Otuzikiler - Wikipedia
Otuzikilər — Azərbaycan Respublikasının Bərdə rayonunun Otuzikilər kənd inzibati ərazi dairəsində kənd.[1]
Otuzikilər | |
---|---|
40°23′08″ şm. e. 47°14′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Bərdə rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 30 m |
Saat qurşağı | |
Tarixi
redaktəVəliuşağı və Hacıəhmədli kəndlərinin arasındakı şor su kanalının çəkilişi zamanı bizim eradan əvvələ aid küp qəbirlər aşkar edilmişdir.
Otuzikilər tayfa birliyi haqqında XVI-ci əsirdə yazılı mənbələrdə adı çəkilmişdir və Səfəvilər Dövlətində ən güclü və hörmətli tayfa birliyi olmuşdur. Azərbaycan ərazisində 2 rayonda Bərdə və İmişli rayonunda isə Otuzikilər və Otuziki adlı kənd var.Bu adda Türkiyə ərazisində də kənd vardır.
Kənddə Çinarlı, Tümənli, Saçlı, Çaylı, Carlı, Hacallı, Əfəndilər, Bor-borlar, Bozbalılar, Amanlar və Sadıxlılar kimi məhəllə və tayfalar olmuş və indidə vardır.
Kənd Otuzikilər adı ilə yanaşı həm də Xanqaraqoyunlu kəndi kimi də adlandırılmışdır. İnzibati cəhətdən bir çox kəndlər 1947-ci ilə kimi Xanqaraqoyunluya daxil idi. Bu kəndlər aşağıdakılardır.
- Otuzikilər
- Hacıəhmədli
- Vəliuşağı
- Bayramlı
- Kolayır
- Gülgəzli
- Sərkarlar
- Mollaəhmədli
- Mollaisalar
- Böyük Göyüşlü
- Bala Göyüşlü
1917-18-ci illərdə ərazidə kifayət qədər tanınmış Qurbanəli Xozeyin ilk dəfə olaraq Firənk Dəyirmanı tikdirərək istifadəyə vermişdir.
Əvvələr ərazidə dini təhsil mərkəzi olmasına baxmayaraq 1918-20-ci illərdə dünyavi elmlərin tədris olunması məqsədilə o vaxtkı dövr üçün Qurbanəlibəyin evində ilk təhsil ocağı fəaliyyətə başlamışdır.
1930-cu illərdə bolşeviklər tərəfindən kənddə eləcədə Qarabağ ərazisində kifayət qədər tanınmış Sartel Aslan və oğlu qətlə yetirilmişdir.Qurbanəli Xozeyin isə əvvəl İrana ondan sonra isə Türkiyəyə gedərək mühacir həyatı yaşamışdır və 1960-cı ildə vəfat etmişdir.Bundan başqa bəzi ailələlərdə represiyaya məruz qalmışdır. 1930-40-cı illərdə əraziyə ilk planlı yol çəkilmişdir. 1941-45-ci illərdə ərazinin silah tutan igid oğulları BVM-nə yollanmış az bir qismi isə geri doğmalarının yanına qayıtmışdır.
1940-cı ildə Poçt işi təşkil olunmuşdur. 1943-cü ildə 4- ilk məktəb binası tikilib istifadəyə verilmişdir. 1948-1950-ci illərdə ilk səhiyyə ocağı tikilmişdir.
1951-53-cü illərdə Azərbaycanın digər bölgələri kimi Bərdə rayonunun Otuzikilər kəndinədə Qədim Azərbaycan torpağı olan İrəvan mahalından (indiki Ermənistan ərazisindən) bir çox əhali zorla depotasiya olunmuş və məskunlaşdırılmışdır.
1953-cü ildə əraziyə ilk dəfə olaraq özüçıxan içməli su artizan quyusu qazılmışdır. 1959-60-cı illərdə əkin sahələrinin suvarılması üçün əraziyə ilk suvarma kanalı çəkilmişdir.
1963-65-ci illərdə Vəliuşağı kəndini sel yuyaraq ziyan vurmuş və kəndin yeri dəyişdirilmişdir. Həmin illərdə əraziyə elektirik təsərrüfatı qurularaq energinin verilməsinə başlanılmışdır.
1975-1978-ci illərdə o dövr üçün ən müasir məktəb binası tikilərək istifadəyə verilmişdir.
1988-1990 və 1991-1994-cü illərdə Milli Azadlıq Hərəkatının başlanması və ermənilərin əsrin əvvələrində olduğu kimi torpaq iddiası ilə bağlı ərazidə vətənpərvərlik ruhu daha da yüksəlmişdir. Ərazinin gəncləri, yaşlıları 1-ci Qarabağ müharibəsində aktiv iştirak etmiş və könüllü cəbhəyə yollanmışlar. Ərazidən 4-nəfər Şəhid olmuş, 2-nəfər itkin düşmüş, 8-nəfər isə əlil olmuşdur.
1997-2006-ci ildə ərazidə "Bilal" və "Seyidlər" məscidi tikilərək istifadəyə verilmişdir.
2009-2015 AzKİL-in dəstəyi və Otuzikilər İcması ilə ərazidə 10-dan çox bulaq , kəndarası yolların çınqıllanması əlavə məktəb otaqlarının tikilməsi və qəbirsanlığın kənarına dəmir setka çəkilmişdir.
Əhalisi
redaktə01.01.2014-cü il tarixinə olan məlumat
- Otuzikilər kəndi üzrə 2560 nəfər
- Haciəhmədli kəndi üzrə 262 nəfər
- Vəliuşağı kəndi üzrə 507 nəfər
- Bayramlı kəndi üzrə 201 nəfər
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
Bərdə rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |