Pec Macaristan - Wikipedia
Peç (mac. Pécs) — Macarıstanın əhalisinə görə 5-ci ən böyük şəhəri[5]. Bu şəhər 2010-cu ildə Avropanın Mədəni Paytaxtı seçilib. Şəhər turistik əhəmiyyətinə, Peç Universitetində xeyli əcnəbi tələbənin təhsil almasına görə dünyada məşhurdur.[6] Peçin Qədim xristian nekropolu 2000-ci ildə UNESCO-nun ümumdünya irsinin siyahısında salınıb[7].
Peç | |
---|---|
46°04′15″ şm. e. 18°13′59″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 871 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 153 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +36 72 |
Poçt indeksi | 7600–7636[3][4] |
Digər | |
pecs.hu | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi və adının mənşəyi
redaktəPeçin tarixi 2000 il əvvələ qədər gedib çıxır. Eramızdan əvvəl 4-cü əsrdə orada kelt qəsəbələrinin olması arxeoloji qazıntılar zamanı aşkar edilib. Roma İmperiyasının Pannoniya vilayətinin tərkibində şəhərin adı Sopine olub. 4-cü əsrdən etibarən orada xristian icması yaranır.
İmperiya süquta uğradıqdan sonra bölgə barbarların, hunların və avarların hökmranlığı altına keçib. Avar haqanatının çökməsindən sonra şəhər slavyanlara, daha sonra isə Müqəddəs Roma imperiyasına daxil olur. Şəhərin indiki adı "Peç" slavyan dilindən əmələ gəlir - "pĕt", yəni Beş (kilsə). 1000-ci ildən Peç Macarıstanın mərkəzlərindən biri olur, orada heykəltaraşlıq inkişaf edir.
1367-ci ildə Peçdə ilk universitetin əsası qoyulur.
1526-cı ildə macarlar Mohac yaxınlığında döyüşdə osmanlı türklərinə məğlub olur, 1543-cü ildə isə şəhər tam olaraq Osmanlı imperiyasına daxil olur. Osmanlı imperiyasının tərkibində olan zaman çoxlu kilsələr meçidlərə çevrilir, çoxlu türk stilində inşaat işləri aparılır.
1686-cı ildə Peç Habsburqlar tərəfindən azad edilir. Türklərin hökmranlığı dövrdünə macar əhalisi azaldığı üçün Habsburqlar şəhərə alman və cənubi slavyan xalqlarının gəlməsini təşkil edir.
1704-1777-ci illər aralığında şəhər yepiskoplar tərəfindən idarə edilir və ona azad kral şəhəri statusu verilir.
1848-1849-cu illərdə olan macar inqilabı zamanı Peç xorvatlar tərəfindən müvəqqəti zəbt edilir. 1867-ci ildə orada ilk dəmir yol çəkilir və 1882-ci ildən o dəmir yol şəhəri Budapeştlə birləşdirir. Birinci Dünya müharibəsinin sonunda şəhər serb qoşunları tərəfindən tutulur. Bununla belə sonda şəhər Macarıstanın tərkibində qalır. İkinci Dünya müharibəsində şəhərə o qədər də çox ziyan dəymir. Sosialist dövründə şəhərin əhalisi çoxalır və şəhərdə sənayə inkişaf edir. Sosiyalizmdən sonra şəhər iqtisadi böhran yaşayır.
Yalnız XXI əsrin əvvəllərində şəhər infrastrukturası inkişaf olunur, yeni hava limanı, avtomagistral yol, Peç və Budapeşt arasında yeni şose tikilir.
Əhalisi və demoqrafik göstəriciləri
redaktəƏhalisinin sayı 145 mindən çox olan şəhərin 93% macarlar təşkil edir. Şəhərdə həmçinin az sayda almanlar, xorvatlar və serblər yaşayır. Ümumi əhali sayı Macarıstanın 1.481% təşkil edir. Peç həmişə multikultural şəhər olub, iki min il ərzində müxtəlif fərqli mədəniyyətlərin qatlarını hiss etmək olar. 1998-ci ildə UNESCO tərəfindən "milli azlıqların mədəniyyətlərinin saxlanılması və onlara qarşı tolerant olması və Yuqoslav müharibələri zamanı qaçqın düşmüş insanlara yardım etdiyi üçün Sülh şəhərlərinə" Peç də daxil olmaqla mükafat verildi.[8]
İqlimi
redaktəPeçin iqlimi mülayimdir. May, iyun, iyul, avqust, sentyabr aylarında havaların yaxşı keçməsi turistlərin gəlişini çoxaldır. İyul ən istı, yanvar isə ən sərin, iyun ən nəm aydır. Bu ayda çoxlu yağışlar yağır. Fevral isə ən quru aydır.[9]
Yerləşməsi və nəqliyyat sistemi
redaktəŞəhər paytaxt Budapeştdən 200 km cənubi-qərbdə yerləşir. Xorvatiyaya qədər olan məsafə 30 km təşkil edir. Budapeşt və Peç arasında avtomagistral və dəmir yol fəaliyyət göstərir. Qatarla paytaxta 3 saat ərzində çatmaq olar. Həmçinin, qatarla Macarıstanın digər böyük şəhərlərinə və Vyana (Avstriya), Osiek (Xorvatiya) və Sarayevoya (Bosniya) getmək mükündür.
Şəhərin yaxınlığında Peç-Poqan havalimanı da yerləşir. 2006-cı ildə açılan havalimanı Macarıstanın beşinci beynəlxalq havalimanıdır.[10] 2010-cu ildən Peç-Korfu, Peç-Burqas arasında hava xəttləri istifadəyə verilib.
Şəhərdaxili nəqliyyat avtobuslardan ibarətdir. 1913-1960-cı illərdə Peçdə tramvay xəttləri mövcud olub.
Təhsil və mədəniyyət
redaktəPeçin ali təhsil tarixi 1367-ci ildən başlayır. Böyük Lui yepiskop şəhəri hesab edilən Peçdə universitetin əsasının qoyulmasına sərəncam verdi. Bir neçə mərhələlərdən sonra, Peç Universitetinin əsası qoyuldu və Universitet regionda təhsil sahəsində ən məşhur və aparıcı universitetlərdən biri oldu. Tarixi orta əsrlərə gedən universitet, öz adət-ənənələrini qorumaqla bərabər, eyni zamanda müasir və dinamikayla inkişaf edən Avropa ali təhsil institutu adını da özündə daşıyır və müxtəlif təhsil, mədəniyyət, idman və istirahət imkanları da yaradır. 1951-ci ildə Tibb Məktəbi tam müstəqillik alır və Peç Tibb Universiteti adı ilə fəaliyyət göstərir. Peç Universitetində o zaman yalnız Hüquq fakültəsi qalır. 1982-ci ildə Müəllim Hazırlıq Kolleci, Hüquq və Biznes və İqtisadiyyat faküultələri ilə birləşir. Yeni institut Yanoş Pannoniusun adını daşıyır. Daha sonra Yanoş Pannonius Universitetinə Pollak Mihay Texniki Kolleci daxil olur. Nəhayət, 2000-ci ildə şəhərin mötəbər tədris ocaqları Peç Universiteti adı altında birləşirlər və hal-hazırkı Peç Universitetinin əsası qoyulur.[11] Bu ali məktəb Macarıstanın ilk universiteti hesab olunur.[12]
Tələbələr və universiteti bitirmişlər üçün iş imkanları
redaktəPeç Universitetində mütəmadi olaraq iş yarmarkaları təşkil edilir. Şəhərdə fəaliyyət göstərən müxtəlif şirkətlərin nümayəndələri ora təşrif buyuraraq tələbələrə və artıq universiteti bitirmiş alumnilərə müxtəlif sahələrdə iş və təcrübə imkanları təklif edirlər. Həmçinin, şəhərdə doktorantura edən tələbələrə hər il beynəlxalq səviyyədə tədbir keçirilir və burada gənc araşdırmaçılar müxtəlif araşdırma metodologiyalarla tanış olurlar, interaktiv şəkildə fərqli mövzuları muzakirə edib öz elmi işlərində bir-birinə kömək edirlər.[13]
İdman
redaktəŞəhərin "Peç" futbol klubu var. Komanda tarixi ərzində iki dəfə Macarıstan çempionu və ölkə kubokunun sahibi olub. Klub dəfələrlə Avropa kuboklarında ölkəni təmsil edib. Məşhur macar futbolçu və millinin kapitanı olmuş Zoltan Qera Peç futbol məktəbinin yetirməsidir.[14] Şəhərin həmçinin qadınlardan ibarət basketbol komandası, kiçilərdən ibarət su polosu komandası və reqbi komandası fəaliyyət göstərir.
Görməli yerləri və turistik tədbirlər
redaktəPeçdə tez-tez müxtəlif ənənəvi və müasir festivallar keçirilir. Setater festivalında iştirakçılar müxtəlif növ içkilərdən, yeməklərdən qəbul edirlər, fərqli əyləncəli tədbirlərdə iştirak edirlər. Peçdə Beynəlxalq Mədəniyyət Həftəsi ərzində dünyanın bir çox yerlərindən gələn tələbələr müxtəlif cür tədbirlərə qatılır. İrs Festivalı çərçivəsində iştirakçılar mədəniyyət və incəsənət təqdimatların şahidi olurlar. Şampan və Çaxır festivalında fərqli dadlı içkilər təklif olunur və bir çoxları evlərində hazırlanmış çaxırları iştirakçılara göstərirlər. Peç Şəhər Karnavalı Peçdə küçələrdə keçirilən bayram tədbirləridir. O zaman küçələrdə satılan rəngarəng libaslar tapmaq olar, musiqilı və əyləncəli vaxt keçirməklə şəhəri gəzmək olar. Həmçinin, şəhərdə Meçek rallisi də keçirilir. Bu da motohəvəskarların diqqətini cəlb edir və bu növ turistlərin sayını çoxaldır. Qış mövsümündə Peçdə ənənəvi Qış yarmarkası təşkil edilir, orada isti içkilər, ev əl işləri, ev yeməkləri şəhər sakinlərinə və turistlərə təqdim edilir. Bununla da şəhər Milad bayramını qeyd edir.[15]
Şəhərdə həmçinin iki kinoteatr da fəaliyyət göstərir. Orada ingilis dilində olan filmlər macar dilində subtitrlərlə təqdim edilir.[16] Peç öz muzeyləri ilə məşhurdur. Burada oyuncaq, martsipan, farfor muzeyləri, Macarıstanın müxtəlif sənətkarlarının adını daşıyan muzeylər və qalereyalar mövcuddur. Şəhərin tarixinin qarışıq olması və müxtəlif xalqların əsrlərlə və illərlər orada yaşaması nəticəsində Peçdə müxtəlif inşaat işlərini görmək olar. Məsələn, burada ratuşa, sinaqoqa, 23 metrlik minarəti ilə meçid, katedral, monastır, yepiskop sarayı, kilsə, qədimxristian katakombaları yerləşir, həmçinin rokoko stilində Milli teatrın binası da var, Şəhərin tarixinin onun abidələrində əks etdirilməsi Peçə əlavə gözəllik və maraq qatır.
Meçek təpələri Peç şəhərini əhatə edir. Təpənin zirvəsində televiziya qülləsi yerləşir və orada əla restoran və şəhərə gözəl görünüş açılır. Şəhəri təbii cəhətdən kəşf etmək üçün Botanika bağına getmək tövsiyə edilir. Şəhərin yaxınlığına həmçinin Tetti xarabalıqları yerləşir və şəhərin tarixi haqqında məlumat verir. Onun ətrafında çoxlu yaşıllıqlar tapmaq olar və gəzişmək üçün uyğun yerdir. Avtobus vasitəsi ilə Molomvöld və Örfü göllərinə getmək olar. Örfü gölündə çimmək, Molomvöld gölündə isə balıq tutmaq olar və ətrafında velosiped sürmək olar.[17]
bu şəhər 2010-cun ildə İstanbul və Rur regionu ilə birlikdə Avropada ilin Mədəniyyət şəhəri elan edilir və il ərzində şəhərdə müxtəlif mədəniyyət tədbirləri keçirilib. Şəhər turistik əhəmiyyətinə, Peç Universitetində xeyli əcnəbi tələbənin təhsil almasına görə dünyada məşhurdur.
Tanınmış sakinləri
redaktə- Anton von Rosas, ofthalmoloq
- Marcel Breuer, memar və mebel dizayneri
- Sigismund Ernuszt, Peçin bişopu
- Pál Dárdai, futbolçu
- Petar Dobroviç, Serb rəssamı və Baranya-Baya Respublikasının prezidenti
- Lipot Feyer, riyaziyyatçı
- Zoltan Qera, futbolçu
- Norbert Spannenberger, tarixçi
- Yanos Horvay, memar
- Katinka Hosu, üzgüçü
- Yenö Yando, pianoçu
- Yuraj Klimoviç, Peçin bişopu, mətbuat və ictimai kitabxananın banisi
- Dejö Lauber, idmançı və memar
- Kato Lomb, tərcüməçi və dilçi
- Yojef Eötvöş, gitaraçı
- Janus Pannonius, Peçin bişopu
- İbrahim Peçevi (Ibrahim of Pécs), Osmanlı tarixçisi
- Karl (Freiherr) von Pflanzer-Baltin
- Zlatko Prica (1916–2003), Xorvat rəssam və alimi
- Joe Rudan, müğənni
- Laslo Şoyom, Macarıstanın keçmiş prezidenti
- Károly Balogh Mankóbüki, Peçin Kral Məhkəməsinin Prezidenti
- Bala Tarr, rejissor
- Aurel Tillai, xor ustası, bəstəkar və professor
- Gabriella Ungar, soprano
- Victor Vasarey, aktyor
- Şimun Matkoviç (1575–1638), Peç və Baranyada dini məktəblərin islahatçısı
Yaşayış xərcləri
redaktəPeç şəhəri 75 000 - 200 000 əhalisi olan yaşamaq üçün ən rahat şəhərlər kateqoriyasında 2007-ci ildə üçüncü, 2008-ci ildə ikinci yeri tutdu.[18]
Ümumi götürəndə Macarıstanda yaşama xərcləri Avropa standartlarına görə aşağı hesab edilir. Peçdə kirayə haqqını ödəmək, normal qida qəbul etmək və arada bir əyləncəli istirahətə xərc çəkmək üçün ümumilikdə təqribən aylıq 120 min forint (təxmiən 400 avro) lazımdır. Paytaxt Budapeştlə müqayisədə Peçdə müxtəlif saəhəlrdə qoymətlər yetərincə aşağıdır. Məsələn, qida sahəsində universitetdə bir dəfəyə yemək 600-1000 forint (2-3.5 avro) civarındadır. Supermarketlərdən alınan ərzaqlara gəlincə, bir litr süd 200 forint (0.7 avro), bir çörək 200 forint (0.7 avro), 12 ədəd böyük yumurta 400 forint (1.5 avro), 500 qr pendir 700-900 forint (2-3 avro), 1 kq alma 300 forint (0.9 avro), 1 kq kartof 186 forint (0.5 avro) dəyərindədir.[19]
Nəqliyyat xərclərinə gəlincə, tələbələr üçün bir aylıq nəqliyyat kartı 3300 forint (11 avro), birdəfəlik nəqliyyat bileti avtobusla 280 avro (1 avro). Tələbələr üçün həmçinin qatar biletlərinə böyük endirimlər olur. Peçdə bir nəfərlik mənzil kirəsi 30 000-80 000 macar forinti (təqribən 100-270 avro) civarındadır.
Boş vaxtın səmərəli və maraqlı keçirilməsi üçün Peçdə hər cür imkanlar var. Bunun üçün kinoteatra, teatra, hovuza, konkisürməyə getmək olar. Qiymətlərə gəlincə kinoteatra bilet 700-1400 forint (2.5-4.7 avro), teatra bilet 1000-2500 forint (3.5-8.5 avro), Polak Üzgüçülük hovuzuna getmə Peç Universiteti tələbələri üçün ödənişsizdir, digər hovuzlara isə 800-2200 forint (2.7-7.4 avro), konkisürmə bileti isə 3 saata 700 forint (2.5 avro) civarındadır.[20]
Beynəlxalq əlaqələr
redaktəQardaşlaşmış şəhərləri
redaktəAşağıdakı şəhərlərlə qardaşlaşdırılmışdır:
Partnyorluqlar
redaktəBu şəhər İngiltərənin Peterborough şəhəri ilə qeyri-rəsmi dostluğa malikdir.
Qalereya
redaktə-
Katedral
-
Şəhərin arxivləri
-
İçəri şəhər
-
Qasım Paşa Məscidi
-
Kral küçəsi (Király utca)
-
Peç Universiteti
-
Kral küçəsi (Király utca)
-
"Posta" Sarayı
-
Jolnay (Zsolnay) fəvvarəsinin işığı
-
Yokai meydanı (Jókai ter)
-
Şəhərin mərkəzi
-
Nádor oteli
-
Çapel
-
Havhec Çapel (Havhegy Chapel)
-
Tettyedə xarabalıq
-
Sinaqoq
-
Yaqubəli Həsən (Jakovali Hassan) Məscidi
-
Peçin Elmlər Akademiyası
-
Peç Universitetinin fakültələrindən biri
-
Koşut Layoş Kossuth Lajos abidəsi
-
Fransız (Napoleon müharibəsi) abidəsi
-
Tettye
-
Aerial panoram
-
Mənzərə
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 http://www.ksh.hu/apps/hntr.telepules?p_lang=HU&p_id=19415.
- ↑ Magyarország helységnévtára, Detailed Gazetteer of Hungary (mac.). KSH, 2024.
- ↑ http://www.iranyitoszamnavigator.hu/baranya-megye-telepulesei-9-oldal.
- ↑ http://www.iranyitoszamnavigator.hu/baranya-megye-telepulesei-10-oldal.
- ↑ "Study in Hungary: University of Pécs". 2017-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-28.
- ↑ "Peç Universitetinin (University of Pécs". 2019-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-28.
- ↑ "UNESCO: Early Christian Necropolis of Pécs (Sopianae)". 2017-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-02.
- ↑ "Hatek.hu". 2011-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-02.
- ↑ "Weather & Climate: HungaryHome > Hungary > Climate Pécs". 2015-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-02.
- ↑ "Pecs Airport". 2017-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-03.
- ↑ "PTE: UP Story - 650 years". 2017-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-02.
- ↑ "Pecs University: Ana səhifə". 2019-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-28.
- ↑ Doctoral Workshop[ölü keçid]
- ↑ "PECSI MFK". 2019-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-03.
- ↑ "Sights". 2016-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-02.
- ↑ "PTE.hu: Pécs Sights". 2016-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-02.
- ↑ "Pécs Sights". 2016-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-02.
- ↑ "Livcomawards: Pecs". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-02.
- ↑ "Costs of living in Pecs". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-02.
- ↑ "Pte.hu: Living costs". 2017-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-02.
- ↑ "Twin Towns - Graz Online - English Version". www.graz.at. 2009-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-05.
- ↑ Jérôme Steffenino, Marguerite Masson. "Ville de Grenoble –Coopérations et villes jumelles". Grenoble.fr. 16 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 May 2013.
- ↑ "Partner Cities of Lyon and Greater Lyon". © 2008 Mairie de Lyon. 2009-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-17.
- ↑ "Tucson Sister Cities". Interactive City Directory. Sister Cities International. 4 October 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 September 2013.
- ↑ . Shiraz Municipality. 10 May 2016 https://web.archive.org/web/20180709123402/http://www.shiraz.ir/news/news1?22209-type=1&22209-id=1594 (#bare_url_missing_title). 9 July 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 May 2016.
- ↑ "Kraków - Miasta Partnerskie". Miejska Platforma Internetowa Magiczny Kraków (Polish). 2013-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-10.
- ↑ "Međunarodna suradnja Grada Pule". Grad Pula (Croatian və Italian). 2012-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-28.
Xarici keçidlər
redaktə- (ing.) pecs.hu — Rəsmi saytı
- Peç səyahət bələdçisi