Nubiya Sehrasi - Wikipedia
Nubiya səhrası[1] — Səhra Afrikanın şimal-şərqində, Saxaranın şərqində yerləşir. Səhra Nil çayı ilə Etbay silsiləsi arasında qərarlaşır. Böyük qismi Sudan az qismi isə Misir ərazisində yerləşir.
Liviya səhrası | |
---|---|
ərəb. صحراء النوبة | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 1420000 km² |
Temperatur | |
• Yanvarda orta | +18 °C |
• İyulda orta | +30 °C |
Yerləşməsi | |
20°30′ şm. e. 33°00′ ş. u.HGYO | |
Yerləşdiyi yer | Şimali Afrika |
Ölkələr | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Relyef
redaktəRelyefi pilləvari olaraq 1000 metrdən 350 m hündürlük arasında yerləşir. Səhrada hündürlüyü 1240 metr olan tənha dağ vardır. Səhra qurumuş çay vadi və dərələri ilə zəngindir. Dəniz səviyyəsindən orta hündürlüyü 500 metrdir. Ən hündür nöqtəsi Oda zirvəsi 2259 metrdir.
Bitki və heyvanlar aləmi
redaktəBitki örtüyü kasad olsa da, burada Palma, tamarisk, akasiya və bir sıra kol bitkiləri bitir. Heyvanlar aləmindən gekkonlar, zəhərli ilanlar, səhra varanları, kərtənkələlər, caqqallar, kaftar və hətta timsaha rast gəlinir.
İqlimi
redaktəİqlimi quru subtropik, isti, kontinentaldır. İyul ayının orta temperaturu +30ºС, yanvar ayının isə +15ºС təşkil edir. Maksimal temoeratur +53ºС-dir. Qışda soyuq gecələr nadirdeyildir. İllik yağıntının miqdarı 25 mm təşkil etsə də, bəzi illərdə yağıntı düşmür.
Əhali
redaktəSəhra ərasisində ümumilikdə 2–2,5 milyon nəfər yaşayır. Əhalisi: Nubiyalılar, Ərəblər, Berberlər, Nilotlar, Koplar. Dinləri İslam (sünnü), xristian. Dilləri: Ərəb dili, İngilis dili, Nilot dili, Nubiya dili, Beca dili, Kop dili.
İstinadlar
redaktə- ↑ "Nubiya səhrası". geosfera.info. 2012-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-13.