Nerimanabad Lenkeran - Wikipedia
Nərimanabad — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində qəsəbə[1].
Nərimanabad | |
---|---|
38°52′05″ şm. e. 48°50′41″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lənkəran rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
redaktə25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Balıqçılar qəsəbəsi Nərimanabad qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla Balıqçılar qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[2]
Yolları
redaktə13 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılmışdır.[3]
İnfrastruktur
redaktə2015-ci ilin iyun ayının 25-də kəndə təbii qaz verilişi bərpa olunmuşdur.[4]
İstinadlar
redaktə- ↑ İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2019 (PDF) (az.). BAKI: AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ. 2020. 13. (#invalid_param_val)
- ↑ "Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 25 oktyabr 2011-ci il tarixli Qanunu" (az.). az.president.az. 23 dekabr 2011, 20:40. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
- ↑ Lənkəran şəhərinin Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2021-12-07 at the Wayback Machine. president.az (az.)
- ↑ SOCAR prezidentinin iştirakı ilə Lənkəranın 2 kəndinə təbii qaz verilmişdir. Arxivləşdirilib 2021-10-23 at the Wayback Machine socar.az, 25.06.2015 (az.)
Həmçinin bax
redaktə Lənkəran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Qəsəbə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |