Nancan - Wikipedia
Nançan (çin. 南昌市) – Çin Xalq Respublikasının Jianqxi idarə bölgəsinin şəhəri, həm Jiangxi bölgəsinin , həm də eyniadlı bələdiyənin mərkəzi.[2] Nançan şəhəri Yanszı çayının sağ qolu Qan çayının sahilində, çayın Poyan gölünə daxil olduğu yerin şimalında yerləşmişdir.
Şəhər | |
Nançan | |
---|---|
çin. 南昌市 | |
28°41′ şm. e. 115°53′ ş. u.HGYO | |
Ölkə | ÇXR |
Rayon | [[Jianqxi]] |
Başçı | Guo An |
Tarixi və coğrafiyası | |
Sahəsi | 7.372 km² |
Mərkəzin hündürlüyü | 37 m |
Saat qurşağı | UTC+8 |
Əhalisi | |
Əhalisi | 5,042,565[1] nəfər (2010) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +86 791 |
Poçt indeksi | 330000 |
Nəqliyyat kodu | 赣A, 赣M |
Digər | |
nc.gov.cn | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəNançan şəhəri b.e.ə. 201-ci ildə bugünkü adı ilə təməli qoyuldu və ətrafı qala divarları ilə çevrildi. Sonra Yuzhanq vilayətinin idatə mərkəzi oldu. Yuzhanq vilayəti 589-ci ildə Honqzhou vilayəti adlandırıldı. 763-cü ildən sonra da Jiangxi vilayətinin idarə mərkəzinə çevrildi və sürətlə inkişaf etməyə başladı. XII əsrdə Çinin ən böyük əhaliyə malik vilayət mərkəzlərindən biri idi. 959-cu ildə İmparator Tangın dövründə üst şəhər (fu) statusu alaraq cənubi Çinin paytaxtı elan olundu.
981-ci ildə Song sülaləsi dövründə şəhərə Honqzhou adını verildi. 1164-cü ildə Longxing vilayətinin üst şəhəri statusunu aldı və 1368-ci ilə kimi şəhərin adı belə qaldı. XVI əsrdəş Ninq şahzadəsi Zhu Chenhaonun Min sülaləsinə qarşı qaldırdığı üsyanın mərkəzi oldu. 1850-ci illərdə Taypin üsyanı (1850-64) nəticəsində şəhər böyük hissəsi dağıntıya çevrildi.
Çin-yapon müharibəsi (1937—1945) illərində 1939-cu ildə Milliyətçi Çinlilər ilə Yaponiya İmperator ordusu arasında gedən döyüşlər şehere xeyli ziyan vurmuşdur.
Yanszı sahilində böyük bir limana malik Jiujianq şəhəri iqtisadiatda Nançan şəhərinə rəqibdir. Nançan şəhəri 1949-cu ildə yeyinti sənayesindən başqa heç nəyi olmayan kiçik bir ticarət şəhəri idi. Əhalisi isə 275 minə yaxınıydı. 1949-cu ildən sonra iqtisatiatı və sənayesi inqilab etdi və şəhər vilayətin ən böyük sənaye mərkəzinə çevrilərək Szyutszyan şəhərini geridə qoydu.
İqtisadiyyat
redaktəNançan Jiangxi vilayətinin əsas sənaye mərkəzidir. 1949-cu ildən sənayeləşən şəhərdə pambıq, ip, kağız və yeyinti (əsasən düyü) istehsalı sənayenin əsasını təşkil edir. Ağır sənayesi ilk illərdə yalnız kənd təsərrüfatı maşınları və dizel motoru istehsal edirdisə sonradan təyyarə, traktor, avtomobil təkəri istehsalı əlavə edildi. Şəhərdə kənd təsərüfatı dərmanları istehsal edən böyük bir fabrik vardır.
Nançan Ulduzu
redaktəNançan Ulduzu 2006-cı ildə 7,3 milyon dollar xərclənərək tikilmiş və 160 metr hündürlüyü ilə dünyadakı ikinci ən hündür şeytan çarxıdır. Yanszı çayı sahilindəki Nançan Ulduzu gecələr Çin dilində “Nançan xoş gəlmisiniz” yazan mavi və qırmızı işıqlar ilə rənglənir. Şeytan çarxında hər biri 8 nəfər daşıyan 69 kupe vardır.[3]
Şəkillər
redaktə-
Nançan- məktəb binası
-
Nançan - Youmin məbədi
-
Nançan - Jiangxi muzeyi
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2017-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.
- ↑ http://www.china.org.cn/english/features[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2021-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-10.