Portal Pakistan Secilmis Meqale Tarix - Wikipedia
Müstəqillik günü (Pakistan) (urdu یوم آزادی; Youm-e Azadi) — Pakistanda hər il avqustun 14-də keçirilən milli bayram. Pakistan 1947-ci ildə Britaniya Hindistanının süqutunun ardından suveren dövlət elan olundu və dövlətin müstəqillik əldə etdiyi bu gün bayram kimi qeyd edilməyə başladı. Pakistan Cənubi Asiyanın şimal-qərb regionların bölgüsü üzrə müstəqil müsəlman dövlətinin yaradılmasına yönələn Pakistan hərəkatının nəticəsində yaranıb. Hərəkat Məhəmməd Əli Cinnahın liderliyi altında Bütün Hindistan Müsəlman Liqası tərəfindən başladılıb. Hadisə Qərbi Pakistan (hal-hazırkı dövrdə Pakistan) və Şərqi Pakistandan (hal-hazırkı dövrdə Banqladeş) ibarət olan Pakistan dominionuna (sonralar Pakistan İslam Respublikası) 1947-ci il Hindistan Müstəqillik Aktına görə Britaniya Hindistanı altında müstəqilliyin verilməsinə gətirib çıxarıb. İslam təqvimində müstəqillik günü müsəlmanlar tərəfindən müqəddəs dəyərləndirilən qədr gecəsi ərəfəsinə Ramazanın 27-ci gününə təsadüf etmişdi. Məqaləni oxu...