Panama Berzexi - Wikipedia
Panama bərzəxi — Şimali Amerika materikini Cənubi Amerika materiki ilə birləşdirir. Şimaldan Karib dənizi və cənubdan Sakit okean suları ilə əhatələnir. Yəni bu iki coğrafi su obyektlərini ayırır. Bərzəxin formalaşması iki tavanın bir-biri ilə toqquşması nəticəsində 12–15 milyon[1] il bundan öncə meydana gəlmişdir. Bu birləşmə nəticəsində canlılar sərbəst şəkildə şimala və cənuba doğru hərəkət etmişdir. O da bəllidir ki, Cənubi Amerikaya insanlar şimaldan məhz bu bərzəx vasitəsilə gəlmişlər. Bərzəx Panamanın ərazisində yerləşir. Mövcud əlverişli coğrafi mövqe ilə əlaqədar onun üzərində Panama kanalı çəkilmişdir. Kanalın uzunluğu 81,6 km təşkil edir. Bu kanal vasitəsilə 1000 kilometrlərlə məsafə qısalmışdır. Belə ki, Avropadan və Şərqi Amerikadan gələn gəmilər qısa yol qət edərək qərbi Amerika sahillərinə gedə bilirlər. Kanalın tikintisi 1906–1914 ci illərə təsadüf edir.
Panama bərzəxi | |
Kosmosdan görünüş | |
8°40′00″ şm. e. 80°00′00″ q. u.HGYO | |
Ölkə | Panama |
Birləşdirir | Şimali Amerika ilə Cənubi Amerikanı |
Panama bərzəxi Vikianbarda |
İstinadlar
redaktə- ↑ "Land Bridge Linking Americas Rose Earlier Than Thought, LiveScience.com". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-22.