram Mayorov almışdır. 1910-cu illərdə isə binanın sahibi V. V sedov olmuşdur. Sedovun sahibliyi dönəmində binanın ikinci mərtəbəsi inşa edilmişdir. Tikinti binanın həcminin artmasına səbəb olmuşdur. Burada Vasili Vasileviç Sedov qızı Yekatrina və həyat yoldaşı Mariya Mixaylovna ilə nirlikdə yaşayırdı. Birinci mərtəbəni diş texniki S. S. Nordşteyn icarələmişdir. S. S. Nordşteynin qsrdaşə А. S. Nordşteyn burada fotoqrafiya kabineti açmışdır. Burafa birinci mərtəbədə Bermanın qadın şlyapaları satan mağazası vardı.
Sovet hakimiyyəti illərində bina milliləşdirilmişdir. Ömrünün son çağlarında binanın ikinci mərtəbəsində rus idmanınln veteranı Maqri Axilles Nikolayeviç yaşamışdır. Sovet hakimiyyəti illərində binanın birinci mərtəbəsində burada siyası kitablar satan "Fakel" mağazası vardı. Hazırda burada "Persona" adlı mağaza vardır.
Arxitektura
redaktəSimmetrik kərpiçdən inşa edilən iki mərtəbəli, eyvana sahib olan klassizm stilində inşa edilən bina. Mərkəzində dəmir qapı vardır. Binanın ikinci mərtəbəsində yerləşən pəncərələr qəsr daşları ilə dekorlanmışdır. Binanın ikinci mərtəbəsindı yerləşən mağazalara müxtəlif girişlər vardır. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir.
Ədəbiyyat
redaktəГаврюшкин О. П. Вдоль по Питерской (хроника обывательской жизни). Таганрог, 2000.
İstinadlar
redaktə- ↑ "Таганрог ул. Петровская, 82". 2019-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-02.