Naxcivan Biznes Merkezi - Wikipedia
Naxçıvan Muxtar Respublikasında biznes mühitinin yaxşılaşdırılması və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün yaradılan, müxtəlif istehsal və xidmət sahələri üzrə biznesə yeni başlayan sahibkarlara hərtərəfli köməklik göstərilməsi, cari məsələlərin həlli üçün vacib tədbirlərin keçirilməsi və muxtar respublikada istehsal olunan yerli məhsulları sərgilənməsi üçün nəzərdə tutulmuş müəssisədir.[1]
Tarixi
redaktəHələ 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya mərkəzi kimi fəaliyyətə başlayan mərkəz 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirmişdir. 2013-cü ildən isə mərkəz öz fəaliyyətini bu məqsəd üçün yeni inşa edilmiş binada davam etdirməkdədir. Biznes Mərkəzi kimi burada müasir tələblərə uyğun bütün şərait yaradılmışdır. Əsas missiyası sahibkarlara xidmət, biznesin inkşafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili, biznes planların hazırlanmasında metodoloji dəstək göstərilməsi olan Naxçıvan Biznes Mərkəzində ötən dövr ərzində yaddaqalan tədbirlər keçirilmişdir.[2]
Fəaliyyəti
redaktəMərkəzin ümumi sahəsi 2000 kvadratmetrdir. Binanın birinci mərtəbəsində muxtar respublikada istehsal olunan yerli məhsulların sərgiləndiyi geniş sərgi, 200 nəfərlik konfrans zalı, ikinci mərtəbədə 100 nəfərlik konfrans zalı və 200 nəfər iştirakçı üçün sinxron tərcümə dəsti, hər iki zalda təqdimatlar keçirmək üçün elektron lövhələr və sürətli internet vardır. Mərkəzdəki sərgi ilə tanış olmaq üçün gələn ziyarətçilərə ingilis və rus dillərində də danışa bilən ixtisaslı kadrlar xidmət göstərirlər.
Mərkəzin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər
redaktəNaxçıvan Biznes Mərkəzində hər il naxçıvanlı sahibkarların iştirakı ilə müxtəlif tədbirlər keçirilir. 2015-ci ildə mərkəzdə Türkiyə Respublikası Şərqi Anadolu İxracatçılar Birliyinin nümayəndələrinin və İranın Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktorunun naxçıvanlı iş adamları ilə keçirdiyi görüşləri keçirilmişdir. 2014-cü ild yetmiş beş xarici şirkətin və 120-dən çox yerli sahibkarların iştirakı ilə Naxçıvan şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Biznes Forumu və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü toplantısı məhz Naxçıvan Biznes Mərkəzində təşkil edilmişdir.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2014-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-20.
- ↑ Cabbarov Ə. Naxçıvan Biznes Mərkəzi fəaliyyətini genişləndirir. "Şərq qapısı" qəzeti, 28.11.2015-ci il