Niyaldag - Wikipedia
Niyaldağ — dağ zirvəsi Azərbaycanın İsmayıllı rayonunda, Böyük Qafqazın suayrıcı silsiləsinin şərqində, Girdimançay yaxınlığında yerləşir. Lahıc dağları sisteminin bir hissəsidir[1]. Hündürlüyü - 2063,5 metr, (digər mənbələrə görə) - 2111 metr. Niyaldağın ətəyində Zərnava qəsəbəsi, şimalda Lahıc kəndi yerləşir.
Niyaldağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Baş Qafqaz silsiləsi |
Mütləq hündürlüyü | 2063,5 m |
Yerləşməsi | |
40°48′35″ şm. e. 48°22′52″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiya
redaktəİlk dəfə 10-cu əsrə aid mənbələrdə xatırlanmışdır. Güman ki, zirvənin adı İranda[2] yerləşən Niyal dağına gedib çıxır. Niyaldağ adı doqquz keçid (tat dilində “ni” - doqquz və “yal” - aşırım) kimi izah olunur.
Tarixi
redaktəDağın təpəsində keçmiş ərəb mənbələrində xatırlanan qədim “Nyal” qalası var. Keçmişdə Lahıcı xarici dünya ilə birləşdirən karvan yollarından biri Niyaldağ aşırımından keçirdi. XX əsrin 20-ci illərinə qədər Niyaldağın ətəyində yerləşən, tənha ağacın altı ziyafət verilirdi. Yerli əhali onu “Yek dar” (Bir ağac) adlandırırdı. Bayram daha sonra bolşeviklərin dinə qarşı mübarizəsinin bir hissəsi olaraq məhv edilir.
İstinadlar
redaktə- ↑ Гаджиев В. Д. Высокогорная растительность Большого Кавказа (в пределах Азербайджана) и ее хозяйственное значение. — Б.: Элм, 1970. — С. 245.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti / Redaktor R. Əliyev. — B.: Şərq-Qərb, 2007. — Т. II. — С. 135. — 304 s. — ISBN 978-9952-34-156-0.