Portal Idman Secilmis Meqale Idman - Wikipedia
Futbol üzrə dünya çempionatı 2014 — Braziliyada kişilər arasında təşkil olunmuş sayca 20-ci FİFA Dünya Kuboku turniri. Turnirin Cənubi Amerikada təşkil olunmasına qərar verildikdən sonra, 30 oktyabr 2007-ci ildə səs verməyə qatılan tək ölkə olaraq Braziliyanın ev sahibliyi etməsi FIFA tərəfindən təstiq edilmişdir. Bu, Braziliyada keçirilmiş ikinci Dünya kuboku turniridir (İlk dəfə həmin ölkə 1950-ci ildə Dünya Çempionatinin keçrilməsinə hüquq qazanmışdır). 1978-ci ildən bəri Cənubi Amerikada təşkil edilən ilk turnir oldu.
31 ölkənin milli komandaları Dünya Kubokuna vəsiqə qazanmaq üçün 2011-ci ilin iyun ayında başlayan təsnifat mərhələsində mübarizə aparmışdılar. 15 oktyabr 2013-cü ildə seçmə qrupları tamamlanmış və qrup mərhələsinə qatılan ölkələr müəyyən olunmuşdur. Oyunlar yeni inşa edilmiş və yeniləşdirilmiş 12 fərqli şəhərdə olan 12 stadionda oynadılmışdır. Turnirə qrup mərhələsinin Braziliya – Xorvatiya matçı ilə 12 iyun tarixində start verilmişdir. Dünya Kubokunun tarixində ilk dəfə “goal-line” tehnologiyası tətbiq olunmuşdur. Həmin tehnologiya mübahisəli məqamlarda topun qapı xəttini keçib-keçməməsini müəyyən edir. Ev sahibi ölkə ilə bütün dünya çempionu ölkələr 1930-cu ildəki ilk Dünya Kubokundan bəri (Uruqvay, İtaliya, Almaniya, İngiltərə, Argentina, Fransa və İspaniya) turnirdə mübarizə etmə haqqı qazanmışdılar. (Davamı...) |
Tennis — (fr. tenez - "tut") iki nəfər və yaxud hərəsində iki nəfər olan iki komanda arasında oynanılan bir oyundur. Bu oyunun əsas qaydaları ondan ibarətdir ki, hər bir oyunçu verilmiş topu rəqibinə tərəf elə atmalıdır ki, rəqibi topa cavab zərbəsi vura bilməsin. Belə zərbələr zamanı top ağ cizgi ilə işarələnmiş zonaya düşməlidir. Sözügedən rezin topu rəqib tərəfə vurmaq üçün hər oyunçu yalnız Tennis oyununa məxsus olan xüsusi raketkalardan istifadə edir. Tennis meydançası kort adlanaraq 3 zonaya bölünür: gil zonası (qırmızı və yaşıl), bərk zona (o cümlədən sement və yə asfalt) və ot zonası. Bütün dünyada məşhur olan bu oyun 1896-cı ildən etibarən Olimpiya oyunlarının proqramına daxil edilmişdir. Doğma vətənimizdə ilk dəfə rəsmi olaraq 1995-ci ildə Azərbaycan Tennis Federasiyası yaradılmışdır.
Adətən tennisə bütün turnirlər və yarışlar 2 yerə bölünür. Qadınların mübarizə apardığı yarışlar və kişilərin mübarizə apardığı yarışlar. Tennisə nüfuzlu turnirlərin əksəriyyəti 1-1 sistemində yəni təkbətək şəkildə olur. Buna baxyaraq dünyada 2-2 (hər komandada 2 oyunçu) sistemi ilə keçirilən yarışlar da olur. Az hallarda olmasına baxmyaraq Bbzən isə müəyyən qruplar arasında (uşaqlar, gənclər, veteranlar və s.) olan yarışlar keçirilir. Bəzi yerlərdə isə əlillər üçün nəzərdə tutulmuş turnirlər keçirilir. Dünyada ən geniş yayılmış turnilər isə iki tipə bölünür - ATP (kişilər üçün) və WTA (qadınlar üçün). Bu tip turnirlərdə qalib gələn iştirakçılar pul mükafatları və dünya reytinqini müəyyən edən xallar qazanırlar.
|