Neft Kimyasi Ve Neft Emali Prosesleri Jurnal - Wikipedia
Neft kimyası və neft emalı prosesləri — Azərbaycan Milli Elmlər Akademiyası akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun jurnalı. Jurnalda neft kimyası tarixi, neft emalında yaranan müxtəlif problemlərin həlli yolları, elmi-tədqiqatların nəticələri nəşr olunur.[1][2][3]
- Lisenziya seriyası AB № 022696
- Qeydiyyat nömrəsi 496, 09.02.2000
- p-ISSN 1726-4685
- e-İSSN 2519-2876
- 2011-ci ildən Inspec bazasına daxil edilmişdir
- 2016-cı ildən "Web of science" bazasına daxil edilmişdir [4]
- 2017-ci ilin sentyabr ayından “Thomson Reuters” (Web of Science) Clarivate Analytics elmimetrik bazasında yerləşdirilib.
Neft kimyası və neft emalı prosesləri | |
---|---|
Baş redaktor | Vaqif Abbasov |
Növ | İldə 4 say |
Format | A4 |
Tiraj | 100 |
Təsis tarixi | 09 fevral 2000 |
Qərargah | Azərbaycan, Bakı şəhəri, Xocalı prospekti 30 |
Dil | İngilis |
Tarixi
redaktəHər il dörd say olmaqla geniş oxucu kütləsinin ixtiyarına verilən bu jurnal 2000-ci ilin fevral ayından nəşr olunur. Jurnalda əsasən neft kimyası və neft emalı ilə bağlı mühüm məsələlər, eləcə də üzvi kimya, yüksək molekullu birləşmələr, kimyəvi kinetika və kataliz, kimya mühəndisliyi prosesləri və aparatı, neft emalı və neftayırma sənayesi problemlərinin iqtisadiyyatı, neft emalı və neftayırma proseslərinin optimallaşdırılması, neft kimyasının və neft emalının ekoloji problemləri ilə bağlı məsələlər öz əksini tapır.
Jurnalın bu sayında kimyəvi kinetika və kataliz, neft kimyası, neft emalı və bunların ekoloji problemləri ilə bağlı məqalələr öz əksini tapmışdır.[5][6]
Redaksiya heyəti
redaktə- Vaqif Abbasov – (baş redaktor)
- Oleq Sinyaşin - (baş redaktorun müavini)
- Musa Rüstəmov - (baş redaktorun müavini)
- Vaqif Fərzəliyev – (baş redaktorun müavini)
- Leylufər Əliyeva – (məsul katib)
- Nabil N.Eldin Abdellah
- Rövnəq Abdullayev
- Elşad Abdullayev
- Ahmed M.Al-Sabagh
- Elmar Abdullayev
- Vaqif Əhmədov
- Hafiz Əlimərdanov
- İsmayıl Əliyev
- Mehmet Hakki Alma
- Ziyafəddin Əsədov
- Ramil Baxtizin
- Vladimir Ciçiashvili
- Ahmed M.El-Saghier
- Arif Həsənov
- Dmitriy Grishin
- Asgat Gumerov
- Mahammad Haqiqi
- Hikmət İbrahimov
- Minavər İbrahimova
- Etibar İsmayılov
- Sakit Rəsulov
- Vladimir Kapustin
- Beykəs Xıdırov
- Valeriy Lunin
- Anton Maksimov
- Vahid Mammadov
- Eldar Məmmədbəyli
- David Məmmədov
- Məhərrəm Məmmədyarov
- Abel Məhərrəmov
- Shaaban K.Mohamed
- Soltan Mohammadzadeh J.S.
- Nazim Z.Muradov
- Camal Musayev
- Tofiq Nağiyev
- Füzuli Nəsirov
- Dilqəm Tağıyev
- Nurseli Uyanik
- Kərim Zare
Kompüter tərtibatı
- F.Ə.Gərayeva
- X.Ə.Cavadova
Korrektor
- L.P. Zyablova
Tərcüməçi
- D.R.Nurullayeva
Bölmələr
redaktə- Neft kimyası
- Neft emalı
- Üzvi kimya
- Yüksəkmolekullu birləşmələr
- Kimyəvi kinetika və kataliz
- Kimya texnologiya prosesləri və aparatları
- Ximmotologiya
- Neft emalı və neft kimyası sənayeləri iqtisadiyyatı
- Neft emalı və neft kimyası proseslərinin optimallaşdırılması
- Neft kimyası və neft emalının ekoloji problemləri
- Qısa məlumat
Müəlliflər üçün qaydalar
redaktə1. Ümumi əsaslar
1.1. Jurnal müəlliflərin vətəndaşlığı və yaşadığı yerdən asılı olmayaraq neft kimya və neft emalı üzrə aktual problemlərinə aid olan işləri çap etdirir. Jurnalda çap etdirmək üçün orijinal tədqiqatların nəticələri göstərən məqalə formasında, qısa məlumat və redaktora məktub şəklində olan materiallar, o cümlədən analitik icmallar və informasiya təqdim edilə bilər.
1.2. Məqalə qısa və səliqəli yazılmalı, dəqiq redaktə olunmalıdır. Bir məqalənin (ümumi mövzuya aid olan) materialın bir neçə hissəyə bölünməsi və eyni cədvəllərdə, şəkillərdə, sxemlərdə verilən vahidlərin təkrar olunması qəti qadağandır. Məqalələr ingilis və və rus dillərində qəbul olunur.
1.3. Müəlliflərin verdiyi təcrübi göstəricilərin düzgün olub-olmamasına redaksiya məsuliyyət daşımır.
1.4. Jurnalda məqaləni çap etdirmək üçün müəlliflər aşağıdakı materialları və sənədləri təqdim etməlidirlər:
- təşkilatdan göndəriş (1 nüs.)
- ekspert rəyi (1 nüs.)
- bütün müəlliflər tərəfindən imzalanmış məqalənin mətni, azərbaycan dilində xülasə olmaq şərtilə
- cədvəllər, şəkillər və onlara aid olan yazılar (2 nüs.)
- qrafik referat (2 nüs.)
- bütün təqdim olunan materialların elektron variantı.
1.5. Üzərində işləmək üçün göndərilmiş məqalə qısa müddətdə düzəldilmiş şəkildə (2 nüs.) onun 1-ci variantı ilə birlikdə qaytarılmalıdır. Yenidən işlənilmiş əlyazmasına müəlliflərdən məktub (içində bütün qeydlərə cavab olmaq şərtilə) əlavə olunmalıdır. Jurnalın tələblərinə uyğun olmayan məqalələr rəy verilmədən geri qaytarıla bilər.
1.6. İcmalların, məqalələrin və qısa məlumatların çapı məqalənin adından, müəlliflərin adı və soyadından, elmi təşkilatların geniş adları ilə başlanır. Sonra isə işin nəticələrini göstərən konkret qısa xülasə (20 sətirdən artıq olmayaraq) verilir.
1.7. Nəzəriyyə və fiziki-kimyəvi xarakterli məqalələrdə problemin qısa girişi, tədqiqatın məsələsi, təcrübi və metodik hissələr, alınan nəticələrin müzakirəsi və yekun verilir. Sintezə aid olan məqalələrdə - ümumi hissə (giriş və tədqiqatın məsələləri), təcrübi hissə, alınan nəticələrin müzakirəsi. Məqalənin sonunda ayrı bir səhifədə istifadə olunan ədəbiyyat siyahısı, şəkillər, onlara aid olan yazılar və cədvəllər verilir.
2. Əlyazmaları tələblər Məqalənin mətni ikiqat intervalla (düzəlişsiz və əlavələrsiz) ağ kağızda standart ölçüdə (format A4, 210x297 mm, sağdan – 3 sm, şriftin ölçüsü – 12) çap olunmalıdır. Qrafik materiallar: Şəkillər TİFF formatda işlənir və saxlanılır. Şaquli şəkillər (diaqram istisna olaraq) mütləq düzəldilmiş proqram formatında taqdim olunmalıdırlar: Corel Draw (9.0 versiyasına kimi), Adobe İllustrator (7.02 versiyasına kimi). Əgər proqram geniş deyilsə, yaxşı olar ki, şəkillərin faylları əlavə Enhanced Metafile (EMF) və ya Windows Metafile (WMF) formatda saxlanılsln. Diaqramlar: Grapher (Windows üçün 1.06 versiyasına kimi və ya DOS üçün hər hansı versiya), Surpher (Windows üçün 5.01 versiyasına kimi və ya DOS üçün hər hansı versiya), Hardward Graphics (Windows üçün 4.0 versiyasına kimi və ya DOS üçün hər hansı versiya), Microsoft Exsel (7.0 versiyasina qədər).
- Kitablar: Rüstəmov M.İ. Bakı: “Elm”, 1999. 492 s.
- Jurnallar: Bagiyev V.L. /Azərb. kim. jurn. 1999. № 1. S.36.
- Patentlər: Pat. 3926845 USA. 1998.
- A.s. 910183 SSSR. B.İ. 1982. № 9.
- Konfransların materialları: Насиров Ф.А., Азизов А.Г., Джанибеков Н.Ф. и др. /Тезисы докладов I Азербайджано-Турецкого Симпозиума по полимерам (Полимер-91). Баку. 8-11 июля. 1991. С. 265.
Materiallar ancaq ingilis dilində qəbul olunur.
QEYD: Qeydiyyat vərəqini doldurarkən Arial – 12 şriftindən istifadə etməli və dövri elmi nəşrə dair müvafiq təsdiqləyici sənədləri qeydiyyat vərəqinə əlavə etməli.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-01.
- ↑ http://http Arxivləşdirilib 2014-06-18 at the Wayback Machine://ppor.az// Arxivləşdirilib 2023-08-04 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2019-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- ↑ "Arxivlənmiş surət". 2020-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- ↑ "Arxivlənmiş surət". 2012-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-05.
- ↑ "Arxivlənmiş surət". 2015-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-05.