Portal Video Oyunlar - Wikipedia
Videooyun və ya kompüter oyunu — televizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Videooyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur.
Videooyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Videooyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara videooyun konsolları kimi videooyunlara həsr olunmuş cihazlar, eləcə də noutbuk və stolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir
Videooyunlar üçün istifadə edilən giriş cihazi – kontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular videooyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Videooyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur. 2000-ci illərdə satışa çıxarılan bəzi videooyunlarda lamisə, vibrasiya effektləri və virtual reallıq kaskaları var idi.
2010-cu illərdə videooyunların kommersial əhəmiyyəti gün getdikcə artır. İnkişaf edən Asiya və smartfonlardakı mobil oyunlar bazarı sənayenin mühüm bir parçasına çevriliblər. 2015-ci ildə əldə edilən məlumatlara əsasən, videooyunlar beynəlxalq səviyyədə 74.000.000.000 ABŞ dolları gəlir əldə ediblər və ABŞ əyləncə bazarının üçüncü ən böyük hissəsi olublar.
Marvel vs. Capcom: Clash of Super Heroes — "Capcom" tərəfindən hazırlanan və nəşr olunan krossover faytinq video oyunu. "Marvel vs. Capcom" video oyun seriyasındakı 3-cü əsas epizoddur və 1997-ci ildə satışa çıxarılan "Marvel Super Heroes vs. Street Fighter" video oyununun davamıdır. Video oyun ilk dəfə 1998-ci ildə arkada oyunu kimi buraxılmışdır. Video oyun daha sonra 1999-cu ildə Dreamcast, 2000-ci ildə isə PlayStation üçün satışa çıxarılmışdır. Oyun "Marvel vs. Capcom Origins" kompilyasiyasının bir parçası olaraq 2012-ci ildə PlayStation 3 və Xbox 360 platformaları üçün yenidən buraxılmışdır.
"Marvel vs. Capcom: Clash of Super Heroes" video oyununun geympleyi və estetikası "Marvel Super Heroes vs. Street Fighter" video oyununa çox oxşayır. Hər bir oyunçu iki personaj seçir ki, təkbətək teq-tim komanda döyüşündə iştirak etsinlər və rəqib komandanı məğlub etsinlər. Video oyun əvvəlki buraxılışdakı "Street Fighter" heyətinin çoxunu digər "Capcom" franşizalarından olan personajlarla əvəz edir. Əlavə olaraq, video oyunun geympleyinə iki mühüm dəyişiklik edilmişdir: ənənəvi personaj köməyi sistemi və "Dəyişkən çarpaz" hücum fəndinin təqdim edilməsi.
Əvvəlki buraxılışda olduğu kimi "Marvel Super Heroes vs. Street Fighter" video oyunu da geympleyi, kəskin animasiyaları, personaj reyestrinə görə ümumiyyətcə müsbət rəylər almışdır. Oyunun Dreamcast versiyası arkada kimi möhtəşəm bir konversiyasına görə təriflənmişdir. PlayStation konsolunun yaddaş məhdudiyyətlərinə görə, əsas oyunun sürətini və qrafik bütövlüyünu qoruyub-saxlamaq üçün teq-tim döyüşləri portdan yığışdırılmışdır. Bu da portun qarışıq rəylər almasına səbəb olmuşdur. Oyunun sikveli olan "Marvel vs. Capcom 2: New Age of Heroes" 2000-ci ildə buraxılmışdır.
Bouzett (ing. Bowsette, /baʊˈzɛt/, bow-ZEHT) və ya Koopa-hime (yaponca: クッパ姫, Hepbörn: Kuppa-hime?, azərb. Şahzadə Kupa) — "Mario" franşizasının personajlarından Bouzerin azarkeş məhsulu olan, moe antropomorflaşdırılmış versiyası, hansı ki, istifadə etdiyi power-up sayəsində Şahzadə Piçə oxşayır. Personaj 19 sentyabr 2018-ci il tarixində Malayziya rəssamı "Ayyk92" tərəfindən internetdə yayımladığı bir komiks üçün yaradılmışdır. Bouzett tez bir zamanda qlobal populyarlıq əldə etmiş, ingilis və yapon dillərində onunla əlaqədar heşteqlər isə "Twitter" sosial şəbəkə platformasında trendə düşmüşdür. Bouzett tipik olaraq, buynuzları və kəskin köpək dişləri olan, iynəli boyunbağ, ona uyğun qolbağ və qara rəngli asqısız paltar geyən ağdərili sarışın bir qadın kimi təsvir olunur. Bir neçə Yaponiya rəssamı da personajı özlərinə uyğun bir şəkildə təsvir etmişdir. Bouzett mövzusunda olan bir konvensiyasının 2018-ci ilin oktyabr ayında keçirilməsi planlaşdırılırdı.
- ... "Flappy Bird" video oyununun müəllifi video oyunu virtual mağazalardan çəkdikdən sonra video oyunun bəzi azarkeşinin ona ölümlə hədə-qorxu gəldiklərini?
- "PUBG" video oyununun tam adının "PlayerUnknown's Battlegrounds" olduğunu və ilk dəfə 23 mart 2017-ci il tarixində sadəcə kompüterlər üçün satışa çıxarıldığını?
- ... personajın adı "Max Payne" olaraq dəyişdirilməzdən əvvəl "Max Heat" adının ticarət nişanına çevrilməsi üçün 20.000 ABŞ dollarından çox pulun xərcləndiyini?
- ... "Grand Theft Auto: San Andreas" video oyununun PlayStation 2 konsolunda 17.330.000 nüsxə sataraq platformasının ən çox nüsxə satan video oyunu olduğunu və video oyunun ümumilikdə 21.500.000 nüsxə satdığını?