Peyveste Qadinefendi - Wikipedia
Peyvəstə Qadınəfəndi (10 may 1873, Pisunda – 1944, Paris) — 34. Osmanlı sultanı II Əbdülhəmidin onuncu xanımı.
Peyvəstə Qadınəfəndi | |
---|---|
بييفستي مام | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 may 1873 |
Doğum yeri | |
Vəfat tarixi | 1944 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | əsilzadə |
Atası | Osman bəy |
Anası | Həsna xanım |
Həyat yoldaşı | II Əbdülhəmid |
Uşağı | Əbdürrəhim Hayri Əfəndi |
Dini | Sünni, İslam |
Həyatı
redaktəƏslən abxaz olan Peyvəstə xanımın əsl adı Rabiyədir. Sultan Muradın son xanımlarından Filiztən xanımın dayısı qızıdır. Ailəsi 1877–1878 Rus-Osmanlı müharibəsi səbəbilə Osmanlı torpaqlarına köç etmiş, kiçik Rabiyə isə Osmanlı sarayına təslim edildi. Sarayda Sultan Əbdülhəmidin ilk xanımı Nazikəda xanımın xidmətinə verilən rabiyənin adı dəyişdirildi və Peyvəstə qoyuldu. Çox keçmədən Sultan Əbdülhəmidin diqqətini cəlb etdi və cütlük 24 yanvar 1893-cü ildə Ulduz sarayında evləndi. Bir il sonra yeganə övladı olan Şahzadə Əbdürrəhim Hayri Əfəndini dünyaya gətirdi. Ancaq çox keçmədən Sultan Əbdülhəmid növbəti xanımıyla evləndi və Peyvəstə xanım gözdən düşdü. Padşahın digər xanımı Sazkar xanımla yaxın dost olan Peyvəstə xanım övladının tərbiyəsi ilə məşğul olmağa başladı. Ərinin devrilməsindən sonra onunla birlikdə Salonikiyə getsə də, bir il sonra oğluyla birlikdə İstanbula döndü. Oğlu və Sazkar xanımla birlikdə Şişlidə bir köşkdə yaşayan Peyvəstə xanım 1924-cü ildə övladıyla birlikdə sürgünə getdi. Əvvəlcə Napoli və Romaya, daha sonra isə Parisə getdi və burada vəfat etdi. Məzarı Bobigny məzarlığındadır.
Övladları
redaktə- Əbdürrəhim Hayri Əfəndi (d. 14 avqust 1894, Ulduz sarayı, İstanbul — ö. 1 yanvar 1952, Paris, Bobigny məzarlığı) — 4 iyun 1919-cu ildə Nişantaşı köşkündə Nabilə Əminə Abbas Halimə xanımla (d. 1 iyun 1899 — ö. 6 fevral 1979) evlənsə də, 1923-cü ildə ayrıldılar. 1 övladı oldu. 1952-ci ildə Parisin Sant-Honor otelində intihar etdi.
- Mihrişah Səlcuq Sultan (d. 14 aprel 1920, İstanbul — ö. 11 may 1980, Monako) — İlk evliliyi 7 oktyabr 1940-cı ildə Əhməd Əl-Djezouli Ratib ilə baş tutdu və 3 övladı oldu. İkinci evliliyi isə 7 aprel 1966-cı ildə İsmayıl Asimlə baş tutdu.
- Xədicə Türkan Ratib (d. 1941) — İlk evliliyi Hüseyn Fəhmi ilə baş tutdu və 2 övladı oldu. İkinci evliliyi isə Yousri Musa ilə baş tutdu.
- Mələk Fəhmi (d. 28 yanvar 1966) — Ələddin Rəqabla evləndi və 3 övladı oldu.
- Əhməd Rəqab (d. 29 iyul 1987)
- Əbdül Rəhman Rəqab (d. 21 may 1991)
- Əli Rəqab (d. 19 noyabr 1996)
- Nəsrinə Fəhmi (d. 1968) — Məhəmməd Əl-Nəqqar ilə evləndi və 2 övladı oldu.
- Əmir Əl-Nəqqar (d. 14 sentyabr 1989)
- Şərif Əl-Nəqqar (d. 28 oktyabr 1992)
- Mələk Fəhmi (d. 28 yanvar 1966) — Ələddin Rəqabla evləndi və 3 övladı oldu.
- Mihrimah Ratib (d. 1943 — ö. 1946)
- Turan İbrahim Ratib (d. 3 may 1950) — 27 iyul 1974-cü ildə Anna de Montozon de Leguilhac ilə evləndi və 2 övladı oldu.
- Fatimə Nemət Səlcuq Ratib (d. 11 iyul 1976)
- Kərim Əl-Djezouli Ratib (d. 13 dekabr 1978)
- Xədicə Türkan Ratib (d. 1941) — İlk evliliyi Hüseyn Fəhmi ilə baş tutdu və 2 övladı oldu. İkinci evliliyi isə Yousri Musa ilə baş tutdu.
- Mihrişah Səlcuq Sultan (d. 14 aprel 1920, İstanbul — ö. 11 may 1980, Monako) — İlk evliliyi 7 oktyabr 1940-cı ildə Əhməd Əl-Djezouli Ratib ilə baş tutdu və 3 övladı oldu. İkinci evliliyi isə 7 aprel 1966-cı ildə İsmayıl Asimlə baş tutdu.
Mənbə
redaktə- Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı, s. 499
- Açba, Leyla: Harem Hatıraları, İstanbul 2004
- Öztuna, Yılmaz: Devletler ve Hanedanlar, Ankara 1989
- Uluçay, Çağatay: Padişah'ların kadınları ve kızları, Ankara 1992