Ne Geri Cekil Ne De Teslim Ol Film 1986 - Wikipedia
Nə geri çəkil, nə də təslim ol (ing. No Retreat, No Surrender) — Jan-Klod Van Damm ilk seçilən filmidir. Van Damm İvan roluna görə mükafatı cəmi $250 ABŞ dollar olub. Filmdə Ceyson Stilvell rolunu taekvondo üzrə qara kəmər sahibi Kurt Makkini və Brüs Linin ruhu rolunu Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim ifa edir.[5] Tai Çanq Kim 1978-ci ildə çəkilən Ölüm oyunu filmində Brüs Linin rolunu canlandırmışdır. Filmin sonuncu döyüş səhnəsində aktyor Kurt Makkinni Van Damma təpik vuraraq arxaya fırlanması göstərilir. Bu səhnə filmin ən məşhur səhnəsidir. Hərəkəti isə Makkinninin yerinə kaskadyor Manq Hoi yerinə yetirir.[6] Film tənqidçilər tərəfindən zəif qarşılanmışdır.[7][8]
Nə geri çəkil, nə də təslim ol | |
---|---|
ing. No Retreat, No Surrender | |
Janr | Döyüş filmi |
Rejissor | Kori Yuen[1] |
Prodüser | Yu Syuan |
Ssenari müəllifi | Yu Syuan |
Baş rollarda |
Kurt Makkinni Jan-Klod Van Damm[2] |
İstehsalçı | Seasonal Film Corporation |
İlk baxış tarixi | 1986, 5 fevral 1987[3], 2 may 1986[4] |
Müddət | 85 dəqiqə |
Büdcə | $ 400 min |
Gəlir | $ 16,546,237 milyon |
Ölkələr |
ABŞ Honkonq |
Dil | İngilis dili |
İl | 1986 |
Sonrakı film | Nə geri çəkil, nə də təslim ol 2: Şiddətlənmiş ildırım |
Rəng | rəngli |
Çəkiliş yeri | Kaliforniya |
IMDb | ID0089695 |
Məzmun
redaktəCeyson Stilvell Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Şerman Oaks məntəqəsində atası Timoti Bakerin idarə etdiyi karate məktəbində məşq edir. Həmçinin, Ceyson aktyor və döyüş ustası olan Brüs Linin fanatıdır. Bir gecə məşq bitdikdən sonra Nyu-Yorkdan gələn cinayətkar təşkilatının qrupu Timoti Bakerdən məktəbinin onların üzvü olması üçün tələblərini irəli sürürlər. Lakin Timoti onların tələbi ilə razılaşmır və onların təşkilatına işləməkdən imtina edir. Çünki bu qrupun əsas məqsədi böyük həcmdə pul əldə etmək məqsədilə ölkədə bir çox karate döyüş növü üzrə məşq edilən məktəbləri ələ keçirməkdir. Bu səbəbdən Timoti onlarla döyüşmək məcburiyyətində qalır. Döyüş zamanı Rusiyalı İvan onun ayağını sındırır. Ceyson isə İvana müqavimət göstərə bilmir.
Bu hadisədən sonra Timoti ailəsi ilə birlikdə Vaşinqton ştatının Sietl şəhərinə köçür. Bu müddətdən başlayaraq Ceyson nisbətən çətin günlər keçirir. Çünki ətrafda bır sıra dələduz şəxslər vardır və Ceyson dostu Medisonla birlikdə daima onlarla mübarizə aparır. Buna görə də, Ceyson döyüş sənətləri ilə maraqlanmağa başlayır. Ceyson, Kelli adında bir qıza aşiqdir. Lakin onun ad günündə həmin dələduzlar tərəfindən yenidən təzyiqə uğrayır və bu da Ceysonu hiddətləndirir. Ceyson qəzəbindən evi tərk edir. Bu müddətdə Nyu-York bandit qrupu Kellinin qardaşı karate müəllimi Lan Reylliyə ultimatum verir.
Ceyson bir müddət sonra sonra dostu Medisonun qarajına gəlir. Burada birdən-birə Brüs Linin ruhu peyda olur və ona gizli döyüş sənətlərinin sirlərini öyrətməyə başlayır. Döyüş sənətlərinin sirlərini öyrəndikdən sonra Brüs Linin ruhu gözdən itir. Çünki bu müddətdən başlayaraq məşqin davamını Ceyson yerinə yetirməlidir. Bir müddət sonra şəhərdə turnir keçirilir. Döyüş zamanı idmançılara Rusiyalı İvan qalib gəlir. Amma sonuncu döyüşdə İvan, Lan Reylliyə qarşı çətinliklə döyüşür və bu səbəbdən ona qarşı qadağan olunmuş fəndlərdən istifadə edir. Bu zaman Kelli onun qarşısını almaq istəyir. Lakin İvan onu rinqdən aşağıya itələyir. Bundan qəzəblənən Ceyson sonda İvan ilə vuruşmağa başlayır. Döyüş zamanı İvan Ceysonu asanlıqla məğlub etmək üçün ona qarşı qadağan olunmuş fəndlərdən istifadə edir. Bu zaman dostu Medison onunla əvvəllər dələduzlarla döyüşən zaman Ceyson ilə birlikdə işlətdiyi ifadəni qışqıraraq deyir: "Nə geri çəkil, nə də təslim ol!" Ceyson bu ifadəni eşidən kimi İvana zərbələr endirməyə başlayır. Bu zaman onun yadına müəllimi Brüs Linin ruhu ilə məşq etdiyi vaxtlar yadına düşür. Döyüşün sonunda Ceyson İvana qalib gəlir və başda atası olmaqla tamaşaçılar tərəfindən alqışlanılır.
Rollarda
redaktəAd | Rol |
---|---|
Kurt MakKinni | Ceyson Stilvell |
Jan-Klod Van Damm | Rusiyalı İvan Krasçinski |
J.V. Feyls | R.J. Medison |
Keti Sileno | Kelli Reyli |
Kim Tai Çunq | Brüs Linin ruhu |
Kent Lipham | Skott "Kök oğlan" |
Ron Pohnel | Lan Reylli |
Deyl Yakob | Din Remzi |
Pet Kanninqhem | Frenk Piters |
Timoti D. Beker | Tom Stillvell |
Qloriya Marziano | Xanım Stillvell |
Maraqlı faktlar
redaktə- Ceyson məşq edən zaman və filmin sonunda ABŞ ifaçısı Frenk Çalfantın "Hold on to the Vision" mahnısı səslənir.[9]
- Filmin əsas şüarı: «When life is on the line there can be …».[10]
- Filmin üç versiyası mövcuddur: 85 dəqiqə davam edən əsas ABŞ versiyası, 79 dəqiqə davam edən Böyük Britaniya VHS (kaset) versiyası və Böyük Britaniyanın tam DVD formatında 94 dəqiqə davam edən film.[11]
- Bu film Jan-Klod Van Dammın ilk tanınan filmidir. Onun honorarı film üçün $250 dollar olmuşdur.[12][13].
İstinadlar
redaktə- ↑ Mannikka, Eleanor. "Nə geri çəkil, nə də təslim ol". Allmovie. July 29, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 19, 2012.
- ↑ "Jan-Klod Van Damm". A.V. Club. 2013-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-22.
- ↑ Lexicon of international films (alm.). Zweitausendeins.
- ↑ IMDb (ing.). 1990.
- ↑ "Nə geri çəkil, nə də təslim ol". British Film Institute. London. August 2, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 10, 2012.
- ↑ Nə geri çəkil, nə də təslim ol filmi haqqında[ölü keçid]
- ↑ "Nə geri çəkil, nə də təslim ol". The New York Times. 2016-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-22.
- ↑ "Nə geri çəkil, nə də təslim ol". The Los Angeles Times. 2012-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-22.
- ↑ "Nə geri çəkil, nə də təslim ol filminin Imdb saytında saundtrekləri". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-02.
- ↑ "Nə geri çəkil, nə də təslim ol filminin Imdb saytında şüarları". 2013-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-19.
- ↑ "Nə geri çəkil, nə də təslim ol filminin Imdb saytında". 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-02.
- ↑ "Jan-Klod Van Damm Imdb saytında". 2013-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-19.
- ↑ "Voir la page de Frank Harris à ce sujet". 2016-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-19.