Pirallahi Yarimada - Wikipedia
Pirallahı — Xəzər dənizində, Abşeron körfəzinin eyni adlı Abşeron arxipelaqına aid ada. O, Azərbaycanda yerləşən sahəcə ən böyük adadır. Sahəsi 17,56 km², uzunluğu 12 km, eni 0,2 km-dən 4 km-ə qədərdir.
Pirallahı adası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 17,56 km² |
Hündür nöqtəsi | 8 ± 1 m |
Əhalisi | 15.900 nəfər (2012-ci il) |
Yerləşməsi | |
40°28′23″ şm. e. 50°19′48″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Pirallahı adası |
Etimologiyası
redaktəAdanı atəşpərəstliklə əlaqələndirirlər. İslam dininin buraya gəlməsiylə əlaqədar adanın adı Pirallahı olaraq dəyişdirilmişdir. Ruslar adanı (bojya svyatinya) sonradan Svyatov adını qoymuşdur. 1936-cı ildə ada inqilabçı F.A.Sergeyevin gizli partiya ləqəbinin şərəfinə "Artyom adası" adlandırıldı. 1990-cı ildə adanın köhnə adı rəsmən bərpa edilmişdir.
Tarixi
redaktəNeftə olan ehtiyacı da nəzərə alaraq SSRİ hökuməti gözünü Pirallahıdakı neft qaynaqlarına çevirir. 1939-cu ildə Azərneftyağ Sənaye Nazirliyi tərəfindən Moskva şəhərində "Damba" tipli körpü tikilməsi üçün layihə təsdiq edilmişdir. Adanı sahilə birləşdirən körpünün tikintisi 1941-ci ildə başlanılıb. 1944-cu ildə başa catdırılır. Bununla da faktiki olaraq, Pirallahı adası yarımadaya çevrilmişdir. Abşeron körfəzi isə iki hissəyə bölünmüşdür. Bir müddət sonra isə damba üzəri ilə adaya dəmir yolu çəkilmişdir. Azərbaycan dəmiryolları Artyom adası stansiyası 13 may 1953-cü ildə istifadəyə verilmişdir. 2012-ci ildə Pirallahını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün tikintisi ilə əlaqədar, elektrik qatarlarının hərəkəti dayandırılmış və dəmir yol xətti sökülərək ləğv edilmişdir[1]. Pirallahı körpüsünün açılışı 2017-ci ilin 11 mayında baş tutmuşdur. Körpünün inşası ilə gəmilər boğazdan sərbəst şəkildə keçmə imkanı əldə etmişlər. 2012-ilin dekabrın 21-də adada yerləşən qəsəbə eyni adlı inzibati rayonun mərkəzinə çevrilir.
Coğrafiyasi və iqlimi
redaktəƏsasən qum və gilli suxurlar üstünlük təşkil edir. Quru suptropik iqlimə malikdir. Əsas etibari ilə Xəzri küləyi hakimdir. Adanın qərb sahillərini Simali və Cənubi Abşeron körfəzləri yuyur. Adadan cənubda Qu adası, cənub-şərqdə isə Böyük Tava və Tava altı adaları yerləşir.
Ehtiyyatları
redaktəƏsas ehtiyatları neftdir.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Youtube.com". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-31.