Pakraduni Sulalesi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Baqratuni sülaləsi (erm. Բագրատունիներ / Romanizasiya: Bagratuniner), 885-1045-ci illər arasında Ermənistan və Şərqi Anadolunu idarə edən erməni sülaləsi.
Tarixi
redaktəPakradunilər, ilk dəfə olaraq eramızdan sonra 30-cu ildə İspir kralı Yenanos ilə birlikdə tarix səhnəsinə çıxdılar. Yenanosdan sonra padşah olan Baqarata görə Pakraduni adlandırıldılar. Sülalə 885-ci ildə I Aşot tərəfindən qurulmuşdur. Paytaxtı indiki Ermənistanın hüdudlarında tapılmış Dəbil olsa da, 961-ci ildən etibarən paytaxtı Ani şəhəri olmuşdur. Pakraduni Krallığının cənubunda, Abbasilərə bağlı bir kürd əmirliyi olan Mərvanilər və Abbasilər, şimalında Gürcüstan Pakraduni Krallığı, qərbində isə Bizans var idi.
İddialar
redaktəLevon Panos Dabağyanın iddialarına görə, Pakradunilər yəhudi mənşəlidirlər. Pakradunilərin erməni mədəniyyətini yaşadan xristian inanclı bir xalq olduğu bilinir. Abraham Galante, “Les Pacradounis ou Une Secte Armeno-Juive” (1933) adlı əsərində Pakraduni-Yəhudi münasibətləri ilə də məşğul olmuşdur.