Nadir Balakisiyev - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nadir Balakişiyev — Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi (1962-1971).
Nadir Balakişiyev | |
---|---|
Nadir Ağadayı oğlu Balakişiyev | |
1962 – 1971 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri |
Vəfat tarixi | (74 yaşında) |
Həyatı
redaktəBalakişiyev Nadir Ağadayı oğlu 1930-cu il fevralın 2-də Bakı şəhərində anadan olmuşdur. Məktəbi fərqlənmə ilə bitirib Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur.
Birinci kursun axırlarında atasını itirən 19 yaşlı Nadir Balakişiyev ailəsinin bütün məsuliyyətini öz çiyinlərinə götürür və beləliklə o, hələ tələbəlik illərində əmək fəaliyyətinə başlayaraq mühəndis-energetik vəzifəsinə işə düzəlir.
1953-cü ildə institutu bitirən Nadir Balakişiyevə Dövlət Nəzarəti Nazirliyində işləmək məsləhət görülür. 1961-ci ilin yanvarında Azərbaycan KP MK-nın təşkilat işi şöbəsində məsul təşkilatçı vəzifəsinə təyin edilir.
1962-ci ildən Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1971-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici turizm idarəsinin rəisi vəzifələrində çalşıb.
1978-1990-cı illərdə ixtisası üzrə, 1991-1997-ci illərdə isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru işləyib.
İki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1964-cü ildə isə Azərbaycan KP MK üzvü seçilib. 1966-cı ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Sov.İKP XXIII qurultayının işində iştirak edib. 1966-cı ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilib.
Nadir Ağadayı oğlu Balakişiyev 2004-cü il mayın 26-da vəfat edib.