Nagara - Wikipedia
Nağara - Haqqında Məlumat
Nağara - Azərbaycanın qədim milli zərb alətidir. Şərq xalqları və Qafqazda geniş yayılıb.
Tarixçə
redaktəƏvvəllər onun üzərinə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir:
Coşdu qurd gönündən olan nağara,
Dünyanın beynini gətirdi zara. [1]
Söz açımı
redaktəQuruluşu
redaktəNağara 5 hissədən ibarətdir:
- Sağanaq: Nağaranın sağanağı torpaq (saxsı), ağac (qoz, tut, fıstıq), kardon və fonerkadan düzəlir.
- Dəri: Nağaranın dəridisi keçi, dana, dəvə dərisi və plastikdən düzəlir.
- İp (kəndir): Nağaranın 7 metr ipi olur. Sağanağın ölçüsü böyüdükdə ip metri də artır.
- Çəmbər (üzük): Çəmbərin ölçüsü nağaranın diametrinə görə dəyişir.
- Qırmaq (aşıq): Nağaranın 7 aşığı olur. Ölçü böyüdükcə nağaranın aşıqlarının sayı artır.
Çalınma qaydası
redaktəNağaranın çalğı forması zamanı istifadə olunan əl zərbələri (alt əl və üst əl):
redaktə- Bəm zərbə (orta) - əlin orta hissəsiylə (ovuc) vurulan zərbəyə bəm zərbə deyilir.
- Zil zərbə (qıraq) - Əlin qıraq hissəsiylə (ovucla barmaqların kəsişdiyi hissə) vurulan zərbəyə zil zərbə deyilir.
- Lal zərbə - Barmaqların uc hissəsiylə vurulan zərbəyə lal zərbə deyilir.
- Çırtma - İki barmağın bir birinə sürtünərək nağaraya dəyməsi ilə yaranan zərbəyə çırtma deyilir.[4]
Yeni çalğı forması və bu çalğı forması zamanı istifadə olunan yeni əl zərbələri ilk dəfə Natiq Şirinov tərəfindən yaradılmışdır.
redaktəƏlifbası
redaktəZərbələrin ağızda səslənişi: Nağarada vurulan zərbələrin ağızda səslənişi ilk dəfə Natiq Şirinov tərəfindən ifa olunmuş və nağara dərsliyinə salınmışdır.
- Bəm zərbə (alt əl) - DUM
- Bəm zərbə (üst əl) - QUM
- Zil zərbə (alt əl) - DAK
- Zil zərbə (üst əl) - QAK
Qeyd:
redaktəRitm sürəti artdıqda deyilişi asanlaşdırmaq üçün zərbə sonundakı M, K hərfləri ixtisar olunur. Məsələn; DUM DUM - DUDUM / DAK DAK - DADAK
Növləri
redaktəQədim
redaktə- Saxsı nağara (Azərbaycanın ən qədim nağarası)
- Cürə nağara
- Kos nağara
- Rəqs nağarası
- Toy nağarası
- Çombaq nağara
- Qoşa nağara
Müasir (İlk dəfə Natiq Şirinov tərəfindən yaranmış yeni nağaralar)
redaktə- Dəyirmili bas nağara /yaranma tarixi:2ooo-ci il
- Tək üzlü bas nağara
- Yarım tək üzlü bas nağara
- Zəng bas nağara
- Qoşa bas nağara
- Böyük bas nağara
- Şəbəkə nağara
- Üçlük nağara
- 1 metr diametrli nağara
- 2 metr diametrli nağara
- 2 tonluq nağara
İstinadlar
redaktə- ↑ "Azərbaycan ənənəvi musiqi atlası - Qoşa nağara". 2020-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
- ↑ "Arxivlənmiş surət". 2017-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
- ↑ "Maks Fasmer. Rus dilinin etimoloji sözlüyü - Baraban". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
- ↑ Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Nağara Arxivləşdirilib 2021-07-28 at the Wayback Machine