Orqan Insan - Wikipedia
Orqan_(insan) - Haqqında Məlumat
Orqan — bənzər funksiyaya sahib toxuma qrupu. Hüceyrələr toxumaları, toxumalar orqanları, orqanlar isə orqanlar sistemini, və sonda orqanlar sistemidə orqanizmi əmələ gətirir. Hər hansı bir orqanizmdəki orqanların sayı işlədilən terminlərin sayı ilə müəyyən olunur. İnsan bədənində 79 orqan olduğu qəbul olunur.
Orqanlar sistemi
redaktə- Qan-damar sistemi — ürək və ondan çıxan damarları əhatə edən, qanın bədəndə dövranını təmin edən sistem;
- Həzm sistemi — tüpürcək vəziləri, qida borusu, mədə və bağırsaqlardan ibarət sistem;
- İfrazat sistemi — böyrəklər, sidik boruları, sidik kisəsi və sidikburaxan kanaldan ibarət sistem
- Tənəffüs sistemi — nəfəs borusu, traxeya, bronxlar, ağciyərlər və diafraqmadan ibarət sistem;
- Endokrin sistemi — hipofiz, epifiz və s. vəzilərdən ibarət sistem;
- Sinir sistemi — baş beyin, onurğa beyni və onlardan çıxan sinirlərdən ibarət sistem;
- Skelet-dayaq sistemi— sümüklər, oynaqlar və bağlardan ibarət sistem;
- Əzələ sistemi — əzələlərdən ibarət sistem;
- Cinsiyyət sistemi — cinsi əlaqədə olmaq üçün nəzərdə tutulan orqanlardan ibarət sistem.