Pavlovsk Muzey Qoruq - Wikipedia
«Pavlovsk» Dövlət İncəsənət-Memarlıq və Park-Saray muzey qoruğu (rus. Государственный художественно-архитектурный дворцово-парковый музей-заповедник (ГМЗ) «Павловск») – XVIII əsrin sonu - XIX əsrin əvvəlinə aid park-saray ansamblı. Saray Peterburqun şəhərətrafı sayılan Pavlovsk şəhərində yerləşir. Saray-park kompleksinin mərkəzi İmperator I Pavelin yay iqamətgahı olan Pavlov sarayı hesab olunur.
Pavlovsk sarayı | |
---|---|
Павловский дворец | |
59°41′09″ şm. e. 30°27′12″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Sankt-Peterburq |
Yerləşir | Pavlovsk |
Memar | Çarlz Kameron |
Sifarişçi | I Pavel |
Tikilmə tarixi | 1782—1786 |
Üslubu | neoklassik memarlığı |
Rəsmi sayt | pavlovskmuseum.ru |
İstinad nöm. | 7810339037 |
Mühafizə dərəcəsi | Federal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Saraya bitişik ərazidə və Slavyanka çayının hər iki sahilində 600 hektarlıq geniş park yerləşir və Avropanın ən böyük mənzərəli parkı hesab olunur. Saray və park 50 il müddətində 5 tanınmış memar - Çarlz Kameron, Vinçentso Brenna, Cakomo Kvarengi, Andrey Voronixin və Karlo Rossi tərəfindən inşa olunmuşdu.
Ərazi bölgüsü: parkın tərkib hissələri
redaktəPavlov parkı aşağıdakı sahələrə bölünür:
- Böyük ulduz (Bu keçidlə siz parkın digər sahələrinə də baxa bilərsiniz)
- Slavyanka çayının vadisi
- Mərkəz (Saray ətrafı rayonu)
- Köhnə Silviya
- Yeni Silviya
- Bəyaz ağcaqayın
- Parad sahə
Tarix
redaktəSaray 50 ilə inşa olundu və tikinti işləri şərti olaraq üç mərhələdə həyata keçirildi:
- Memar Çarlz Kameron tərəfindən 1782—1796-cı illərdə malikanənin əsası və planlaşdırılması həyata keçirilmişdi.
- Memar Viçentso Brenna malikanəni ətrafdakı parklarla birgə imperator sarayına çevirmişdi.
- Memarlar Voronixin, Kvarenqa, Rossi və həmçinin rəssam Pyetro Qonzaqo tərəfindən sarayın bəzək və bədii tərtibatı hazırlanmışdı.
1782—1796-cı illərin Rusiya zadəgan malikanəsi
redaktəPavlov sarayın əsası 25 may 1782-ci ildə qoyulmuşdu. Əvvəlcə, tikinti Paullüst adlanan sökülmüş taxta malikanənin olduğu sahədə başladı. Məhz buna görə də Pavlov sarayı ilk öncə daha çox müxtəlif yardımçı tikililər və park ilə əhatə olunmuş sadə aristokrat sarayını xatırladırdı.
Yeni tikiləcək sarayın layihəsinin britaniyalı memar Çarlz Kameron tərtib etmişdir. O tez-tez müxtəlif memarlıq sualları ilə əlaqədar I Pavel ilə qarşıdurmaya çıxırdı. Buna baxmayaraq, inşaat işləri sürətlə aparılırdı və 1782-ci ilin payızında sarayın əsas binası və yan qalereyaları demək olar ki, hazır idi.
İmperator iqamətgahı
redaktəİmperatorun 1796-cı ildə tacqoyulmasından sonra, İmperator israrla sarayının ölçüsünün artırılmasını istəyirdi. Buna görə də, saraya daha çox əzəmət və təmtəraq vermək məqsədilə o yenidən qurularaq daha da genişləndirilmişdi. Bu zaman inşa işləri üzrə məsuliyyətli şəxs qismində Kameronun köməkçisi, italyan memarı Viçentso Brenna seçilmişdi.
Sarayın interyeri
redaktəSaray-park kompleksi
redaktə-
Pavlov sarayı və ətrafındakı geniş park ərazisi.
-
Pavlov parkı və Slavyanka çayı.
-
I Pavelin saray həyətindəki heykəli.
-
Pavlov parkı payız aylarında.
Sarayın tarixinin ümumi xronologiyası
redaktə- 25 may 1782-ci il. — Pavlov sarayının tikinti işlərinin başlaması.
- 1783-cü il — mərkəzi korpus inşa olunmuşdu.
- 1785-ci il — sütunlu-qalereya və xidməti korpus binaları tikilmişdi.
- 1787-ci il — Sarayın daxili tərtibat işləri sona çatmışdı.
- 1796-cı il — I Pavelin tacqoyulma mərasimi.
- 1790-cı illərin sonu — Saray yenidən qurulur və genişləndirilir.
- 1801 — I Pavelin öldürülməsi.
- 10 yanvar 1803-cü il — Pavlov sarayında yanğın.
- 1803—1805-ci illər — Sarayın bərpası
- 1808-ci il — Sarayda kariatidlərlə bəzədilmiş «fənərli kabinet» inşa olunmuşdu. Layihənin müəllifi memar Andrey Voronixin, heykəltaraş isə Vasili İvanoviç Demut-Malinovskidir[1]
- 1822—1824-cü illər — sarayın kitabxana korpusu tikilmişdi.
- 1872-ci il — Əsas həyətdə I Pavelin abidəsi ucaldılmışdı.
- 1942—1944 — Park faşistlərin işğalı zamanı güclü zədələnmişdi. İşğalçılar geri çəkilən zaman sarayı yandırmışdılar[2][3]
- 1957-ci il — Müharibədən sonrakı restavrasiya işləri nəticəsində, sarayın ilk zalları ziyarətçilərə açılmışdı.
- 1978-ci il — Pavlov sarayının bərpa işləri sona çatmışdı.
- 1978-ci il — muzeyin kollektivi «Şərəf ordeni» mükafatına layiq görülmüşdü.
- 1983-cü il — Saraya "qoruq-muzey" statusu verilmişdi.
Ədəbiyyat
redaktə- В.Я.Курбатов. Павловск. Художественно-исторический очерк и путеводитель. Санкт-Петербург, 1912.
- А.А.Половцов. Сокровища искусств в России. Париж, 1919.
- В.Н.Талепоровский. Павловский парк. Петроград, 1923.
- А.М.Кучумов. Павловск. Путеводитель по дворцу и парку. Ленинград, 1975.
- А.М.Кучумов. Павловск. Дворец и парк. Ленинград, 1976.
- А.М.Кучумов. Убранство русского жилого интерьера XIX века. Ленинград, 1977.
- А.М.Кучумов. Русское декоративно-прикладное искусство XVIII – XIX веков в собрании Павловского дворца-музея. Ленинград, 1981.
- А.М.Кучумов. Государственный музей-заповедник «Павловск». Ленинград, 1981.
- Памятники архитектуры пригородов Ленинграда. Авторский коллектив. Ленинград, Стройиздат, 1983.
- А.И.Зеленова. Дворец в Павловске. Лениздат, 1986.
- А.Г.Мосякин. Четыре гобелена с пасторалями Буше. – «Вечерний Ленинград», 1990, 20 августа.
- Сюзанна Масси. Павловск. Жизнь русского дворца. Санкт-Петербург, 1997 (перевод с англ. – Первое издание в США, 1990).
- А.Ю.Гусаров. Павловск. От основания до наших дней. Паритет, 2013.
Xarici keçidlər
redaktə- Государственный музей-заповедник «Павловск» — официальный сайт
- Дворец в Павловске // rusarh.ru
- Павловский дворец
- Фотографии Павловского парка // photocity.ru Arxivləşdirilib 2011-09-10 at the Wayback Machine
- Государственный музей-заповедник «Павловск» // gardener.ru Arxivləşdirilib 2007-12-31 at the Wayback Machine
- Интерьеры Павловского Дворца // prigorod-peterburg.ru
- Фотографии росписи интерьеров Павловского Дворца
- Фотографии Павловского парка
- Видеоэкскурсия по Павловскому парку // toneup.ru
- Фильм Павловск реж. Аранович 1977г. Arxivləşdirilib 2014-07-18 at the Wayback Machine
İstinadlar
redaktə- ↑
50 биографий мастеров русского искусства Nəşriyyat Avrora Nəşr 1970 Səhifə 80 Vikianbarda əlaqəli mediafayllar - ↑ Из архива дворца-музея: Громова Н.И, Кучумова А. М. Павловский дворец-музей. Научная реставрация Павловского дворца-музея после Великой отечественной войны 1944—1969 годы //
:Павловск. Императорский дворец. Страницы истории Nəşriyyat АРТ-ПАЛЛАС Nəşr 2004 Cild I Səhifə 299 ISBN 5-89468-026-3 Vikianbarda əlaqəli mediafayllar 24 января Павловск был освобожден советскими войсками. Дворец медленно догорал. Фотографии 7 и 8, сделанные 25 января писателем П. Лукницким, находившимся в то время в рядах наступавшей армии, показывают догорающий центральный корпус дворца (на фотографии 8 белые пятна в оконных пронемах — огонь).
- ↑
:Ленинград действует Müəlliflər Лукницкий П.Н. Nəşriyyat Советский писатель Vikianbarda əlaqəli mediafayllar Я тщательно фотографирую этот пожар.
Бой ещё идет неподалеку от Павловска, наши воины бьют гитлеровцев с вдохновением ненависти, которой предела нет. Но Павловский дворец, драгоценный памятник русского зодчества, на наших глазах горит!