Pusyan Serur - Wikipedia
Püsyan_(Şərur) - Haqqında Məlumat
Püsyan — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Rayon mərkəzi Şərur şəhərindən 23 km cənub-şərqdə yerləşir.[1]
Püsyan | |
---|---|
39°26′37″ şm. e. 45°01′18″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Şərur rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 798 m |
Saat qurşağı | |
Tarix
redaktəPüsyan və ya Pesyan Araz çayının yuxarı axarında (əsasən Türkiyə ərazisində) eramızdan əvvəl türkdilli pasianların yaşadığı əraziyə verilən qədim addır.[2] 1833-cü ilə aid sənədlərdə püsyanların Naxçıvan ərazisində doqquz tayfa icmasından birini təşkil etmələri haqqında məlumat verilir.[3]
Əhali
redaktəƏhalisi 4142 nəfərdir.(2009 - cu il)[4] Püsyan kəndi sırf türk kəndidir və bu kənddə bir neçə kürd ailəsi də yaşayır.
Kənd əhalisi etnik tərkibinə görə əsasən azərbaycanlılardan ibarətdir.
İstinadlar
redaktə- ↑ ASE, VIII cild, Bakı, 1984-cü il, səh. 52
- ↑ "Oqtay Hüseynli, Şahmar İbrahimli. Azərbaycan tarixində etnik proseslərə dair (Yalan və Həqiqət)". 2014-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-14.
- ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. II cild, Bakı, 2007, səh. 163
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Şərur rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |