Nuxa Qalasi - Wikipedia
Bu məqalə Nuxa qalası haqqındadır. Şəki qalası üçün Şəki qalası səhifəsinə baxın. |
Nuxa qalası[1][2][3][4][5][6][7][8][9][10][11][12][13][14][15][16] — indiki Şəki şəhərindəki qala.
Nuxa qalası | |
---|---|
41°12′14″ şm. e. 47°11′48″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şəki |
Yerləşir | Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu |
Aidiyyatı | Şəki xanlığı |
Sifarişçi | Məhəmmədhüseyn xan |
Tikilmə tarixi | XVIII əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Material | çay daşı |
Rəsmi sayt | sheki.az |
İstinad nöm. | 330 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şəki şəhəri 1969-cu ilə qədər "Nuxa" adlandığına görə bu qala da "Nuxa qalası" adı ilə məşhur idi. Hal-hazırda Azərbaycan Respublikası ərazisindəki salamat qalmış ən böyük orta əsr istehkamı olsa da, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Qala divarları" adı altında memarlıq abidəsi kimi inventarlaşdırılmışdır (inventar № 330).[17]
Ümumi məlumat
redaktəBəzi mənbələrə görə qala 1765-ci ildə tikilmişdir. Qala divarlarının ümumi uzunluğu 1300 m, şimal tərəfdəki divar 4 m hündürlüyündə, cənub tərəfindəki divar isə 8 m hündürlüyündədir. Qala divarlarının qalınlığı 2.2 m-dir. Qalanın cənub və şimal tərəflərdən iki darvazası və mühafizəsi üçün nəzərdə tutulmuş bürcləri vardır.
1825-cı ilə aid mənbədə göstərilir ki, qala divarları bişmiş kərpiclə tikilmişdir,[18] lakin hal-hazırda divarlar əsasən çay daşından hörülmüş vəziyyətdədir. Firidun bəy Köçərlinin şəhadətinə görə, qalanın divarları elə tikilmişdir ki, yuxarıdan baxdıqda adı ərəb əlifbası ilə "Məhəmməd… (xan)" kimi oxunur.[19][20]
Xanlıq dövründə qalada xanın özü, ailəsi, qohumları yaşayırdılar. İndi "Şəki xan sarayı" adlanan bina isə o vaxt Divanxana idi. 1819-cu ildə ruslar Şəki xanlığını ləğv etdikdən sonra Divanxana Şəhər məhkəməsi (городской суд) adlandı. Qalanın 1819-cu ildə tərtib edilmiş təsvirində göstərilir ki, Divanxana və yanındakı hissə (alkov) (1-ci korpus), İsmayıl xanın anasına aid (2-ci korpus), arvadına aid (3-cü korpus) hissələr birlikdə Məhəmmədhəsən xanın evi idi və bu ev 3 tərəfdən mazğallı divarlarla, mazğallı bürclərlə əhatə olunmuşdu. 1-ci korpusun alkov hissəsi istisna olmaqla, bütün evi Məhəmmədhəsən xan tikdirmişdir. Alkov isə Cəfərqulu xanın dövründə tikilmişdi. Məhəmmədhəsən xanın evi ilə yuxarı qapı arasında Hacı xana (Hacı Çələbi xan, yaxud Hacı Əbdülqadir xan?) aid 3 otaqlı ev və digər yardımçı tikililər, yuxarı qapının sağında isə onun bişmiş kərpiclə tikdirdiyi məscid vardı… 1819-cu ildən sonra qalada rus əsgərlərinin qalması üçün kazarmalar və digər təyinatlı binalar tikildi. 1828-ci ildə ruslar xanın şəxsi ev məscidini kiçik kilsəyə çevirdilər. Qalada hal-hazırda mövcud olan və "Dairəvi məbəd" adlanan tikili isə Şəki qəzası ərazisində yeganə pravoslav kilsəsi idi. Bu kilsənin arxasındaki torpaq sahəsində isə Nuxada vəfat etmiş rus məmurları dəfn olunurdu. Rəşid bəy Əfəndiyevin yazdığına görə qalanın 4 küncündəki 4 böyuk dairəvi bürcü də ruslar topdan atəş açmaq üçün tikmişdilər. 1895-ci ildə qalada türmə binası inşa edilmiş və bu, XX əsrin 60-cı illərinə qədər öz təyinatı üzrə fəaliyyət göstərmişdi.
1867-ci ildə çap olunmuş mənbədə göstərilir ki, qalada Şəki xan sarayından başqa, pravoslav kilsəsi və 14 bina mövcud olmuşdur.[21]
Lakin XX əsrin ortalarında mütəxəssislər qala ərazisinə baxış keçirərkən bu qənaətə gəlmişlər ki, 6 ha ərəzini ədatə edən qalanın içində məscid istisna olmaqla, Şəki xan sarayından başqa, xana aid heç bir tikili saxlanılmamışdır.[22]
Nuxa qalasının adı Lev Tolstoyun məşhur "Hacı Murad" povestində də çəkilir. Belə ki Şeyx Şamilin ruslara əsir düşmüş ən yaxın silahdaşlarından biri olan Hacı Murad 1851–1852-ci illərdə bu qalada saxlanılmışdı.
2014-cü ilin əvvələrindən qaladakı müxtəlif təyinatlar üzrə istifadə edilən tikililərin əksəriyyəti həmin təşkilatlardan (xəstəxanalar və s.) boşaldılmışdır. Məqsəd həmin tikililərin təmiri və bərpasıdır.
Şəkillər
redaktə-
Nuxa qalasının 1853-cü ildə tərtib olunmuş planı
-
Qalanın 1853-cü il planının rəngli və izahlı forması. 1 - Xan sarayı, 2 - Darvaza, 3 - Keçmiş məscid (1828-ci ildə provaslav kilsəsinə çevirilib), 4- Hacı xan məscidi, 5 - baraklar, 6 - xarici bina
-
1871-ci ildə çəkilmiş foto. Müəllif Yemakovdur. Şəklin neqativi Tbilisi Tarix Muzeyində, Yermakovun şəxsi arxivindədir. Fotonun azacıq fərqli bir nüsxəsi isə Bakıda Əlyazmalar İnstitunda saxlanılır. Hər iki yerdə şəklin altında rusca yazılmışdır: "Нуха; Мечеть и банья". Lakin Qala divarlarına bitişik tikilinin üzərində lövhə var və o lövhədə rusca yazılmışdır: "Цейхгауз елиcаветпольского местного батальона" (Yelisavetpolun yerli batalionunun silah anbarı), buna görə də şəkildəki qala Gəncə qalası da ola bilər.
-
Qala divarları
-
Qalanın cənubdan girişi
-
Qala bürclərindən biri
İstinadlar
redaktə- ↑ "Микаэль Алескерович Усейнов. История архитектуры Азербайджана, Гос. изд-во литры по строительству, архитектуре и строит. материалам, 1963. Стр. 305 (В верхней части города размещалась Нухинская крепость, бывшая цитаделью местного хана.)". 2021-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-27.
- ↑ "А.В. Потто. Кавказская война: "Парфенов пешком отправлен был в Нухинскую крепость, где его забили в колодки…"". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-27.
- ↑ "Хаджи-Мурат: документы, письма, очерки, факты. Ėхо Кавказа, 1999. Стр. 128". 2021-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-27.
- ↑ "Искусство Азербайджана, Том 6, Стр. 212". 2021-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-27.
- ↑ "Ṭāhир Qарāhі, А. М. Барабанов, Игнатий Юлианович Крачковский. Хроника Мухаммеда Тахира ал-Карахи о дагестанских войнах в период Шамиля, Том 1. Изд-во Академии наук СССР, 1941. Стр. 228". 2021-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-27.
- ↑ "Лия Мышковская. Л. Толстой: работа и стиль, Сов. писатель, 1939, Стр. 36". 2021-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-27.
- ↑ "Шалала Мамедова. Интерпретация тоталитаризма: сталинизм в Азербайджане : 1920–1930, Изд-во "Адилоглы", 2004. Стр. 101 ("После укрепления в Нухе повстанцы освободили всех арестантов из Нухинской крепости".)". 2021-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-27.
- ↑ "Azărbai̐jan SSR Elmlăr Akademii̐asynyn khăbărlari: Bioloġii̐a vă kănd tăsărru̇fat elmlări serii̐asy, 1961, Стр. 67". 2021-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-27.
- ↑ "Лия Мышковская. Мастерство Л. Н. Толстого, Советский писатель, 1958, стр. 234". 2021-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-27.
- ↑ "Jaḣanġir Găḣrămanov. Opisanie arkheograficheskikh dokumentov, Ėlm, 1969 , str. 7, 52, 53". 2021-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-27.
- ↑ Səlim xan deyir: Nuxa qalası elə bir qala deyil ki, burada qoşun saxlamaq olsun, burada yalnız bir ev var, onda da mən yaşayıram, qohumlarımla və qulluqçylarımla birlikdə, yaşamaq üçün başqa yer yoxdur; bax: Акты, собранные Кавказской археографической комиссией, том II, Тифлис, 1868, стр.: 655, № 1322. Arxivləşdirilib 2021-05-10 at the Wayback Machine
- ↑ Дубровин Николай Федорович. История войны и владычества русских на Кавказе, том V, С.-Петербург, 1887, стр.: 56–61
- ↑ Kərim ağa Fateh, Şəki xanlarının müxtəsər tarixi, səh. 13 Arxivləşdirilib 2012-02-25 at the Wayback Machine
- ↑ "Nuxa qalası" ( (az.)). shaki.cls.az. 2015-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-22.
- ↑ “Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu. "Şəkinin tarixi qalaları..." ( (az.)). azadliq.info. 2011-03-16. 2015-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-22.
- ↑ Ədalət Tahirzadə, Şəkinin tarixi qaynaqlarda Arxivləşdirilib 2022-07-14 at the Wayback Machine
- ↑ "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyin rəsmi saytı". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-21.
- ↑ "Описание вторжения персиян в Грузию в 1826 году. Записки М. Е. Коцебу // Кавказский сборник, Том 22. 1901". 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-31.
- ↑ "Köçərli Firudin bəy. Azərbaycan ədəbiyyatı, I cild, səh.: 397, Bakı, 2005" (PDF). 2021-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-02-03.
- ↑ "Köçərli Firudin bəy. Azərbaycan ədəbiyyatı, I cild, Mirzə Fətəli Axundov, html". 2018-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.
- ↑ "Geografičesko-statističeskij slovar' Rossijskoj Imperii:". 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-14.
- ↑ "С. А. ДАДАШЕВ, М. А. УСЕЙНОВ. АРХИТЕКТУРА АЗЕРБАЙДЖАНА III - XIX ВЕКА. МОСКВА 1948. стр. 21". 2020-01-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-16.
Xarici keçidlər
redaktə- Nuxa qalasının vəziyyəti barədə mayor Lisaneviçin 1819-cu ildə tərtib etdiyi akt.
- Rəşid bəy Əfəndiyev. Nuxa qəzasındakı asarü-ətiqələr haqqında, Bakı, 1925.