Orxan Bayramov Rejissor - Wikipedia
Orxan Etibar oğlu Bayramov (15 aprel 1985, Boladı, Lənkəran rayonu) — Azərbaycanlı rejissor[1], ssenarist, prodüser.
Orxan Bayramov | |
---|---|
azərb. Orxan Etibar oğlu Bayramov | |
Doğum tarixi | 15 aprel 1985 (39 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Əzra Kəramət Bayramova |
Uşağı | Sənan Bayramov |
Fəaliyyəti | kinorejissor, rejissor, ssenarist, prodüser |
Fəaliyyət illəri | 2010-cu ildən |
Təhsili | |
IMDb | ID10385765 |
Həyatı
redaktəOrxan Bayramov 15 aprel 1985-ci ildə Lənkəran rayonunun Boladı kəndində dünyaya gəlib. 1991–2002-ci illərdə orta təhsilini Boladi kənd Şəhid Nahir Axundov adına 1 saylı orta məktəbdə almışdır. 2003–2004-cü illərdə hərbi xidmətdə olmuşdur.
2005–2010-cu illərdə Azərbaycan Dövlət Maliyyə-İqtisad Kollecində Maliyyə və Kredit fakültəsində orta-ixtisas təhsili almışdır. 2010–2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində ali təhsil almışdır.
2009-cu ildən 2014-cü ilə qədər Azərbaycan Kapoeyra Federasiyasında müəllimlik etmiş və yaradıcılıq işləri ilə məşğul olmuşdur.
Yaradıcılıq illəri 2010-cu illərdən başlayır. 2010–2013-cü illərdə özü tərəfində yaradılan Yarasa Film şirkətində ssenari müəllifliyini və quruluşçu rejissorluğunu etdiyi "Ölümün Döngəsində", "Ölümün Döngəsində 2" və "Pul Kisəsi" filmlərini ərsəyə gətirir. Azərbaycan Kapoeyra Federasiyasında çalışdığı vaxtlarda "Sport Service Company" ilə birgə ssenari müəllifi və quruluşçu rejissorluğunu etdiyi "Ekoloji Missiya" (ing. Ecological Mission) və "Ölümün Döngəsində 3" (ing. Turn of Death 3) adlı iki qısametrajlı filmlərini ərsəyə gətirir.
2015-ci ildə "Yarasa Film" şirkətinin adını "Yarasa Art Pictures"lə əvəz edir və ilk peşəkar film karyerasına qədəm qoyur. 2015–2017-ci illərdə Azərbaycan və Türkiyənin ortaq layihəsi olan, ssenarisi Eren Azaka məxsus olan "Bir zamanlar Şəkidə" (ing. The Game) adlı ilk tammetrajlı bədii filmini ərsəyə gətirir.
"Öldür-Öldür" ("Kill Kill") adlı qısametrajlı filmi NAFCo (NORTHERN APPALACHIAN FILM COLLECTIVE) Winter Film Festivalının "Judges Awards Drama" nominasiyasının qalibi olub.[2]
Ailəlidir, bir oğlan övladı var.
Filmoqrafiya
redaktəQısametrajlı filmlər
redaktəİl | Ad | Rejissor | Ssenarist | Prodüser | Qeydlər |
---|---|---|---|---|---|
2011 | Ölümün Döngəsində (ing-Turn of Death) | Hə | Hə | Hə | |
2012 | Ölümün Döngəsində 2" (ing-Turn of Death 2) | Hə | Hə | Hə | |
2013 | Pul Kisəsi | Hə | Hə | Hə | |
2013 | Ekoloji Missiya (film, 2013) | Hə | Hə | Yox | Official selected- First-Time Filmmaker Sessions, Zeitimpuls shortfilm, Lahore International Children's Film Festival[3][4][5][6] |
2014 | Ölümün Döngəsində 3" (ing-Turn of Death 3) ( film, 2014) | Hə | Hə | Hə | Official selected- First-Time Filmmaker Sessions[7][8] |
2018 | Münacat | Hə | Hə | Yox | |
2020 | The Apricots | Hə | Hə | Hə | |
2020 | Run Run (film, 2020) | Hə | Hə | Hə | Official selected- First-Time Filmmaker Sessions,The Lift-Off Sessions[3] |
2020 | Kill Kill (film, 2020) | Hə | Hə | Hə | Nominated- GOLD COAST INTERNATIONAL FILM FESTIVAL, Winner-NAFCo Film Festival[9] |
2021 | Kill Ashot | Hə | Hə | Hə | Post-production |
Tammetrajlı filmlər
redaktəİl | Ad | Rejissor | Ssenarist | Prodüser | Qeydlər |
---|---|---|---|---|---|
2017 | Bir zamanlar Şəkidə (film, 2017) | Hə | Hə | Yox | Həm də Kastinq Direktorudur[10][11][12][13] |
2022 | Narkodiller (film, 2022) | Hə | Hə | Hə | Pre-production |
Sənədli filmlər
redaktəİl | Ad | Rejissor | Ssenarist | Montaj | Qeydlər |
---|---|---|---|---|---|
2014 | Eşq səfəri | Yox | Yox | Hə | Winner- Arbaeen Int’l Festival[14][15][16][17] |
2020 | Qədim yurd yerimiz Gədəbəy | Hə | Yox | Yox | [18][19][20][21] |
Aktyor kimi rolları
redaktəİl | Ad | Rol |
---|---|---|
2011 | Ölümün Döngəsində (ing-Turn of Death) | Məcnun |
2012 | Ölümün Döngəsində 2" (ing-Turn of Death 2) | Sərhəd Polisi |
2013 | Pul Kisəsi | Oğru |
2014 | Ölümün Döngəsində 3" (ing-Turn of Death 3) ( film, 2014) | Əsir |
2015 | Cəhd | Döyüşçü[22][23] |
2017 | Bir zamanlar Şəkidə (film, 2017) | Xüsusi təyinatlı Polis |
2020 | The Apricots | Erməni mafiya başçısı |
2020 | Run Run (film, 2020) | Cinayətkar |
2021 | Kill Ashot | Erməni və Azərbaycan əsgəri |
Festivallar
redaktə"Eşq səfəri" sənədli filmi 2017-ci ildə Tehranda 3-cü "Beynəlxalq Ərbəin Foto və Video Mükafatı" (ing. International Arbaeen Photos and Videos Award)[24] Beynəlxalq Film Festivalının qalibi olub.[25]
"Öldür-Öldür" ("Kill Kill") adlı qısametrajlı filmi 2021-ci il Fevralın 26–28-də keçirilən və ABŞ-nin Nyu-York, Pensilvaniya, Ohayo, Merilend və Virciniya ştatlarını əhatə edən NAFCo (NORTHERN APPALACHIAN FILM COLLECTIVE) Winter Film Festivalının qısa dram filmlər arasında "Judges Awards Drama" nominasiyasının qalibi olub. Festivala 93 ölkədən 1800 film təqdim olunub.[2]
"Ekoloji Missiya" ("Ecological Mission") qısametrajlı filmi 2021-ci il martın 4-ü "Zeitimpuls shortfilm" və "Lahore International Children's Film Festival" festivallarında "Official Selection" nominasiyası üzrə seçilmişdir. "Öldür-Öldür" ("Kill Kill") adlı qısametrajlı filmi martın 6-da ABŞ-nin Nyu-York ştatında keçirilən "Gold Coast International Film Festival"ın qısa dram filmləri arasında "Semi Finalist" nominasiyasına qədər yüksəlib. Film "timelapse" üslubunda çəkilib.[3]
"Run Run" qısametrajlı filmi də həmin gündə (6 mart) "The Lift-Off Sessions" festivalının, martın 11-i isə "First-Time Filmmaker Sessions" festivalının "Official Selection" nominasiyası üzrə seçilmişdir.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Azərbaycanlı Rejissor Orxan Bayramov". 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-11.
- ↑ 1 2 "Kill Kill Nafco Winter Festivalının "Judges Awards Drama" nominasiyasının qalibi olub". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-30.
- ↑ 1 2 3 4 "Azərbaycanlı rejiossorun filmləri beynəlxalq festivallarda uğurlar qazanır". 2021-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-30.
- ↑ "Bu videoçarx Bakıda rezonans yaratdı". 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
- ↑ "Azərbaycanın paytaxtı Bakıda çəkilmiş "Ekoloji missiya" adlı videoçarx". 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
- ↑ "Azərbaycanın paytaxtı Bakıda çəkilmiş "Ekoloji missiya" adlı videoçarx son günlərin ən çox müzakirə obyektinə çevrilib". 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
- ↑ "1news.az-Орхан Байрамов автор и герой новых Азербайджанских боевиков". 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-10.
- ↑ "Орхан Байрамов: Хочу развивать в Азербайджане фильмы в стиле боевых искусств". 2021-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-15.
- ↑ "Kill Kill NAFCO WINTER FILM FESTIVALının qalibi oldu!". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-30.
- ↑ ""CinemaPlus" kinoteatrında "The Game" komediya filminin təqdimatı keçirilib". 2021-11-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-11-10.
- ↑ ""Kurtlar Vadisi" serialından yaxşı tanış olan Eray Türk qeyd etmişdir ki, azərbaycanlı kinematoqrafçılar ilə əməkdaşlıq etməyə şaddır". 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-10.
- ↑ "Orxan Bayramovun "The Game" (Oyun) adlı filmin Qala gecəsi keçirildi". 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-10.
- ↑ "Aksiyon ve komedinin bir arada olduğu filmde, elmas peşinde koşan 2 mafyanın çatışması anlatılıyor". 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-11.
- ↑ ""Yarasa Film Production" kino-şirkətinin istehsalı olan "Eşq səfəri" sənədli-bədii filmi də festivalın qaliblərindən biri olub". 2021-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-30.
- ↑ ""Yarasa Film Production" şirkəti "Eşq səfəri" sənədli-bədii filmini təqdim edir". 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-10.
- ↑ ""Yarasa Film Production" kino şirkəti "Eşq səfəri" sənədli-bədii filmini təqdim edir". 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
- ↑ "28 MALL CINEMA"da "Eşq səfəri" sənədli-bədii filmin təqdimatı keçirilib.
- ↑ ""Qədim yurd yerimiz Gədəbəy" filminin təqdimatı olub". 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-30.
- ↑ "Gədəbəy rayonunda Qədim Yurd Yerimiz Gədəbəy filminin təqdimatı keçirilmişdir". 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-30.
- ↑ ""Qədim yurd yerimiz Gədəbəy" filminin təqdimatı olub — VİDEO". 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-30.
- ↑ "Gədəbəy rayonunda Qədim Yurd Yerimiz Gədəbəy filminin təqdimatı keçirilmişdir". 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-30.
- ↑ ""Aşiqlər baxçası" silsiləsindən "CƏHD" qısametrajlı bədii filmin qala gecəsi keçiriləcək". 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
- ↑ "PARK İNN BAKU otelində "Aşiqlər baxçası" silsiləsindən "CƏHD" qısametrajlı bədii filmin qala gecəsi keçiriləcək". 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
- ↑ "Arbaeen Int'l Award Winners Honored". 2021-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-16.
- ↑ "Azərbaycan filmi Ərbəin festivalının qaliblərindən biri olub". 2021-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-30.