Portal Anime Ve Manqa - Wikipedia
Anime (アニメ?) — yapon animasiyası. Başqa ölkələrin çəkdiyi animasiyalardan fərqli olaraq, anime bütün yaş qrupların üçün nəzərdə tutulur (hətta yaş və cins qruplara görə janrlara bölünür) və buna görə dünyada məşhurluq qazanmışdır. O cümlədən, personajların və fonların cizgisində də müxtəlif tərzlər var. Anime üçün əsas süjet mənbələri: manqa (yapon komiksləri), ranobe (roman növü) və kompüter oyunları. Bəzən klassik ədəbiyyat kimi başqa mənbələr istifadə edilir. Bəzən isə anime süjetı orijinal ola bilər (onda isə, artıq bu süjetın əsasında animenın kitab və manqa versiyaları yaradıla bilər). "Anime" sözün mənası kontekstdən aslı olaraq dəyişilə bilər.
Manqa (漫画, マンガ?) — yapon komiksləri. Günümüzdə mövcud olan manqa forması İkinci dünya müharibəsindən sonra inkişaf etməyə başlamışdır. Manqaya qərb ənənələri çox təsir etmişdir, lakin qədim yapon incəsənətinin qədim köklərini özündə saxlamağa davam edir.
Yaponiyada bütün yaşdan olan insanlar manqa oxuyur, o həm təsviri incəsənət, həm də bədii ədəbiyyat nümunəsi kimi ehtiram göstərirlər, buna görə də ən müxtəlif janrlarda və müxtəlif mövzulara aid çoxlu sayda əsərlər mövcuddur: macəra, romantika, idman, tarix, yumor, elmi fantastika, dəhşət, erotika, biznes və s. 1950-ci ildən etibarən manqa yapon mətbəələri üçün böyük bir sahəyə çevrilir və dünyanın digər yerlərində də məşhurlaşır.
Seylor Mun (美少女戦士セーラームーン, Bishōjo Senshi Sērā Mūn?, orijinal tərcüməsi Gözəl Qoruyucu Seylor Mun və daha sonra Gözəl Qoruyucu Seylor Mun) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş şoco manqa seriyası. Manqa seriyası 1991-1997-ci illərdə "Nakayoshi" jurnalında nəşr olunmuşdur. Bu dövrdə 52 fəsli 18 tankobon cildi şəklində çap edilmişdir. Manqa Seylor Muna çevrilərək Ay şahzadəsinin və Əfsanəvi Gümüş Kristalın (「幻の銀水晶」, Maboroshi no Ginzuishō?) axtarışına çıxan 14 yaşlı qız Usaqi Tsukino haqqındadır. Seriya boyunca Seylor Mun Əfsanəvi Gümüş Kristalı qorumaq və Günəş sistemini məhv etmək istəyən düşmənlərin qarşısını almaq üçün yaradılmış Seylor döyüşçüləri (セーラー戦士, Sērā Senshi?) komandasına başçılıq edir.
Risa Oribe (織部 里沙, Oribe Risa?) və ya səhnə adı ilə LiSA (Love is Same All ifadəsinin qısaltması) — Aniplex şirkəti üçün fəaliyyət göstərən Yaponiya pop müğənnisi və söz yazıçısı. Yaponiyanın Gifu prefekturasının Seki şəhərində anadan olmuşdur. Erkən yaşlarda musiqiçi olmağa qərar vermiş və musiqi karyerasına Chucky adlı indi qrupunda başlamışdır. Musiqi qrupunun 2008-ci ildə fəaliyyətini dayandırmasından sonra LiSA solo karyerasını davam etdirmək üçün Tokio şəhərinə köçmüşdür. 2010-cu ildə əsas debütünü etmişdir: uydurma Girls Dead Monster qrupunun iki vokalistindən biri kimi "Angel Beats!" anime serialı üçün mahnılar ifa etmişdir. LiSA 2010-cu ilin avqustunda Animelo Summer Live festivalında, 2012-ci ildə isə Anime Expo tədbirində çıxış etmişdir. Anime Festival Asia tədbirinin daimi qonağıdır.
LiSA-nın mahnıları "Sword Art Online" və "Fate/Zero" kimi bir çox anime seriallarında səsləndirilmişdir. Onun sinqlları Oricon-un həftəlik sinqllar çartının ilk onluğunda yer almışdır. "Crossing Field" sinqlı Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən platin sertifikasiya, "Oath Sign" sinqlı isə qızıl sertifikasiya almışdır.
Angel Beats! (エンジェルビーツ!, Enjeru Bītsu!?, azərb. Mələk ritmləri!) Na-Ga-nın personaj dizaynerliyi ilə Cun Maedanın orijinal konsepsiyasına əsaslanan 13 seriyadan ibarət Yaponiya anime serialıdır. Maeda ilə Na-Ga "Kanon", "Air" və "Clannad" kimi məşhur oyunları istehsal etmiş Key vizual roman brendinin əməkdaşlarıdırlar. Anime Seyci Kişinin rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən çəkilmişdir. Baş animasiyaçı Katsuzo Hirata da personaj dizayneri olmuş, Maeda ssenarini yazmışdır. Musiqi Maeda və Anant-Garde Eyes tərəfindən bəstələnmişdir və Satoki İidanın səs rejissorluğu ilə Aniplex tərəfindən istehsal olunmuşdur. Anime serialında hadisələr axirət dünyasında baş verir və hadisələrin əsas diqqət mərkəzində öldükdən sonra yaddaşını itirmiş Yuzuru Otonaşi adlı oğlandır. Otonaşi axirət dünyası məktəbinə qatılır və Yuri Nakamura adlı qızla rastlaşır. Yuri ona Axirət Dünyası Cəbhəsi (死んだ世界戦線, Shinda Sekai Sensen (SSS)?) adlı təşkilata qoşulmağa dəvət edir. Yurinin başçılı etdiyi bu təşkilatın əsas məqsədi tanrıya qarşı döyüşməkdir.
Seylor Yupiter (セーラージュピター, Sērā Jupitā?) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Makoto Kinodur. (木野 まこと, Kino Makoto?) Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür.
Seylor Yupiter Usaqi Tsukino tərəfindən tapılmış 3-cü Seylor döyüşçüsüdür. Komandanın ən uzun boylu (168 sm) və ən güclü üzvlərindən biri olduğundan komandanın "vuran qolu"dur. Planeti Yupiterin verdiyi güc sayəsində Makoto elektriki və bəzi bitki növlərini idarə etmək, şimşək çaxdırmaq gücünə sahibdir.
Seylor Yupiter ilk dəfə manqanın 5-ci aktında, orijinal animenin 25-ci seriyasında, ikinci animenin ("Sailor Moon Crystal") 5-ci seriyasında görünmüşdür. Bir çox video oyunda yer almışdır. "Seylor Mun" manqasından başqa Seylor Yupiter özündən bəhs edən "Makonun depressiyası" manqasında da yer almışdır.
- ...Takahiro tərəfindən yazılmış "Akame ga Kill!" manqasında (şəkildə) bütün fəsil başlıqlarının "öldür" (yap. 斬る) sözü ilə bitdiyini?
- ..."Bungo Stray Dogs" manqa seriyasındakı personajların çoxunun ədəbi şəxslərin adlarını daşıdığını, aralarında Fyodor Dostoyevski, Edqar Allan Po, Mark Tven, Osamu Dazai kimi personajların olduğunu?
- ...Manglobe tərəfindən istehsal olunmuş "Ergo Proxy" animesində qnostisizm fəlsəfəsindən istifadə olunduğunu?
- ..."No Game No Life" ranobe seriyasının kommunizmə qarşı təhdid hesab edildiyinə görə Çində qadağan edildiyini?
- ..."Re:Zero" anime serialının 19-cu seriyasında Subarunun telefon zəngi üçün "Kanpaku Sengen", "The Beard Song" və "M" kimi mahnıların təklif edildiyi, lakin sonda "Dog of Flanders" animesindən "Yoake no Michi" mahnısının seçildiyini?
- ...Finlandiyada ən böyük manqa nəşriyyatının Sangatsu Manga olduğunu və "Dragon Ball" manqasını nəşr etməklə ölkədə manqa nəşrinin əsasını qoyulduğunu?
- Ümumi
Anime və manqa fanatları • Anime-festival • Anime sənayesi • Kospley • Docinşi • Anime tarixi • Manqa tarixi
- Auditoriyaya görə
Kodomo • Cosey • Seynen • Şonen • Şoco
- Janrlar
Eççi • Harem • Maho-şoco • Mexa • Yaoy • Yuri • Hentay
- Siyahılar
Anime şirkətləri • Anime-festivallar • Anime & manqa video oyunları • Bestseller manqalar • Ən uzun davam edən anime və manqa seriyaları • Manqa jurnalları
Seçilmiş məqalələr:
|
Seçilmiş siyahılar:
|
Yaxşı məqalələr:
|