Naxcivan Goycesi - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Naxçıvan göycəsi - Xalq seleksiyaçıları tərəfindən yetişdirilən Göycə alça və ya albuxara tinglərinə vurulan calaq vasitəsilə yetişdirilən alçaya bənzər meyvədir.
Naxçıvan göycəsi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Meyvənin özünəməxsus xüsusiyyətləri
redaktəGöycənin adi alçadan fərqli cəhəti tam yetişənə qədər yaşıl rəngini qoruyub saxlamasıdır. Adətən alça tam yetişəndə qızarır. Ancaq göycə belə deyil. Digər tərəfdən, bu meyvə kal vaxtı göy-göy yeyildiyi üçün elə “Göycə” adlanır. Göycə ancaq Naxçıvanda yetişir. Bu meyvənin digər rayonlarımızda yetişməsi mümkün deyil. Olsa belə, meyvənin dadı tamamilə dəyişir və adi alçaya çevrilir. Kənd təsərrüfatı üzrə peşəkar mütəxəssis olan Əsgər Həsənovun tədqiqatına görə, Naxçıvan göycəsinin tarixi 6-9-cu əsrlərə gedib çıxır. Xalq seleksiyaçıları tərəfindən yetişdirilən Göycə alça və ya albuxara tinglərinə vurulan calaq vasitəsilə yetişdirilir.[1] Maraqlı burasıdır ki, göycə Naxçıvanda ən tez yetişən meyvədir .
Bitkinin yayılma coğrafiyası
redaktəNaxçıvan şəhəri, Babək rayonunun Şıxmahmud kəndi və Şərurda geniş yayılıb. Ancaq hamı etiraf edir ki, ən yaxşı, sulu və dadlı Göycə ancaq Naxçıvan şəhərində yetişəndir.[1] göycə aborigen çəyirdəkli meyvə növlərinə aiddir. Həmin növün Naxçıvan Muxtar Respublikasında 10-dan çox forması aşkar edilmişdir. Ən çox düzənlik və orta dağlıq ərazilərdə becərilən bu meyvə tez yetişir. Orta hündürlükdə (2,5-3,5 metr) ağac yazda yarpaq açmamışdan əvvəl çiçəkləyir. Meyvələri mayın ortalarında yeyilməyə başlayır. İlk vaxtlar turş olsa da, getdikcə şirinləşir, iyunun axırı, iyulun ortalarında tam yetişir. Çoxillik ağaclar, adətən, 10-25 il normal məhsul verir. Hər bir ağacdan ildə təqribən 50 kiloqrama qədər məhsul toplanılır. Onu da qeyd edək ki, ağaclar şaxtaya dözümlüdürlər.[2]
Faydaları
redaktəGöycənin xalq arasında məşhurluğuna səbəb kimi, onun vitaminlərlə zəngin və orqanızm üçün faydalı olmasıdır. Belə ki, Göycə bədəndə təzə qan yaradır. Hamilə qadınların müəyyən miqdarda Göycə yeməsi dölün sağlamlığına müsbət təsir edir. Hipertoniya, qan azlığı olanlara da faydalıdır. Susuzluğu tez yatırır və iştahaçıcı vasitə hesab edilir. Meyvələri may ayının əvvəlindən ta iyun ayına qədər yetişir.[1]
Göycə sözünün mənası
redaktəOnu da qeyd edək ki, “göycə” sözü yalnız Naxçıvan dialektinə aid olan sözdür. Yəni göycə Naxçıvandan başqa yerdə bitmədiyi kimi, bu söz də bu bölgədən başqa heç bir yerdə işlənmir; ədəbi dildə də rast gəlinmir. “Göycə” sözündəki “göy” sözü yeni, təzə mənasını ifadə edir. Muxtar respublikada yazın ilk yetişən meyvələrindən biri olduğuna görə bu meyvəni “göycə” adlandırmışlar.[3]
Göycə festivalları
redaktəNaxçıvan göycəsinin yerli brend kimi təbliğ məqsədi ilə Naxçıvan Muxtar Respublikasında hər il ənənəvi "Göycə festivalı" keçirilir.
I Göycə festivalı
redaktəNaxçıvanda ilk göycə festivalı 27 may 2016-cı ildə Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Göycə festivalında iştirak edib. Festivala Naxçıvan şəhərindən, Şərur, Babək və Ordubad rayonlarından olan 70 torpaq mülkiyyətçisinin yetişdirdiyi müxtəlif növdə 3 tondan çox göycə çıxarılıb. Həmçinin festival iştirakçılarına göycədən hazırlanan məhsullar - mürəbbə, kompot, turşu, göycə qurusu, eləcə də göycə lavaşası təqdim olunub.[4]
II Göycə festivalı
redaktəNaxçıvanda ikinci göycə festivalı 3-4 iyun may 2017-cı il tarixlərində Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində keçirilib. Festivalda iki gün ərzində üst-üstə 20 tondan artıq göycə nümayiş etdirilib və satışı həyata keçirilib.[5]
İstinadlar
redaktə- ↑ 1 2 3 "Səməd Canbaxşıyev Naxçıvanın brendi: Göycə. Azvizon.az". 2017-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-12.
- ↑ "Əzimova S. Naxçıvan göycəsi, "Şərq qapısı" qəzeti, 22.05.2013-cü il". 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-12.
- ↑ "Əzimova S. Naxçıvan göycəsi, "Şərq qapısı" qəzeti, 22.05.2013-cü il". 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-12.
- ↑ "Arxivlənmiş surət". 2019-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-12.
- ↑ "Arxivlənmiş surət". 2019-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-12.