Novruzeli Bey Mescidi - Wikipedia
Novruzəli bəy məscidi — Ermənistanın paytaxtı İrəvan şəhərinin tarixi hissəsi olan Şəhər bölməsində mövcud olmuş məscid.[1]
Novruzəli bəy məscidi | |
---|---|
| |
40°10′35″ şm. e. 44°31′02″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Şəhər | İrəvan |
Yerləşir | İrəvan |
Aidiyyatı | İrəvan xanlığı |
Tikilmə tarixi | 1766 |
Üslubu | İslam memarlığı |
Vəziyyəti | dağıdılıb |
Haqqında
redaktəİrəvan şəhərinin qədim Şiə məscidlərindən biri olan Novruzəli bəy məscidinin dəqiq inşa tarixi bilinməsə də memarlıq xüsusiyyətləri baxımından tədqiqatçılar bu məscidi XIV əsr abidəsi hesab edirlər.[2] Digər versiyaya görə isə, məscid XVII əsrin II yarısında tikilmişdir. Bir minarəli məscidin əsas binası böyük günbəzlə tamamlanmış, xarici divarları rəngli kaşılarla işlənmişdi. İrəvan şəhərinin tarixi hissəsi olan Şəhər (Şəhri) massivinin Novruzəli məhəlləsində mövcud olmuş Novruzəli bəy məscidi 18-ci əsrin ikinci yarısında Qara Seyid adlı şəxs tərəfindən tikilmişdir. 1918–1920-ci illərdə tarixi qurulan erməni daşnak hökuməti zamanı və Sovet Ermənistanının ilk illərində Sərdar, Təpəbaşı, Sərtib xan, Hacı Novruzəli bəy məscidlərində Türkiyədən qaçıb gələn erməni qaçqınları məskunlaşdırılmışdılar.1918–1920-ci illərdə və sovet hakimiyyətinin ilk illərində Hacı Novruzəli bəy məscidində Türkiyədən gəlmiş erməni qaçqınları məskunlaşdırılmışdılar.[3] Tarixi məscid 1920–1930-cu illərdə İrəvan şəhərinin baş memarlıq planı hazırlanarkən ilk növbədə şəhərin mərkəzində yerləşən azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin, o cümlədən məscidlərin sökülməsinə və onların yerində yaşayış kvartallarının, meydanların və parkların salınmasına başlanıldı. Bu plan nəticəsində faktiki olaraq yoxa çıxarılan abidələrdən biri də Novruzəli bəy məscidi olmuşdur.[4] Məscid XX əsrin birinci yarısında dağıntılara məruz qalmış və 1950-ci illərdən sonra tamamilə məhv edilmişdir. Görünüş etibarilə Zal xan məscidinə bənzəyən Novruzəli bəy məscidi ondan bir qədər kiçik olmuşdur. Tək minarəyə malik olan bu məscid ermənilər tərəfindən məhv edilmişdir.[5]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Акопян, Т.X. Очерк истории Еревана. Yerevan: Издательство Ереванского университета. 1977. səh. 131.
- ↑ Ə. Ələkbərli — Qərbi Azərbaycan abidələri, Bakı, 2007
- ↑ Nazim Mustafa//. İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri. Bakı. 2016.
- ↑ Nazim Mustafa. "İrəvanın tarixi – memarlıq abidələri". www.virtualkarabakh.az. 2018. 8 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2021.
- ↑ Шопен И.И. Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской империи. СПб. 1852.