Portal Kino - Wikipedia
Yeni istifadəçilərə · Cəmiyyət · Portallar · Seçilmiş məzmun · Layihələr · Sorğular · Qiymətləndirmə |
Kino Portalı
Seçilmiş məqalə
[[Fayl:|left|150px]] Yaşayan ölülərin gecəsi (film, 1968) — Corc Romero tərəfindən idarə olunan 1968-ci ildə ABŞ istehsalı olan kult filmlərindən biridir. Filmdə baş qəhrəmanlar Ben (Dueyn Cons) və Barbara (Cudit O'Di) ilə birlikdə yeddi adamın sirrli bir şəkildə həyata dönən zombilərdən xilas olmaq üçün Pensilvaniyanın çöl seqmentindəki bir ferma evinə sığınmaları və burada həyatda qalmaq üçün mübarizə aparmalarından danışılır.
Romeronun 114.000 dollarlıq büdcə ilə tamamladığı film sonrakı illər boyunca bir neçə dəfə televiziyada göstərildikdən sonra ABŞ-da 12 milyon dollar, digər ölkələrdə isə 30 milyon dollar hasilat əldə etmişdi. 2008-ci ildə isə filmin hasilatı $689 716 923 milyona çatmışdır. Film 1968-ci ildə ilk dəfə nümayiş etdirilən zaman şiddət səhnələrinin açıqlığı səbəbiylə film kəskin şəkildə tənqid olunmuşdu. Ancaq "ABŞ Konqres Kitabxanası" filmi 1999-cu ildə "mədəni, tarixi və ya estetik baxımdan əhəmiyyətli" olduğu səbəbiylə "Milli Film Arxivi"nə daxil etmişdi. Film ilk dəfə 2005-ci ildə artıq ağ-qara filmi kimi yox, rəngli film kimi nümayiş olunmuşdur. Filmin gəliri 2009-cu ildə isə $256,147,434 milyon dollara çatmışdır. "Vyetnam müharibəsi" dövründə nümayişə girən "Yaşayan ölülərin gecəsi" filmi 1960-cı illərin sonunda ABŞ cəmiyyətinə yönəltdiyi bilavasitə tənqidlər səbəbiylə cığır açan bir film olaraq qiymətləndirildi. Bir tarixçiyə görə film "xeyli çox istiqamətdən dağıdıcı idi". İlk zombi filmi olmasa da, "Yaşayan ölülərin gecəsi" filmi zombi fəlakətinin ilk nümunələrindən biri idi. Romeronun rejissorluq etdiyi bu film "Yaşayan ölülər" ardıcıllığının ilk seriyası idi. Filmin ilk təkrar çəkilişini Tom Tezis 1990-cu ildə eyni adla reallaşdırdı. İkinci təkrar çəkiliş isə 2006-cı ildə "Yaşayan ölülərin gecəsi 3D" filmi adı altında baş tutmuşdur. Filmin bir çox remeyki mövcuddur.
|
Seçilmiş kino sənətçisi
Seçilmiş şəkil
Lümyer qardaşları (Lui və Ogüst Lümyer) — kino sənətinin yaradıcıları.
Bilirsinizmi?
- Tim Börtonun oğlu Billi-Rey Börton kino tarixində ən cavan aktyor sayılır.
- 9 (9/6) filmi Türkiyədə başdan-sona qədər digital çəkilən ilk filmdir.
- Xaç atası (Godfather) filmində hər ölüm səhnəsindən əvvəl kadrlarda "portağal" görünür.
- Oskar mükafatına namizəd olan ilk cizgi filmi filmi 1991-ci ildə Disney-in Gözəl və bədheybət (Beauty and the Beast) filmi olub.
- Ən uzun adı olan film İtaliya istehsalıdır. Film belə adlanır: “Sevgidən və anarxiyadan bəhs edən bir film və ya bu səhər saat 10-da Via Dey Fiora-səbr evi kimi tanınmış məkanda”
- Mark Zukerberq onun haqqında çəkilən Sosial şəbəkə (The Social Network) filminə qarşı olub. Həttə hələ də filmin Facebook-da rəsmi səhifəsinin açılmasına icazə vermir.